Məhkəmə qərarları › İş №2(013)-1199/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1199/2024

31.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1199/2024 31.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə mülki işə 31 iyul 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində qızları X2 xx.xx.2021-ci ildə və X4 xx.xx.2022-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində doğulmaları faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, 2021-ci ildə Maraqlı şəxs ərə getmiş, lakin nikahı rəsmiləşdirməmişdir. Evləndikdən sonra Tərlanla birlikdə Tərlanın işlədiyi fermada qalmışdır. Birgə nikahdan xx.xx.2021-ci ildə Fatimə və xx.xx.2022-ci ildə Zəhra adlı uşağı olmuşdur. Aralarında olan narazılığa görə cavabdehlə ayrılmışdır. Hər iki uşağının ev şəraitində anadan olduğunu, bu səbəbdən uşaqlara doğum haqqında şəhadətnamə ala bilmədiyini, Fatimə və Zəhra adlı uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün Ağdam Rayon Qeydiyyat Şöbəsinə müraciət edərkən orada ona məhkəməyə müraciət etməli olduğunun bildirildiyini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxslər Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə və Maraqlı şəxs məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə ifadə verən X8 bildirmişdir ki, qızı Ərizəçi 2021-ci ildə Maraqlı şəxs ərə getmiş, onların birgə nikahdan xx.xx.2021-ci ildə Fatimə və xx.xx.2022-ci ildə Zəhra adlı uşağı olmuşdur. Uşaqlar ev şəraitində anadan olduğundan onlara doğum haqqında şəhadətnamə ala bilməmişlər. Şahid qismində məhkəmədə ifadə verən X1 bildirmişdir ki, qonşusu X7 2021-ci ildə Tərlan adlı şəxsə ərə getmiş, onların xx.xx.2021-ci ildə Fatimə və xx.xx.2022-ci ildə Zəhra adlı uşağı olmuşdur. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 329-05/15 saylı arayışlarından görünür ki, xx.xx.2021-ci il təvəllüdlü Fatimə və xx.xx.2022-ci il təvəllüdlü Zəhra adlı uşaqların doğumuna əsas verən zəruri sənədlər olmadığından onlara doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır və Ərizəçi məhkəməyə müraciət etməsi izah olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi qızı X5 xx.xx.2021-ci ildə və X6 xx.xx.2022-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur. Faktın təsdiqi Ərizəçi uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. X2 xx.xx.2021-ci ildə və X4 xx.xx.2022-ci ildə Tərtər rayonunun ismayılbəyli kəndində anadan olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar