Məhkəmə qərarları › İş №2(012)-850/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-850/2025

27.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-850/2025 27.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əmlakı və qızıl-zinət əşyaları, avtomobil tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 fevral 2025-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əmlakı və qızıl-zinət əşyaları, avtomobil tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 20 ada olan cehiz əmlaklarının özü və cehiz əmlaklarının özü olmadıqda dəyərinin 5110 manat dəyərində, qızıl-zinyət əşyalarının özü və qızıl-ziniyət əşyalarının özü olmadıqda dəyərində 4300 manat, birgə nikah dövründə əldə olunmuş ** NS *** nömrəli dövlət nişanlı avtomobilin satılmış 6000 manat dəyərindən ona düşən 3000 manat pulu cəmi 12410 manat pulu və ödənilmiş 90 manat dövlət rusumun və mediyasiya şurasına ödənilmiş 60 manat rusumu cavabdehlər X3, və Cavabdeh2 alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Biləsuvar rayonun şəhid Vidadi Nəsirov küçəsi ev 3-də yaşayır və o, Abşeron rayonu, Xırdalan şəhər sakini Cavabdeh1 ilə 17 avqust 2020-ci il tarixdə ailə həyatı qurmuş, 2024-ci il tarixə kimi bir yerdə rəsmi nikahla ər arvad kimi yaşamışdır. O, Railə və valideynlərilə bərabər Masazır qəsəbəsində kirayə olan evdə yaşamışdır. Hal-hazırda o, Raildən ayrılaraq Biləsuvar rayonunda valideynlərinə məxsus evdə yaşayır. Bundan sonra Rail nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi məhkəmənin icraatındadır işə 12 dekabr 2024-cü il tarixdə baxılacaq. Biləsuvar rayon şəhid V.Nəsirov küçəsində yerləşən valideynlərinin evinə gəlib orada yaşamağa başlamışdır. O, çıxıb gələrkən toy hədiyyəsi olan qızılarını Raildən tələb etsə də o, tələb edilən qızıl-zinyət əşyalarını vermədi və özündə saxlamışdır. Nəhayət o, 2024-cü ilin may ayında birdəfəlik ata evinə gələndən sonra, ondan ata evindən ona verilmiş əmlakını və toy vaxtı ona hədiyyə edilmiş qızıl-zinyət əşyalarını, birgə nikah dövründə aldığı avtomobildən ona çatası payı cavabdehlərdən könülü olaraq tələb etmişdir. Onlar söz verdilər ki, cehiz əmlakını və qızılarını qaytaracaqlar. O, da buna inanaraq gözləməyə başlamışdır. Bundan sonra onların onun əmlakı və qızıl-zinyət əşyalarını vermədiyini görərək dəfələrlə bu barədə telefon söhbətləri vatshap yazışması olmuşdur. Nəhayət cavabdehlərin onu aldatdığını bilib, məhkəməyə müraciət etməli olmuşdur. O, buna görə Raillə əlaqə saxlayıb onda qalmış toy hədiyyəsi qızıl-zinət əşyalarını, avtomobildən ona çatası payı geri tələb etsə də həmin əşyaları Rail ona vermək istəmədi. Ona görədə qeyd edilən cehiz əmlaklar ata evindən ona verilən əmlaklar olmaqla, mebel dəsti (tumba 2 ədəd dolab,yataq.güzgü) 1200 manat, mətbəx divanı 220 manat, Xalça 3x4 ölçüdə 1 ədəd 180 manat, Xalça 2x3 ölçüdə 2 ədəd (60+80 manat) cəmi 140 manat, Tozsoran 1 ədəd 90 manat, Tefal qazan dəsti 290 manat, Tefal çaydanlı dəst 150 manat, Serviz dəsti 2 bulud, 12 salat boşqabı,12 kabab boşqabı,12 souz boşqabı, 350 manat, Taxt yorğanı 1ədəd 150 manat, Taxt döşəyi 1 ədəd 150 manat, Balış 4 ədəd 50 manat, Yorğan 2 ədəd 200 manat, süfrə stol üstü 80 manat, Yurnalnı stol 85 manat, Taxt üstüyü 150 manat, Ventilyator 1 ədəd 65 manat, Taxt adyalı 2 ədəd 95 manat, LC markalı 8 kq-lıq paltaryuyan 1200 manat Pərdələr zal üçün 220 manat, çaşka dəsti 45 manat, cəmi 5110 manat təşkil edir. O, Rahildə qalmış cehiz əmlak və qızıl-ziniyət əşyalarını, avtomobilin pulunu geri tələb etmişdir. Lakin Rahil hər dəfə müxtəlif bəhanələr gətirərək cehiz əmlak və qızıl-ziniyət əşyalarını, avtomobilin pulunu ona qaytaracağını desə də onda qalmış cehiz əmlak və qızıl zinət əşyaları, avtomobilinin pulunu bu günə kimi ona qaytarmamışdır. Ona görə də, aşağıda adları göstərilən qızıl-zinyət əşyaları və avtomobilin pulunu ona qaytarılmalıdır: İtaliya qızıl dəsti konplekt sep,üzük,qolbağı, sırğa - 30 qr -3550 manat, sadə üzük 3 qr -750 əyar -250 manat, nişan üzüyü 6 qr -750 əyar - 500 manat və ** NS *** nömrəli dövlət nişanı avtomobildən ona çatası 3000 manat cəmi 7300 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh1 nikahdan əvvəl avtomobili faktiki olaraq alıb amma nikah dövründə adına rəsmiləşdirmişdir. Paltaryuyanı birgə nikah dövründə almışlar. Onun cehiz olaraq gətirdiyi tozsoran nikah dövründə xarab olduğu üçün cavabdehdən yenisini alıb verməsini tələb edir. Həmçinin ona toy zamanı hədiyyə edilmiş qızılları onun da razılığı ilə cavabdeh lombarda qoymuşdur. Lakin razılığa görə qızılları ona qaytaracaqdı. Lakin cavabdeh lombarda qoyulmuş qızılın pulundan 700 manatı bacısına vermiş, qalan pulu isə nəyə xərclədiyindən xəbəri olmamışdır. Qızıllarının hamısı lombarda qoyulmuşdur. Məhkəmə iclasında cavabdeh X1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, nə qızıllar varsa hamısı satılıb, lombarda verilib. Komplekt dəst lombarda verildi. Amma ödənişi edə bilmədiyindən batıb getdi. Lombarddan cəmi 1200 manat pul almış, onun 300 manatını bacısına vermişdir. Qalan pulu ailəsinə xərcləmişdir. Avtomobili isə nikahdan əvvəl almış və nikah dövründə 4500 manata satmışdır. Cavabdeh2 iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçıya hədiyyə edilən üç ədəd üzük - komplektin üzüyü, bacısı hədiyyə verən, özü aldığı üzük, kolye və komplekt sırğalar olub, dəstdə qolbaq olmayıb. Hazırda qızıllardan heç biri yoxdur. Divan, xalçalar, tefal qazan dəsti, qab-qacaqlar, taxt döşəyi, taxt yorğanı, ventilyator və digər əşyaları evdədir və iddiaçının onları götürməyinə heç bir etirazları yoxdur. Tozsoran yandığı üçün zibilə atmışlar. İddiaçı özəl xəstəxanada müalicə olunurdu. Ona görə qızılları girov qoyub pul götürüblər. Ordan alınan pullar hamısı ailə üçün xərclənib. Başqa yerə xərclənməyib. Cəmi 300 manat qızına verilib. Ailə olublar həmişə çətin vəziyyətlərdə uşaqları bir-birinə kömək edibdir. Qızıllar ailə ehtiyacları üçün sərf edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan fərdi qayadada fəaliyyət göstərən mütəxəssis K.H.Bədəlzadə tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, İtaliya qızıl, Komplekt, sep, qolbağı, sırğa, üzük dəsti 30 qr, 750 əyar- 3550 manat, sadə üzük 1 ədəd 3 qr, 750 əyar 250 manat, nişan üzüyü 1 ədəd 6 qr, 750 əyar -500 manat olmaqla, qızılzinət əşyalarının cəmi qiyməti 4300 manat məyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin rəsmi nikahı xx.xx.2020-ci il tarixdə qeydə alınmış və 2024-cü ildə pozulmuşdur. Münasibətləri pisləşdiyi üçün iddiaçı birgə yaşadıqları evdən çıxmış və valideynlərinin yaşadığı evə getmişdir. Sonradan Cavabdeh1 nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı cavabdehin yaşadığı evdən çıxanda valideynləri tərəfindən ona cehiz kimi verilmiş və özünün gətirdiyi əşyalar cavabdehin evində qalmışdır. Həmçinin iddiaçıya toy və nişan zamanı hədiyyə edilmiş qızıllar birgə nikah zamanı lombarda qoyulmuşdur. Hazırda iddiaçı cavabdehlərdən 20 ada olan cehiz əmlaklarının özü və cehiz əmlaklarının özü olmadıqda dəyərinin, 5110 manat dəyərində qızıl-zinyət əşyalarının özü və qızıl-ziniyət əşyalarının özü olmadıqda dəyərində 4300 manat, birgə nikah dövründə əldə olunmuş ** NS *** nömrəli dövlət nişanlı avtomobilin satılmış 6000 manat dəyərindən ona düşən 3000 manat pulu cəmi 12410 manat pulu və ödənilmiş 90 manat dövlət rusumun və mediyasiya şurasına ödənilmiş 60 manat rusumu cavabdehlər X3, və Cavabdeh2 alınaraq ona qaytarılması tələbi ilə məhkəməyə müraciət edir. Cavabdehlər isə qızıl-zinyət əşyalarının toy-nişan hədiyyəsi olaraq iddiaçıya alındığını qeyd etsələr də, həmin əşyaların onlarda olmasını qəbul etmirlər və iddiaçının özünün də razılığı ilə lombarda qoyulduğunu qeyd edirlər. Mübahisəli cehiz əmlaklarından paltaryuyan və tozsorandan başqa digər əşyaların onlarda olmasını və istənilən vaxt qaytara biləcəklərini etiraf etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.1-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilirir ki, ailə qanunvericiliyi birgə nikah dövründə ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın ümumi mülkiyyəti sayılmayan əşyaların da dairəsini müəyyən etmişdir. Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 36.6-cı maddəsinə müvafiq olaraq yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) də bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Həmin Məcəllənin 36.7-ci maddəsinə müvafiq olaraq isə ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, bu maddə zinət əşyalarını qeyd olunan qaydadan istisna etmişdir. Nəzərə alınmalıdır ki, zinət əşyaları yalnız qiymətli metallardan və ya daşlardan hazırlanmış əşyaları deyil, digər qiymətli bəzək, süs, yaraşıq əşyalarını (məsələn, qol saatlarını, geyim aksesuarlarını və sair) da ehtiva edir. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Məhkəmə iddia tələbinin “cavabdehlərdən 20 ada olan cehiz əmlaklarının özü və cehiz əmlaklarının özü olmadıqda dəyərinin 5110 manat dəyərində pulun iddiaçıya qaytarılması” hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə baxışı zamanı cavabdeh tərəf iddiaçı tərəfin iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarının tozsoran və paltaryuyan istisna olmaqla mövcud olmasını, hazırda ona məxsus evdə olmasını və həmin əşyaların iddiaçı tərəfindən götürülməsinə heç bir etirazının olmadığını bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddia ərizəsində göstərilən cehiz əşyaları tozsoran və paltaryuyan istisna olmaqla, onlar olmadığı halda isə dəyərləri cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, tərəflərin izahatı zamanı qeyd edilən tozsoranın iddiaçı tərəfindən cehiz gətirilməsi təsdiq edilsə də, həmin tozsoran birgə nikah zamanı ümumi istehlak nəticəsində sıradan çıxdığından tələb bu hissədə təmin edilə bilməz. Həmçinin iddia tələbinin 1200 manat dəyərindəki LG markalı 8 kq həcmli paltaryuyanın qaytarılması hissəsində məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd edilən daşınar əşyanın birgə nikah zamanı əldə edildiyi işin mübahisəsiz halı olduğundan və əşyanın dəyəri ilə bağlı tərəflər arasında mübahisə olmadığından 1200 manat dəyərindəki LG markalı 8 kq həcmli paltaryuyanın naturada bölgüsü mümkünsüz olduğundan onun dəyərinin yarısı – 600 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “toy-nişan hədiyyəsi olaraq iddiaçıya alınmış qızıl-zinyət əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə baxışı zamanı cavabdehlər izahatlarında iddiaçının iddia ərizəsində qeyd etdiyi zinyət əşyalarının mövcud olduğunu, lakin onlarda olmadığını, həmçinin iddiaçının razılığı ilə birgə nikah dövründə lombarda qoyulduğunu etiraf etmişlər. İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, sübutetmə yükü üzərinə düşən iddiaçının qeyd olunan qızıl-zinyət əşyalarının naturada mövcud olması barədə sübutları – fotoşəkillər və cavabdehlərin etirafı ilə uyğunluq təşkil etdiyindən həmin qızıl-zinyət əşyalarının mövcudluğu məhkəmə baxışı zamanı təsdiqini tapmış hesab edilməklə işin mübahisəsiz halıdır. Cavabdehlər qızıl-zinyət əşyalarının mövcudluğunu və onların dəyəri və çəkisi boyunbağı, qolbaq, 1 cüt sırğa və üzükdən ibarət komplekt 750 əyar olmaqla qiyməti 3550 manat, çəkisi 30 qram; bəzək üzüyü 750 əyar olmaqla qiyməti 250 manat, çəkisi 3 qram; bəzək üzüyü (həri) 750 əyar olmaqla qiyməti 500 manat, çəkisi 6 qram olmaqla toy-nişan hədiyyəsi olaraq iddiaçıya alındığını izahatları ilə də təsdiq etdiklərindən, lakin həmin əşyaların satılaraq ailə ehtiyaclarına ödədiklərini bildirsələr də, bunu sübut edə bilmədiklərindən məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin “birgə nikah dövründə əldə olunmuş ** NS *** nömrəli dövlət nişanlı avtomobilin satılmış 6000 manat dəyərindən iddiaçıya düşən 3000 manat pulun cavabdehlərdən alınıb verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ** NS *** nömrəli dövlət nişanlı avtomobilin məhz birgə nikah dövründə əldə edilməsi barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə iclasında verdiyi izahatında həmin avtomobilin cavabdeh tərəfindən birgə nikah dövründən əvvəl aldığını etiraf etmişdir. odur ki, bu hissədə iddia tələbi əsaslı olmamaqla təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mediasiya üçün ödənilmiş 60 manat pul Cavabdeh1 tutularaq İddiaçı qaytarılmalıdır. Bu hal ondan irəli gəlir ki, Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Belə ki, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumun 47,20 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılmalı, ödənilmiş dövlət rüsumunun 42,80 manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, 1200 manat dəyərində mebel dəsti (tumba 2 ədəd dolab, yataq, güzgü), 220 manat dəyərində mətbəx divanı, 1 ədəd 180 manat dəyərində 3x4 ölçüdə xalça, 2 ədəd (60+80 manat) cəmi 140 manat dəyərində 2x3 ölçüdə xalça, 290 manat dəyərində tefal qazan dəsti, 150 manat dəyərində tefal çaydanlı dəst, 350 manat dəyərində serviz dəsti 2 bulud, 12 salat boşqabı,12 kabab boşqabı,12 souz boşqabı, 1ədəd 150 manat dəyərində taxt yorğanı, 1 ədəd 150 manat taxt döşəyi, 4 ədəd 50 manat dəyərində balış, 2 ədəd 200 manat dəyərində yorğan, 80 manat dəyərində süfrə stol üstü, 85 manat dəyərində jurnalnı stol, 150 manat dəyərində taxt üstlüyü, 1 ədəd 65 manat dəyərində ventilyator, 2 ədəd 95 manat dəyərində taxt adyalı, 220 manat dəyərində zal üçün pərdələr, 45 manat dəyərində çaşka dəsti, 3550 manat boyunbağı, qolbaq, 1 cüt sırğa və üzükdən ibarət çəkisi 30 qram, əyarı 750 olan komplekt; 250 manat dəyərində çəkisi 3 qram əyar 750 olan üzük; 500 manat dəyərində çəkisi 6 qram, əyarı 750 olan üzük olmaqla, həmin əşyalar, həmin əşyalar mövcud olmadığı halda isə onların dəyərləri, həmçinin birgə nikah dövründə əldə edilmiş paltaryuyanın dəyərinin yarısı 600 manat, mediasiya xərci 60 manat, dövlət rüsumu üçün ödənilmiş 47,20 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 42,80 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1200 manat dəyərində mebel dəsti (tumba 2 ədəd dolab, yataq, güzgü), 220 manat dəyərində mətbəx divanı, 1 ədəd 180 manat dəyərində 3x4 ölçüdə xalça, 2 ədəd (60+80 manat) cəmi 140 manat dəyərində 2x3 ölçüdə xalça, 290 manat dəyərində tefal qazan dəsti, 150 manat dəyərində tefal çaydanlı dəst, 350 manat dəyərində serviz dəsti 2 bulud, 12 salat boşqabı,12 kabab boşqabı,12 souz boşqabı, 1 ədəd 150 manat dəyərində taxt yorğanı, 1 ədəd 150 manat taxt döşəyi, 4 ədəd 50 manat dəyərində balış, 2 ədəd 200 manat dəyərində yorğan, 80 manat dəyərində süfrə stol üstü, 85 manat dəyərində jurnalnı stol, 150 manat dəyərində taxt üstlüyü, 1 ədəd 65 manat dəyərində ventilyator, 2 ədəd 95 manat dəyərində taxt adyalı, 220 manat dəyərində zal üçün pərdələr, 45 manat dəyərində çaşka dəsti, 3550 manat dəyərində boyunbağı, qolbaq, 1 cüt sırğa və üzükdən ibarət çəkisi 30 qram, əyarı 750 olan komplekt; 250 manat dəyərində çəkisi 3 qram əyarı 750 olan üzük; 500 manat dəyərində çəkisi 6 qram, əyarı 750 olan üzük olmaqla, həmin əşyalar, həmin əşyalar mövcud olmadığı halda isə onların dəyərləri, həmçinin birgə nikah dövründə əldə edilmiş paltaryuyanın dəyərinin yarısı - 600 manat, mediasiya xərci 60 manat, dövlət rüsumu üçün ödənilmiş 47,20 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 42,80 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar