Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1213/2025 06.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Eıman Seymur oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Ağdam Melorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Suvarma İdarəsinə (Azərbaycan Dövlət Su X1 X7 Xidməti Publik Hüquqi şəxsü X8 Sistemlərinin İstismarı İdarəsi) qarşı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağdam Melorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Suvarma İdarəsinə (Azərbaycan Dövlət Su X1 X7 Xidməti Publik Hüquqi şəxsü X8 Sistemlərinin İstismarı İdarəsi) qarşı "xxxx" ASC-nin X3 İdarəsinin xx.xx.2024-cü il tarixli 591 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Ağdam Melorasiya və X9 Səhmdar Cəmiyyəti Ağdam Suvarma İdarəsinin istismar təşkili və idarə edilməsinə nəzarət qrupunun 8-ci dərəcə ilə usta vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, onun Ağdam "Sukanal" İdarəsinin xx.xx.2011-ci il tarixli 02 nömrəli əmri ilə həmin İdarəyə 4 sahə rəisi vəzifəsinə qəbul edildiyi, həmin İdarənin xx.xx.2012-ci il tarixli 03 nömrəli əmri ilə Ağdam " Sukanal" İdarəsində usta vəzifəsinə keçirildiyi, Ağdam Sukanal" İdarəsinin xx.xx.2016-ci il tarixli 139 nömrəli əmri ilə baglanmış əmək müqaviləsinə edilmiş dəyişiklik əsasən xx.xx.2016-ci il tarixindən Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 8-ci dərəcə ilə usta vəzifəsinə təyin edildiyi, Ağdam "Sukanal" İdarəsinin xx.xx.2019-ci il tarixli 09 nömrəli əmri ilə baglanmış əmək müqaviləsinə edilmiş dəyişiklikliyə əsasən 5 saylıl Regional Su kanal sahəsinin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 8-ci dərəcə ilə usta vəzifəsinə keçirildiyi, Ağdam " Sukanal" İdarəsinin xx.xx.2019-cu il tarixli 777 nömrəli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində əsasən başqa işəgötürənlə əmək müqaviləsinin baglanması xitam verildiyi, "xxxx" ASC-nin 5 nömrəli Regional Sukanal İdarəsinin xx.xx.2019-cu il tarixli 988 nömrəli əmri ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdam Sukanal sahəsinin istismarın təşkili və idarə edilməsinin nəzarət qrupuna 8-ci dərəcə ilə usta vəzifəsinə təyin edildiyi, "xxxx" ASC-nin 5 nömrəli Regional Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli 235 nömrəli əmri ilə baglanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bagladıgına görə xitam verildiyi, "xxxx" ASC X3 İdarəsinin xx.xx.2023-cü il tarixli 24 nömrəli əmri ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdam Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun 8-ci dərəcə ilə usta vəzifəsinə təyin edildiyi, sonradan həmin idarə yəni "Azərsu ASC X3 İdarəsi"xxxx"Ağdam Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Suvarma İdarəsi" yaradıldıldığını, "xxxx" ASC-nin X4 İdarəsinin xx.xx.2024cü il tarixli, 591 nömrəli əmri ilə işçilərin sayı ixtisar edildiyinə görə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ləğv edildiyi, "xxxx" ASC-nin X3 İdarəsinin xx.xx.2024-cü il tarixli, 591 nömrəli əmri tamamilə Əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu, həmçinin, cavabdeh Ağdam Melorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Suvarma İdarəsinə (Azərbaycan Dövlət Su X1 X7 Xidməti Publik Hüquqi şəxsü X8 Sistemlərinin İstismarı İdarəsi) X3 İdarəsinin hüquqi varisi olduğunu bildirdi və ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti Publik Hüquqi şəxsü X8 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi Nümayəndə izahatında iddianın əsasız olduğunu, İddiaçı əvvəl "xxxx" ASC-nin X4 İdarəsində işlədiyini, orada işlədiyi dövrdə işçilərin sayı ixtisar edildiyinə işdən azad edildiyini, X8 Sistemlərinin İstismarı İdarəsi İddiaçı işdən azad etmədiyini, nümayəndəsi olduğu təşkilatın İddiaçı əvvəl işlədiyi "xxxx" ASC-nin X3 İdarəsinin hüquqi varisinin olmadığını, ona görə də iddia tələbinin nümayəndəsi olduğu təşkilata heç bir aidiyyəti olmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və çıxışını dinləyib və iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, 591 nömrəli əmrinin sürətindən görünür ki, İddiaçı X3 İdarəsinin Ağdam sukanal sahəsinin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun ustası ilə bağlanmış əmək müqaviləsi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik huquqi şəxsin təsdiq edilmış strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikas Əmək Məcəlləsinin 70 - ci maddəsinın "b" bəndinə əsasən xx.xx.2024-cü il tarıxdən ləğv edilməsi, İddiaçı Əmək Məcəlləsinın 77-ci maddəsinın 3-cu hissəsinə əsasən "Azərsu” ASC-də 13 il 6 ay 15 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqını 2 misli miqdarında işdənçıxarma müavinəti verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 27 təqvim günü pul əvəzi ödənilməsi, təhvil-təslim mövcud qayda uzrə aparılması əmr edilmişdir. Əsas: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik huquqi şəxsin xx.xx.2024-cü il tarixli, 09-nömrəli əmri ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik huquqi şəxsin strukturuna daxil olan tabe qurumların təsdiq edilmış strukturu və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli 13-16-09-09 /2-01/2/680/2024 saylı məktubu göstərilmişdir. Məhkəmə iddia üzrə mübahisə predmetləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “C” bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifəsidir. Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edir. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır və Məcəllənin 76.2-ci bəndi nəzərdə tutur ki, əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən edilmişdir, onlar aşağıdakılardır : a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar, e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edir ki, maddənin bəndi işçilərin sayı və ya ştatları ixtisar edildiyi halı nəzərdə tutur. Əmək Məcəlləsinin 71-ci maddəsinə görə /hissə 1/ işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər, /hissə 2/ əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi, /2-ci hissə/ xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 78-ci maddəsində nəzərdə tutulur ki, işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərə şəhid ailələri, müharibə iştirakçıları, əsgər və zabitlərin arvadına (ərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara, xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslər aiddirlər. "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında " 30 mart 2023-cü il tarixli, 2074 saylı Fərmanından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X2 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) yaradılmış, "xxxx" ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmiş, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyəti təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları, onların saxlanılmasını və qorunmasını təmin edən əsas və köməkçi avadanlıq istisna olmaqla), su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi müəyyən edilmişdir. Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan qurumlar öz fəaliyyətlərini davam etdirilməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin yaranmasının səbəbi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik huquqi şəxsin təsdiq edilmış strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsi olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 saylı Fərmanının icrası ilə əlaqədar yaranmış, Fərmana əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 yaradılmış, həmçnin Fərmana əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə "X6 Xidməti" X10 yaradılmışdır. Həmçinin, həmin təşkilatların strukturu və ştat cədvələri təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti X10n X8 Sistemlərinin İstismarı İdarəsi hazır ki, iddia tələbi üzrə iddiaya cavab verməli olmayan şəxsdir. Lakin İddiaçı əvvəl işlədiyi "xxxx" ASC-nin X3 İdarəsinin hüquqi varisinin hazır ki cavabdeh təşkilatın olduğunu israr etmişdir, iddia tələbini ona münasibətdə təmin edilməsini məhkəmədən tələb etmiş və əsl olmayan cavabdeh tərəfin dəyişdirilməsinə razılıq verməmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə işə baxır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Ağdam Melorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Suvarma İdarəsinə (Azərbaycan Dövlət Su X1 X7 Xidməti Publik Hüquqi şəxsü X8 Sistemlərinin İstismarı İdarəsi) qarşı "xxxx" ASC-nin X3 İdarəsinin xx.xx.2024-cü il tarixli 591 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Ağdam Melorasiya və X9 Səhmdar Cəmiyyəti Ağdam Suvarma İdarəsinin istismar təşkili və idarə edilməsinə nəzarət qrupunun 8-ci dərəcə ilə usta vəzifəsinə bərpa edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-1213/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1213/2025
06.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver