Məhkəmə qərarları › İş №2(012)-876/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-876/2024

23.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-876/2024 23.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin təhvil verilməsi və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin təhvil verilməsi və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda zərurət yarandığından mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, o cümlədən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında hazırki mülki işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 26833 nömrəli qəbzdən görünür ki, Əliyeva X1 Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu "xxxx" ASC Abşeron filialı vasitəsilə xx.xx.2023-cü ildə saat 12:53-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin təhvil verilməsi və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin təhvil verilməsi və torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair 2(012)-876/2024 saylı mülki iş üzrə "xxxx" ASC Abşeron filialı vasitəsilə xx.xx.2023-cü il tarixli, 26833 nömrəli qəbzdən ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar