Məhkəmə qərarları › İş №2(013)-1184/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1184/2024

06.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1184/2024 06.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı və cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı evdən çıxarılma tələbinə dair ərizəsi üzrə mülki işə 16 yanvar 2024-cü il tarixdə Ağdam rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı X1 iki uşağı ilə birlikdə Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən ona verilmiş Ağdam rayonu, Səfərli qəsəbəsində yerləşən 3 otaqdan ibarət 122 saylı evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə üçüncü şəxs Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş və məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi və işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin geri qaytarılması və işin baxılmamış saxlanılması barəsində ərizə verildiyinə və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh X3 qarşı cavabdeh X1 iki uşağı ilə birlikdə Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən ona verilmiş Ağdam rayonu, Səfərli qəsəbəsində yerləşən 3 otaqdan ibarət 122 saylı evdən çıxarılmasına dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar