Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-968/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qeydiyyatsız yaşadığı İddiaçı məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Abdulla Şaiq küçəsində yerləşən 10 saylı evdən çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X5 ilə 1997-ci ildə rəsmi nikaha girmiş, birgə nikahdan 3 övladı anadan olmuşdur. İddiaçı ailəsi ilə birlikdə 2001-ci ilədək ünvan 1 ünvanında evdə yaşamış, hazırki iş üzrə cavabdeh olan oğlu- Cavabdeh həmin evdə anadan olmuşdur. Bundan sonra, birgə nikah dövründə yoldaşının adına aldıqları Papanin yaxınlığında Tağızadə küçəsi, 9-cu evin 63 saylı mənzilinə köçmüş, sonra isə Masazır qəsəbəsində həyətyanı torpaq sahəsi alaraq ev tikmiş və 2011-ci ildə həmin evə köçmüşlər. Tərəflər 2012-ci il tarixdə məhkəmə qaydasında boşandıqdan sonra, azyaşlı uşaqların ananın himayəsinə verilməsi müəyyən edilmişdir. Tərəflər arasıdakı razılığa əsasən Papalindəki ev iddiaçının keçmiş həyat yoldaşına, Masazırdakı ev isə iddiaçıya qalmışdır. Hər iki ev tərəflərin öz mülkiyyətinə keçirilmişdir. 2015-ci ildə cavabdehin istəyi ilə, habelə məhkəmə qaydasında azyaşlı- Cavabdeh atasının himayəsinə verilmişdir. Cavabdeh 2015-ci ilədək atasıgillə Papalindəki evdə yaşamış, evdən çıxarıldıqdan sonra isə bir müddət iddiaçının- anasının yanında yaşamağa başlamışdır. İddiaçı başqa bir şəxslə ailə həyatı qurduqdan sonra ailədaxili münaqişələr başlamış, cavabdehlə iddiaçı arasında müəyyən problemlər yaranmışdır. Cavabdeh 2016-cı ildə sonra iddiaçının-anasının yanına köçmüş, onun yanında yaşamağa başlamışdır. Həmin gündən cavabdeh hər gün evdə yaşayan ailə üzvləri ilə mübahisə edir və birgə yaşayış qaydalarını pozur. Bu səbəbdən cavabdehin Abşeron rayonu, Masazır qəsəbəsi, Abdulla Şaiq küçəsində yerləşən 10 saylı evdən çıxarılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesində iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarından olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 493/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, X5 ilə İddiaçı arasında Bakı şəhəri Səadət Sarayında xx xxxxxxxx 1997-ci il tarixdə 1326 saylı akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx xxxx 1998-ci il təvəllüdlü X6, xx xxxxxxx 2000-ci il təvəllüdlü Cavabdeh, xx xxxxx 2008-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılması və həmin azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2012-ci il tarixdən başlayaraq X1 hər ay aylıq qazancının (başqa gəlirinin) yarısı miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mülki işin materiallarından olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2328/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, xx xxxxxxx 2000-ci il təvəllüdlü Cavabdeh atası X2 yanında qalması qət edilmişdir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh iddiaçının oğludur. İddiaçı keçmiş həyat yoldaşı ilə boşandıqdan sonra azyaşlı övladları ilə birgə Masazır kəndindəki fərdi yaşayış evində yaşamağa başlamışdır. Oğlu olan cavabdeh artıq atası ilə yaşamaq istəyini bildirmiş, azyaşlı məhkəmə qətnaməsi ilə atasının himayəsinə verilmiş və babasıgilin yanında- yaşamağa başlamışdır. İddiaçı yenidən ailə qurduqdan sonra cavabdeh 2016-cı ildə onun yanına köçmüş, ana və oğul arasında problemlər yaranmağa başlamışdır. İddiaçının izahatına görə cavabdehin ailədə yaratdığı mübahisələr, birgəyaşayış qaydalarını pozması səbəbindən iddiaçı hazırda onun Abşeron rayonu, Masazır qəsəbəsi, Abdulla Şaiq küçəsində yerləşən 10 saylı evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsi isə müəyyən edir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyətin növündən asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın(bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Beləliklə, mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçının oğludur, 2016-cı ildən onunla birlikdə mübahisəli evdə yaşayır və oradan istifadə hüququ vardır.İddiaçı öz izahatından başqa, iddiasını əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə, işin faktiki hallarını araşdırıb, üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh qeydiyyatsız yaşadığı İddiaçı məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Abdulla Şaiq küçəsində yerləşən 10 saylı evdən çıxarılması ilə bağlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-968/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-968/2021
02.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver