Məhkəmə qərarları › İş №2(013)-1026/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1026/2024

16.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1026/2024 16.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Ağdam rayonu Qaradağlı kəndi ərazisində yerləşən 0.25 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş özbaşına tikililər cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Hüquqların Dövlət eydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan da göründüyü kimi, Ağdam rayonu, Qaradağlı kəndi ərazisində yerləşən 0.25 hektar torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X3 məxsus olduğunu, J.İbrahimovanın isə, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq daşınmaz və daşınar əmlakını ona vəsiyyət etdiyini və özünün, J.İbrahimovanın həqiqi varisi olduğunu, J.İbrahimovanın xx.xx.2021-ci il tarixdə vəfat etdiyini, hazırda isə cavabdehlər tərəfindən sözü gedən 0.25 ha torpaq sahəsinin zəpt olunaraq üzərində avtomobil təmiri sexləri tikərək işlətdiklərini, cavabdehlərə dəfələrlə ona məxsus torpaq sahəsinin boşaldılması ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq onların qanunsuz fəaliyyətlərini davam etdirdiklərini, onun tələblərinə əməl etməkdən imtina edərək ərazidən çıxmadıqlarını bildirən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianın əsasız olduğunu, İddiaçı məxsus torpaq sahəsinin onun tərəfindən zəbt olunmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddianın əsasız olduğunu, İddiaçı məxsus torpaq sahəsinin onun tərəfindən zəbt olunmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib və iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin tərəfindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağdam rayonu, Qaradağlı kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ№ 214231 saylı “X8”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 584 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2(013)-1026/2024 saylı sorğusuna cavab olaraq, Ağdam Rayon Dövlət Notarial Ofisinin 73№-li məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2021-ci ildə vəfat etmiş X4ın vərəsələri, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olan X9, X7, X6 olmaqla, onlar həmin miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin tərəfindən xx.xx.2021-ci il tarixdə X4 xüsusi mülkiyyətinə verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi ********** olan Ağdam rayonu, Qaradağlı kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin tərəfindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağdam rayonu, Qaradağlı kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(013)- 963/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə torpaqşunaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 10/9816 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və reyestri publik hüquqi şəxs 7 saylı Bərdə Ərazi İdarəsinin, iş üzrə mütəxəssis rəyinə əsaslanaraq, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Ağdam rayonu, Qaradağlı kəndi ərazisində yerləşən 0.25 ha “Torpaq sahəsinin plan və ölçü” sənədindəki kordinatları yerə köçürülərkən məlum olmuşdur ki, torpaq sahəsinin hüdudları daxilində hal-hazırda 23 kvadrat metr torpaq sahəsi üzərindəki mövcud avtomobil təmiri sexindən Cavabdeh2, 24 kvadrat metr torpaq sahəsi üzərindəki mövcud avtomobil təmiri sexindən isə, Cavabdeh1 istifadə edir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu isə, onu deməyə əsas verir ki, cavabdehlərin Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit olunmuş başqasının, yəni iddiaçının mülkiyyət hüquqlarından sərbəst və səmərəli istifadə etmək istəyi tam əsassızdır. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, İddiaçı mülkiyyətində olan qeydiyyat nömrəsi № ********** olan və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilmiş Ağdam rayonu, Qaradağlı kəndində yerləşən 0.25 ha torpaq sahəsinin 24.0 kv.m hissəsindən Cavabdeh1 və 23.0 kv.m hissəsindən isə Cavabdeh2 çıxarılmalı və həmin 0.25 ha torpaq sahəsinin 24.0 kv.m hissəsinin üzərində yerləşən tikili Cavabdeh1 və 23.0 kv.m hissəsinin üzərində yerləşən tikili Cavabdeh2 hesabına sökülməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehlərdən müştərək qaydada 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalı və iş üzrə məhkəmə ekpertiza tədqiqatının 100 manat dəyəri tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan qeydiyyat nömrəsi № ********** olan və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilmiş Ağdam rayonu, Qaradağlı kəndində yerləşən 0.25 ha torpaq sahəsinin 24.0 kv.m hissəsindən Cavabdeh1 və 23.0 kv.m hissəsindən isə Cavabdeh2 çıxarılsın. İddiaçı mülkiyyətində olan Ağdam rayonu, Qaradağlı kəndində yerləşən 0.25 ha torpaq sahəsinin 24.0 kv.m hissəsinin üzərində yerləşən tikili Cavabdeh1 və 23.0 kv.m hissəsinin üzərində yerləşən tikili Cavabdeh2 hesabına sökülsün. İş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 100 (bir yüz) manat ekpertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar