Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-837/2024 23.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Masazır kənd 4 saylı tam orta məktəbinə qarşı işə bərpa olunma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon Masazır kənd 4 saylı tam orta məktəbinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun həmin məktəbdə müəllim vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ali təhsilli mütəxəssis olmaqla 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Coğrafiya” fakültəsini bitirib coğrafiya müəllimi ixtisasına yiyələnmiş, həmin vaxtdan əmək fəaliyyətinə başlamış, xx.xx.2019-cu il tarixdən Masazır kənd 4 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işləməklə yanaşı, coğrafiya fənnini tədris etmişdir. xx.xx.2021-ci il tarixdə Masazır kənd 4 nömrəli tam orta məktəbin direktor əvəzi X1 ərizə ilə müraciət etmiş, ərizədə xx.xx.2021-ci il tarixdən üzərində dərs saatları saxlanılmaq şərti ilə müəllim kimi fəaliyyətini davam etdirməyə, müavin kimi vəzifədən azad etməyə köməklik edilməsini xahiş etmişdir. Lakin direktor əvəzi Elşən Qurbanov xx.xx.2021-ci il tarixli ərizənin mətnində göstərilən xahişini nəzərə almadan, xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Buna görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3359/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-555/2023 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3359/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2627/2G23 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-555/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna görə də o, hazırda Masazır kənd 4 nömrəli tam orta məktəbinə müəllim vəzifəsinə bərpa olunması barədə ərizə ilə müraciət edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Abşeron rayon Masazır kənd 4 saylı tam orta məktəbi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, hazırki iddia ərizəsinə xitam verilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3359/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Abşeron rayon Masazır kənd 4 saylı tam orta məktəbinə qarşı xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-555/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3359/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2627/2G23 nömrəli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-555/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Abşeron rayon Masazır kənd 4 saylı tam orta məktəbinə qarşı xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən, sübuta yetirilmədiyindən təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, 2(012)-3359/2022 saylı mülki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçının ləğv edilməsini xahiş etdiyi, işdən azad olunması barədə xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmrin ləğv edilməsinə əsaslar müəyyən edilmədiyindən iddia tələbləri əsaslı hesab edilməmiş, ona görə də təmin edilməmişdir. Beləliklə də, iddiaçının xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsinə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edildiyi halda, iddiaçı yenidən həmin tələblə, yəni işə bərpa olunma barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Mülki Prosessual qanunvericilik eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda, həmin tələbə yenidən mahiyyəti üzrə baxılmasını, başqa sözlə, bir tələb üzrə ikinci dəfə məhkəmə aktının qəbul edilməsini qadağan etdiyindən hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayon Masazır kənd 4 saylı tam orta məktəbinə qarşı işə bərpa olunma tələbinə dair işin icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-837/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-837/2024
23.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver