Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1138/2024 23.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə mülki işə 23 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, xx.xx.1964-cü ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuş, 2014-cü ilədək Azərbaycan Respublikasında yaşamışdır. 1984-cü ildən 1994-cü ilədək Ağdam Rayon İstehlak Cəmiyyətinin Qaradağlı kənd tikinti materialları üzrə satış bazasında satıcı işləmişdir. Hazırda Rusiya Federasiyasının vətəndaşı olmaqla həmin ölkənin Murmansk vilayətinin Apatti şəhərində yaşayır. Əmək pensiyasına çıxmaq üçün sənədlərini hazırladığından faktın müəyyən edilməsi zərurəti yaranmışdır. X3 Filialının xx.xx.2024-cü il tarixli 08 nömrəli arayışında Ağdam Rayon İstehlak Cəmiyyətinin Qaradağlı kənd tikinti materialları üzrə satış bazasının 1984-1993-cü ilin iyul ayınadək olan arxiv sənədlərinin işğal zonasında qalması göstərilmişdir. Qeyd edilənlərə əsasən xx.xx.1984-cü ildən xx.xx.1994cü ilədək Ağdam Rayon İstehlak Cəmiyyətinin Qaradağlı kənd tikinti materialları üzrə satış bazasında satıcı işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılıb tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Ərizəçi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə 04 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi – həmin təşkilatın mütəxəssisi Ə.A.Bağırlı ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən X2 1985-1991-ci illərdə Ağdam Rayon İstehlak Cəmiyyətinin Qaradağlı kənd tikinti materialları üzrə satış bazasında fəhlə işlədiyini və Rövşənin də orada işlədiyini, özünün 1991-ci ildə işdən çıxdığını, Rövşənin isə qaldığını, sözügedən bazanın Ağdam rayonunun Evoğlu kəndində yerləşdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 1984-cü ildən 1993-cü ilə qədər Ağdam Rayon İstehlak Cəmiyyətində sürücü işlədiyini, Ərizəçi da satış bazasında satıcı işlədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X3 Filialının xx.xx.2024-cü il tarixli 08 saylı arayışından görünür ki, Ağdam Rayon İstehlak Cəmiyyətinin Qaradağlı kənd tikinti materialları üzrə satış bazasının 1984- 1993-cü ilin iyul ayınadək olan arxiv sənədlər işğal zonasında qalmışdır. AZE № ******* saylı əmək kitabçasının surətindən görünür ki, S.Q.İmanov xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilə qədər Ağdam Rayon İstehlak Cəmiyyətinin Qaradağlı kənd tikinti materialları üzrə satış bazasında fəhlə işləmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(013)-771/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, İ.S.Muradovun xx.xx.1968-ci ildən xx.xx.1970-ci il tarixə qədər SSRİ Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətdə olması və 1972-ci 1993-cü ilə qədər Ağdam Rayon İstehlak Cəmiyyətinin təsərrüfat hesablı avtoqarajında sürücü işləməsi barədə faktı müəyyən olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi 1985-ci ildən 1991-ci ilədək Ağdam Rayon İstehlak Cəmiyyətinin Qaradağlı kənd tikinti materialları üzrə satış bazasında satıcı işləmişdir. Ərizəçi iş stajını təsdiq edən sənədlər işğal zonasında qalmışdır. Faktın təsdiqi Ərizəçi əmək kitabçasını bərpa etmək üçün zəruri olmuş və o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görəsosial sığorta stajı əmək pensiyası hüququnun müəyən edilməsi zamanı alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanınınməcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 21.1-ci maddəsində qeyd olunur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün Əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənət olmadıqda idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bənidndə göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Həmin normativ sənədində məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və əroizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə səndləri olmalıdır. «Hüquqi əhəmiyyəti olan faktlərın müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcələləsinin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edib nəzərə alınmalı, yazılı sübutların olub olmamasını, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hazırki mülki işə baxılarkən dindirilmiş şahidlər S.Q.İmanov 1985-1991-ci ilərdə, İ.S.Muradov isə 1984-1993-cü illərdə ərizəçi ilə bir yerdə işləmələrini təsdiq edən müvafiq olaraq əmək kitabçasının və qətnamənin surətini məhkəməyə təqdim etmişlər. Ərizəçi 1984-cü, 1992-1994-cü illərdə Ağdam Rayon İstehlak Cəmiyyətinin Qaradağlı kənd tikinti materialları üzrə satış bazasında satıcı işləməsi məhkəmədə təsdiq edə bilməmişdir. Bu səbəbdən ərizənin həmin hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi 1985-ci ildən 1991-ci ilədək Ağdam Rayon İstehlak Cəmiyyətinin Qaradağlı kənd tikinti materialları üzrə satış bazasında satıcı işləməsi faktı müəyyən edilsin. Ərizəçi ərizəsinin 1984-cü, 1992-1994-cü illərdə Ağdam Rayon İstehlak Cəmiyyətinin Qaradağlı kənd tikinti materialları üzrə satış bazasında satıcı işləməsi faktının müəyyən edilməsi tələbiə dair hissəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1138/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1138/2024
23.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver