Məhkəmə qərarları › İş №2(012)-973/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-973/2021

20.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-973/2021 20.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma» tələbinə dair mülki işə 20 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər-Cavabdeh1 övladları 18.10.2006-cı il təvəllüdlü X4 və 01.11.2012-ci il təvəllüdlü İbayev Rafət oğlu ilə birlikdə, Cavabdeh2 qızının və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 233 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini və çıxarılmış qətnamənin cavabdehlərin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsas olmasını xahiş etmişdir. İddiaçı vəkil-nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 29A, 33 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Cavabdehlərdən biri iddiaçının oğludur, 2005-ci ildən faktiki olaraq sözügedən ünvanda yaşamır. Cavabdeh ailə həyatı qurduqdan sonra iddiaçı cavabdehə 2 dəfə ev almışdır. Cavabdeh halhazırda həmin evləri satmış və indi faktiki olaraq başqa bir ünvanda yaşayır. Digər cavabdehlər isə iddiaçının baldızı və baldızı oğludur. Cavabdehlər müvəqqəti olaraq onun mülkiyyətində olan mənzilə qeydiyyata düşmələrini xahiş etmişdirlər. O da yaxın qohum olduqlarından sözügedən ünvana müvəqqəti qeydiyyata düşmələrinə şifahi razılıq vermişdir. İddiaçı dəfələrlə cavabdehlərə müraciət edərək, iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmalarını istəsə də bir nəticəsi olmamışdır. Cavabdehlərdən heç biri hal-hazırda ünvan 1 ünvanında yaşamırlar və cavabdehlərin iddiaçının mənzilinə olan qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mənzildə olan qeydiyyatı yalnız formal xarakter daşıyır və cavabdehlərin pasport qeydiyyatında qalmaları iddiaçının mənzilə olan mülkiyyət hüquqlarının və mənzil üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Kommunal ödənişlər baxımından müəyyən problemlər yaşanır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə izahatında bildirdi ki, iddiaçı onun atasıdır. O, sözügedən ünvan 233 saylı mənzildə 15 ildir ki, yaşamır. Həmin evdə heç atası da yaşamır. Atası rayonda yaşayır. Adına həqiqətən mənzillər olmuşdur və o mənzilləri özü almışdır. Onun vaxtilə borcu olmuş, lakin heç kəs ona köməklik etməmişdir. Onun qardaşı ilə münasibətləri yaxşı deyildir. Bacısını isə sonuncu dəfə yas mərasimində görmüşdür. Hazırda onun qeydiyyata düşməyə başqa yeri yoxdur. O, həmçinin məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, bildirmişdir ki, iddianı qəbul etmir. Tələb əsassız olduğu üçün rədd edilməli, iddia təmin edilməməlidir. Belə ki, qeydiyyatda olduğu mənzil həqiqətən də iddiaçının mülkiyyətindədir və iddiaçı, onun atasıdır. Onu və uşaqlarını qeydiyyat çıxarmaq, evə istifadə hüquqlarının itirilməsini tələb etmək absurddur. Belə ki, o evə onların da hüquqları vardır, başqa yerdə kirayədə qalsalar da, daimi yurdları kimi, onlar ora daim gedib gəlmişlər, orada vaxtaşırı yaşamışlar, indi də get-gəlini davam edir. İddia ərizəsində göstərilən ağ yalandır, belə ki, 2005-ci ildən o ünvanda yaşamamaqları ona 2 dəfə ev almaqları, onun evləri satmağı tamamilə yalandır. Onun iki azyaşlı övladı vardır, əgər o ünvandan bizi çıxarsalar, kirayə vermək imkanı olmayan kimi, onlar, uşaqlarla birlikdə küçələrdə qalacaqlar. Bundan başqa iddiaçı bildirir ki, cavabdehlər həmin ünvanda yaşamırlar, qeydiyyatlar formal xarekter daşıyır. Bu tezis də doğru deyildir. Belə ki, digər cavabdehlərdən fərqli olaraq, o, evin, ailənin iddiaçının oğludur və həmin ev onun üçün çox doğmadır, həmişə gedib gəldiyi, vaxtaşırı qaldığı evdir. İddiaçı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 5-ci maddəsinə istinad edir. Ancaq, həmin göstərişlər qeydiyyatdan çıxan, başqa yerdə evi olmayan ailə üzvüm şamil edilə bilməz. Onun mülkiyyət hüququ olan evi, ünvanı yoxdur, başqa birisinin evində kirayədə qalır. Həmin ünvanda qeydiyyata düşmək üçün həmin şəxsin razılığı lazımdır. Doğma atası onu qeydiyyatdan çıxarırsa, evində kirayədə yaşadığı yad adam onu evinə qeydiyyata salmağa razı olarmı? Əlbəttə ki, xeyr. Qeyd olunanlara əsasən, İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin ona və övladları Rəna və Rafətə aid hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh2 qızı və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 84.3 kvadratmetr ölçülü 33 saylı mənzil Abçeron rayon icra hakimiyyəti XDS İcraiyyə Komitəsinin 02 yanvar 1993cü il trarixli qərarı ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 84.3 kvadratmetr ölçülü 33 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə, 18.04.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən 06.10.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, ünvan 233 saylı mənzildə İddiaçı ilə birgə Cavabdeh1, X4, İbayev Rafət oğlu, Cavabdeh2 qızı və Cavabdeh3 da qeydiyyatdadırlar. İş materiallarında olan Tac-Mahal MTK tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri,Nəsimi rayonu,3007-ci məhəllə,Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının C bloku,7-ci mərtəbə,3 otaqlı 144 saylı mənzil MTK-i tərəfindən 08.09.2004-cü il tarixdə Cavabdeh1 satılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 84.3 kvadratmetr ölçülü 33 saylı mənzili 1993-cü ildən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu,digər cavabdehlər Cavabdeh2 qızı və Cavabdeh3 iddiaçının qohumlarıdır. Cavabdehlərdən Cavabdeh1 2005-ci il tarixdən mübahisəli mənzili tərk edərək başqa bir yaşayış sahəsinə köçmüş, digər cavabdehlər Cavabdeh2 qızı və Cavabdeh3 isə heç bir vaxt mübahisəli mənzildə yaşamamışlar.Belə olan təqdirdə cavabdehlərin mübahisəli mənzildə formal olaraq istifadə hüquqlarının saxlanması mülkiyyətçi olaraq İddiaçı sözügedən mənzillə bağlı sərbəst sərəncam vermək və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iddia tələbinin cavabdehlər-Cavabdeh1 övladları 18.10.2006-cı il təvəllüdlü X4 və 01.11.2012-ci il təvəllüdlü İbayev Rafət oğlu ilə birlikdə, Cavabdeh2 qızının və Cavabdeh3 ünvan 233 saylı mənzildən qeydiyyatdan çıxarılmaları tələbi ilə bağlı qeyd edir ki, həmin tələbə məhkəmədə baxılmalı olmaması əsasları ilə xitam verilməli və bu barədə ayrıca qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər - Cavabdeh1 övladları 18.10.2006-cı il təvəllüdlü X4 və 01.11.2012-ci il təvəllüdlü X5 ilə birlikdə, Cavabdeh2 qızı və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 2 33 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar