Məhkəmə qərarları › İş №2(013)-10/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-10/2024

29.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-10/2024 29.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 vəkili – Bərdə Rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi barədə mülki işə 29 may 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 rayon məhkəməsinə ünvanladıqları iddia ərizəsində onların mülkiyyətində olan Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsində tikilmiş olan tikilinin, çəkil ağaclarının cavabdehin hesabına sökülərək çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumu və müqavilə üçün vəkilə ödənilmiş 100 manat vəsaitin cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı1 iddianı müdafiə edərək göstərmişdir ki, Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha pay torpaq sahəsi onun, mərhum əri X2, övladları İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətindədir. X7 xx.xx.2004-cü ildə vəfat etmişdir. Cavabdeh Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin sədri olmaqla qanunsuz olaraq onlara məxsus torpaq sahəsini zəbt etmiş, orada çəkil ağacları əkmiş, həmçinin ərazinin bir hissəsini şəhid ailəsinə verərək orada tikinti inşa etmişdir. Dəfələrlə cavabdehdən torpaq sahəsini boşaltmasını tələb etsələr də, Loğman ərazini boşaltmamışdır. Göstərilən səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı4 və İddiaçı5 iddianı müdafiə edərək və İddiaçı1 izahatını təsdiqləyərək tələbin təmin olunmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 vəkili X3 məhkəmədə izahat verib tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən iclasa gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə 09 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, 2021-ci ildən hazırki vaxta qədər Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin sədri vəzifəsində işləyir. İddiaçılara məxsus torpaq sahəsi onun və başqa şəxs tərəfindən zəbt edilməmişdir. Şəhid ailəsi olan X4 iddiaçılara məxsus deyil, başqa ərazidən 0,90 ha torpaq sahəsinin verildiyini və sözügedən torpaq sahəsinin Ağdam Rayon İcra Hakimiyyətinin balansında olduğunu qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş JN 0454 kod 60922018 olan dövlət aktının surətindən görünür ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə X2, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,55 ha torpaq sahəsi verilmişdir. AZ-İ № 046057 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2004-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-1685/2024 saylı mütəxəssis rəyindən görünür ki, JN 0454 kod 60922018 olan dövlət aktına əsasən X2, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə verilmiş Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 0,2750 ha hissəsi başqa şəxs tərəfindən istifadə edilir. «TEKUİS» məlumat bazasına əsasən JN 0454 kod 60922018 olan dövlət aktına əsasən X2, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə verilmiş Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 0,275 ha hissəsindən başqa şəxs istifadə etməklə 0,151 ha hissəsində ağaclar əkmiş, 90,1 kv.metr və 2,6 kv.metr hissəsində tikili inşa etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlardan məlum olduğu kimi Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə X2, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,55 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,2750 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Sözügedən torpaq sahəsinin 0,275 ha hissəsinin Cavabdeh istifadə etməklə 0,151 ha hissəsində ağaclar əkmiş, 90,1 kv.metr və 2,6 kv.metr hissəsində isə tikili inşa etmişdir. Belə olan halda Cavabdeh iddiaçılara məxsus torpaq sahəsinin 0,275 ha hissəsindən çıxarılmalı, 0,151 ha hissəsində əkdiyi ağaclar cavabdehin hesabına çıxarılmalı, 90,1 kv.metr və 2,6 kv.metr hissəsində inşa etdiyi tikililər isə cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 139.3-cü maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin maddənin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət zəmanət vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəlləsinin 180.2-ci maddəsində qeyd edilmişdir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsində göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyətli orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən İddiaçı1 ödədiyi dövlət rüsümü əvəzində Cavabdeh 100 manat alınaraq ona verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 0,275 ha hissəsindən Cavabdeh çıxarılsın. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 0,151 ha hissəsində əkdiyi ağaclar Cavabdeh hesabına çıxarılsın. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 90,1 kv.metr və 2,6 kv.metr hissəsində inşa etdiyi tikililər Cavabdeh hesabına sökülsün. Ödənilmiş dövlət rüsümü əvəzində Cavabdeh 100 (yüz) manat alınaraq İddiaçı1 verilsin. İddianın qalan – İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,275 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və iddiaçıların müqavilə üçün vəkilə ödənilmiş 100 manat vəsaitin cavabdehdən alınıb onlara verilməsi tələbinə dair hissələri rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar