Məhkəmə qərarları › İş №2(012)-844/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-844/2021

30.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-844/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X1, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxx 2021-ci il tarixdə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq olan m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh valideynləri ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evindən çıxarılmaqla, həmin yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında, 0,02 ha torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evini xx xxxxxx 2019-cu il il tarixdə Abşeron rayonu, 2 №li DNK-da AN-İ ******* № li alğı-satqı müqaviləsi əsasında Cavabdeh dəyərini ödəməklə almışdır. Həmin mənzil üzərində tam mülkiyyət hüququ qeydə alınmış və ona xx.xx.2020-ci il tarixli tam mülkiyyət hüququnu təsdiq edən **********11-10301 saylı çıxarış verilməklə, həmin fərdi yaşayış sahəsinə onun sahiblik, istifadə və sərəncam vermək hüququ tanınmışdır. O, cavabdehlə həmin yaşayış sahəsini alğı-satqı edərkən, cavabdeh valideynləri ilə birlikdə həmin yaşayış evində yaşayırdı. Cavabdehlə aralarında razılaşmışlar ki, evi alğı-satqı etdikdən iki ay sonra cavabdeh və valideynləri yaşayış evini boşaldaraq ona təhvil verəcəklər. Tərəfindən xx.xx.2019-cu il tarixli, AN-İ ******* №li alğı-satqı müqaviləsinin üzərinə düşən bütün öhdəlikləri yerinə yetirilsə də, mülkiyyətində olan fərdi yaşayış sahəsi bu günədək cavabdehin sahibliyində qalmaqdadır və o, həmin yaşayış evində valideynləri ilə birlikdə yaşamaqda davam edir, onun mülkiyyət hüququnu kobud şəkildə pozur. Cavabdeh ona 25000 manat pulu qaytardığını bildirsə də, bununla bağlı hər hansı sübutu yoxdur. Ona görə də onun qanunla qorunan mülkiyyət hüququ təmin olunmalı və Cavabdeh valideynləri ilə birlikdə ünvan 1 ünvanından çıxarılmalı, yaşayış sahəsi boşaldaraq ona təhvil verməlidir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X3 məhkəmədə iddianı müdafiə edərək iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, o, iddiaçıdan 25000 manat borc pul almışdır, bunun müqabilində ünvan 1 ünvanında, 0,02 ha torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evini girov qoymuşdur. Onunla İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il il tarixdə Abşeron rayonu, 2 №li DNK-da AN-İ ******* № li alğı-satqı müqaviləsinə formal olaraq bağlanmışdır. İddiaçı ünvan 1 ünvanında, 0,02 ha torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evini 25000 manat ödəməklə almışdır. Lakin sonradan o, 25000 manat pulu iddiaçıya qaytarmışdır. Bu səbəbdən o, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh vəkili X4 məhkəmədə iddianı müdafiə etdi. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisində bağlanmış xx xxxxxx 2019-cu il tarixli, AN-İ ******* № li daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh ünvan 1 ünvanında, 0,02 ha torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evini alıcı İddiaçı satmış, İddiaçı isə həmin evin müqabilində Cavabdeh 25000 manat ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Asan 3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər dinlənilərkən və iş materialları araşdırılarkən müəyyən edildi ki, Cavabdeh ünvan 1 ünvanında, 0,02 ha torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evini İddiaçı satmış, İddiaçı isə həmin evin müqabilində Cavabdeh 25000 manat ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin cavabdeh iddiaçının mülkiyyət hüquqları pozaraq hələ də, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təhvil verməmiş və həmin evdə yaşamağa davam etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh valideynləri ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evindən çıxarılmalı və həmin yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh valideynləri ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evindən çıxarılsın və həmin yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar