Məhkəmə qərarları › İş №2(012)-95/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-95/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-95/2021 09.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı «xxxx» MMC-yə qarşı «işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində dəyən maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmasını qanunsuz hesab edərək, əvvəlki iş yeri olan cavabdeh «MİLAN-A» Məhdud Məsuliyyətli Cəmiyyətində İnzibati İşlər üzrə menecer vəzifəsinə bərpa edilməsi, onun qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, işə bərpa olunacağı günə kimi olacaq orta əmək haqqı, iddiaçı kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Yusifbəyli və Partnyorları» vəkil bürosunun hesabına ödədiyi 50(əlli) manat, dövlət rüsumu kimi Abşeron rayon Məhkəməsinə ödədiyi 30(otuz) manat 40 qəpik pulların və vəkilə etibarnamə vermək üçün Dövlət Notariusuna ödədiyi 11 (on bir) manat 50 qəpik məbləğində pul cavabdeh «MİLAN-A» Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, onun xeyrinə ödənilməsi, onun işdən azad olunmasının qanunsuz hesab edərək, əvvəlki iş yeri olan cavabdeh «MİLAN-A» Məhdud Məsuliyyətli Cəmiyyətində İnzibati İşlər üzrə Menecer vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, işə bərpa olunacağı günə kimi olan müddətə görə əmək haqqının tam şəkildə, eyni zamanda, iddiaçı kimi vəkil xidmətlərində istifadə etmək üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Yusifbəyli və Partnyorları» vəkil bürosunun hesabına ödədiyi 50(əlli) manat, Dövlət rüsumu kimi Abşeron rayon Məhkəməsinə ödədiyi 30(otuz) manat 40 qəpik pulların və vəkilə etibarnamə vermək üçün Dövlət Notariusuna ödədiyi 11 (on bir) manat 50 qəpik məbləğində pulun ona ödənilməsi bir vəzifə kimi cavabdeh «MİLAN-A» Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx xxxxxx 2019-cu il tarixdən AZ- 0111, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən «MİLAN-A» Məhdud Məsuliyyətli Cəmiyyətində İnzibati İşlər üzrə Menecer vəzifəsində işləmişdir. «MİLAN-A» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 xx xxxxxxxx 2019-cu il tarixli 107 saylı əmrinə əsasən, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən, guya ki, öz xahişiylə yazmış olduğu ərizəsinə əsasən, tutduğu «MİLAN-A» Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati İşlər üzrə Menecer vəzifəsindən azad olunmuşdur. Halbuki o, işdən azad olunmağı haqqında nəinki heç bir ərizə yazmamışdır, eyni zamanda, şifahi də olsa belə işdən azad olunmağıyla bağlı heç bir kəsə heç bir müraciət belə etməmişdir. Onun işindən azad olunması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-70,76-79 və 84-cü maddələrinin tələblərinin, Cavabdeh işçini nəinki ərizəsi, hətta heç bir müraciəti belə olmadan, guya ki, öz xahişi ilə işdən azad etməsi) kobud surətdə pozulması ilə və «MİLAN-A» Məhdud Məsuliyyətli Cəmiyyətinin buna heç bir qanuni əsasları və səlahiyyətləri olmadan işçini tam qanunsuz və əsassız olaraq, işdən çıxardığından, baş verdiyindən, o, bu halı tam qanunsuz və əsasız hesab edir, o, «MİLAN-A» Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri üzündən tam qanunsuz olaraq, işləməkdən məhrum olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən əmək müqaviləsinə qanunsuz və əsassız xitam verildiyindən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Onun orta əmək haqqı 880(səkkiz yüz səksən) manat təşkil etmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddiaçının izahatının məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. «xxxx» MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı könüllü ərizə yazaraq işdən azad edilməsini rəhbərlikdən xahiş etmiş, həmin ərizə əsasında İddiaçı işdən azad edilmiş və hər hansı bir qanun pozuntusuna yol verilməmişduir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, «xxxx» MMC-də inzibati işlər üzrə menecer vəzifəsində çalışan İddiaçı xx.xx.2019-cu il tarixindən tutduğu vəzifədən (peşədən) azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/926 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 90-cı vərəqəsində İddiaçı adından olan tutduğu vəzifədən azad edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli ərizədə “İmza” qrafasındakı imza və “Sirinov Y” yazıları- İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki,İddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında işəgötürənlə işçi arasında əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad edərək işdən qanunsuz azad edildiyini, işdən azad olunma barədə onun tərəfindən ərizə yazılmadığını və həmin ərizə də olan imza onun tərəfindən imzalanmadığını göstərmişdir. Lakin, məhkəmə sübutların tədqiqatı zamanı İddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatındakı göstərdiyi hallar təstiqini tapmamış, iddiaçının göstərdiyi xüsusatlar işin faktiki halları ilə uyğunluq təşkil etməmişdir.Sübutların tədqiqatı zamanı iş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli ərizədə “İmza” qrafasındakı imza və “Sirinov Y” yazıları mübahisə predmeti olduğundan, məhkəmə obyektiv həqiqətə nail olmaq üçün bununla bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş vəxx xxxxxx 2020-ci il tarixli, 4/926 saylı ekspert rəyi ilə iddiaçının göstərdikləri təstiqini tapmamış və rəyi şübhə altına alan digər sübutlar məhkəmədə müəyyən edilmədiyindən məhkəmə həmin rəyin həqiqiliyini qəbul etdiyindən hesab edir ki, tərəflər arasındakı əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə uyğundur. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən ekspertizaya görə 100 (bir yüz) manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı «xxxx» MMC-yə qarşı onun işdən azad olunmasını qanunsuz hesab edərək, əvvəlki iş yeri olan cavabdeh «MİLAN-A» Məhdud Məsuliyyətli Cəmiyyətində İnzibati İşlər üzrə menecer vəzifəsinə bərpa edilməsi, onun qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, işə bərpa olunacağı günə kimi olacaq orta əmək haqqı, iddiaçı kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Yusifbəyli və Partnyorları» vəkil bürosunun hesabına ödədiyi 50(əlli) manat, dövlət rüsumu kimi Abşeron rayon Məhkəməsinə ödədiyi 30(otuz) manat 40 qəpik pulların və vəkilə etibarnamə vermək üçün Dövlət Notariusuna ödədiyi 11 (on bir) manat 50 qəpik məbləğində pul cavabdeh «MİLAN-A» Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, onun xeyrinə ödənilməsi, onun işdən azad olunmasının qanunsuz hesab edərək, əvvəlki iş yeri olan cavabdeh «MİLAN-A» Məhdud Məsuliyyətli Cəmiyyətində İnzibati İşlər üzrə Menecer vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, işə bərpa olunacağı günə kimi olan müddətə görə əmək haqqının tam şəkildə, eyni zamanda, iddiaçı kimi vəkil xidmətlərində istifadə etmək üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Yusifbəyli və Partnyorları» vəkil bürosunun hesabına ödədiyi 50(əlli) manat, Dövlət rüsumu kimi Abşeron rayon Məhkəməsinə ödədiyi 30(otuz) manat 40 qəpik pulların və vəkilə etibarnamə vermək üçün Dövlət Notariusuna ödədiyi 11 (on .bir) manat 50 qəpik məbləğində pulun ona ödənilməsi bir vəzifə kimi cavabdeh «MİLAN-A» Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunması tələbinə dair iddiası rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə-xətşünaslıq ekspertizasına görə 100 (bir yüz) manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar