Məhkəmə qərarları › İş №2(012)-797/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-797/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-797/2022 14.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «mənzillərin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa etdirdiyi binadan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 96,7 kv.metr, 2 otaqdan ibarət 58 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 62 kv.metr bir otaqdan ibarət 56 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 60 saylı mənzilin və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 6-cı yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 36 saylı mənzilin alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı cavabdeh olan "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa etdirdiyi binadan müxtəlif vaxtlarda xx.xx.2021-ci il tarixində həmin binanın A giriş 10-cu yaşayış mərtəbəsində 96,7 kv.metr 2 otaqdan ibarət 58 saylı mənzilin dəyərini 53200 manat, xx.xx.2021-ci il tarixində həmin binanın A giriş 10-cu yaşayış mərtəbəsində 62 kv.metr bir otaqdan ibarət 56 saylı mənzilin dəyərini 34100 manat, xx.xx.2021-ci il tarixində həmin binanın A giriş 10-cu yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 60 saylı mənzilin dəyərini 50000 manat və xx.xx.2021-ci il tarixində həmin binanın A giriş 6-cı yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 36 saylı mənzilin dəyərini 50000 manat pulu tam olaraq ödəməklə 4 (dörd) ədəd mənzil almışdır. Həmin mənzillərin alınması ilə də bağlı cavabdehlə ayrılıqda 4 ədəd müqavilə imzalamış və borcunun olmaması barədə də iddiaçıya maliyyə arayışı təqdim edilmişdir. Qeyd edir ki, müqavilə bağalanan vaxtı iddiaçıya tezliklə mənzillərin təhvil veriləcəyi bildirilmişdir. Lakin müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq mənzil təhvil verilməmiş və naməlum səbəbdən əlavə olaraq hər mənzil üçün 10000 manat ödəniş tələb edilmişdir. İddiaçı tərəfindən 10000 manat ödəniş edilməsə, mənzilin təhvil verilməyəcəyi bildirilmişdir. Halbuki, müqavilələrdə bununla bağlı bənd yoxdur və əksinə cavabdeh müqavilənin 2-ci bəndinə əsasən mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürür. Bu isə onun mülkiyyət və konstitusion hüquqlarımın pozulması deməkdir. Müqavilələrə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, yəni mənzillərə görə müqavilə üzrə razılaşdırılmış məbləğ cavabdeh "xxxx" MMC-yə rəsmi olaraq ödənilmiş və bu barədə maliyyə arayışı da verilmişdir. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, "xxxx" MMC İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iş baxılmamış saxlanılmışdır. Müqavilələr mövcud olsa da, İddiaçı tərəfindən ödəniş edilməmiş, hətta maliyyə arayışlarının ikisində mənzillərin nömrəsi qeyd edilməmişdir. Bundan əlavə müqavilələrdəki imza "xxxx" MMC-nin direktoruna məxsus deyildir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzilin ümumi dəyəri 34100 manat məbləğindı pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzilin ümumi dəyəri 50000 manat məbləğindı pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzilin ümumi dəyəri 53200 manat məbləğindı pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzilin ümumi dəyəri 50000 manat məbləğindı pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il müqaviləyə əsasən, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, xx.xx.2021-ci il müqaviləyə əsasən, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, xx.xx.2021-ci il müqaviləyə əsasən, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 4 mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzillər iddiaçıya təhvil verilməmişdir. Həmçinin iş materialları, iddiaçının vəkili-nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçının cavabdeh təşkilatla bağladığı müqavilələr mahiyyətinə görə həmin müqavilələrin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, mübahisə edilməyən hallarıdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə bu normalara istinadən hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzil İddiaçı təhvil verilməlidir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia tələbinə etiraz etmiş,lakin etirazın əsasları ilə bağlı heç bir sübut təqdim etməyərək,yalnız formal mülahizələrə əsalandığından, məhkəmə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin izahtına tənqidi yanaşmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzil İddiaçı cavabdeh "xxxx" MMC tərəfindən təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar