Məhkəmə qərarları › İş №2(013)-1228/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1228/2025

04.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1228/2025 04.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İlkin iddia - İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı evə köçürülmə tələbi, Qarşılıqlı iddia – Cavabdeh3 İddiaçı qarşı yaşayış sahəsindən cehiz əşyalarının çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə mülki işə 04 iyun 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsində cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq Cavabdeh1 məxsus Ağdam rayonunun Zəngişalı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2022-ci ildə Cavabdeh2 ilə nikaha daxil olmuş və qaynatası Cavabdeh1 məxsus Ağdam rayonunun Zəngişalı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı 2024-2025-ci dərs ilində Ağdam rayonu Səfərli kənd tam orta məktəbində müəllim işləmişdir. Hazırda İddiaçı ilə Cavabdeh2 arasında yaranmış mübahisə nəticəsində Cavabdeh2 Tərtər Rayon Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Həmin ərəfələrdə Ağdam rayonunun Zəngişalı kəndində yerləşən fərdi yaşayış evi Şəhanənin qayınanası Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Hazırda ilkin iddia üzrə cavabdehlər İddiaçı Ağdam rayonunun Zəngişalı kəndində yerləşən fərdi yaşayış evində yaşamağa imkan vermirlər. Şəhanə dəfələrlə hüququ olan evdə yaşamağa cəhd etsə də ilkin iddia üzrə cavabdehlərin qanunsuz hərəkətləri ilə qarşılamışdır. Şəhanə mübahisənin həlli ilə bağlı ilkin olaraq mediasiya şurasına müracət etmiş, lakin mediasiya təşilatının 04 mart 2025-ci il tarixli MŞA/MT044/2024-00081 nömrəli arayışından göründüyü kimi mübahisəni mediasiya vasitəsilə həll etmək mümkün olmamışdır. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus cehiz əşyalarının ona məxsus Ağdam rayonunun Zəngişalı kəndində yerləşən evindən çıxarılması vəzifəsinin İddiaçı üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişir. Cavabdeh3 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2la İddiaçı arasında olan nikahın pozulmasına dair mülki iş Tərtər Rayon Məhkəməsinin icraatındadır. İlkin iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Cavabdeh3 əri Cavabdeh1 14 may 2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh3 anası X2 ölümündən sonra sonuncunun Ağdam rayonunun Zəngişalı kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh3 adına keçmişdir. Həmin fərdi yaşayış evində Familənin övladı Cavabdeh2 başqa heç kim qeydiyyatda yoxdur. Hazırda İddiaçı məxsus cehiz əşyaları Cavabdeh3 məxsus Ağdam rayonunun Zəngişalı kəndində yerləşən evində qalmışdır. Cavabdeh3 dəfələrlə İddiaçı və sonuncunun yaxınlarından onun evində qalan cehiz əşyalarının götürülüb aparılmasını tələb etmiş, lakin Şəhanə müxtəlif bəhanələr gətirərək cehiz əşyalarını aparmaqdan əsassız olaraq imtina etmişdir. Familədən başqa iki nəfər ailə üzvü də cəmi üç otaqdan ibarət evdə yaşamağa məhkumdur ki, bu da çox çətindir. Evin ikisində isə Şəhanənin əşyaları olduğu üçün orada yaşamaq mümkün deyil. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə etiraf etməyərək bildirmişdir ki, Ağdam rayonunun Səfərli kənd orta məktəbində kimya-biologiya müəllimi işləyir, lakin Tərtər rayonunda yaşayır. Hər gün uzaq yolu gəlib-gedə bilmir. Əri Nahidlə hazırda məhkəmədə nikahın pozulması işi var. Nahidlə birgə nikahından uşağının olmadığını qeyd etməklə ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 ilkin iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə əsaslı hesab edərək göstərmişdir ki, mübahisəli mənzil onun nənəsindən anası Familəyə qalmışdır. Şəhanə ilə birgə nikahdan uşağı olmamışdır. Şəhanə ilə barışmayacağını qeyd etməklə ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh3 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılıb ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh3 işptirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZ-İİ № 143352 saylı ölüm haqqında şəhadətnamənin surətindən göründüyü kimi Cavabdeh1 xx.xx.2020-ci ildə vəfat etdiyindən mülki iş üzrə xx.xx.2025-ci ildə keçirilmiş hazırlıq iclasında onun cavabdeh qismində işdə iştirakına xitam verilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli arayışın srətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında olan nikah xx.xx.2022-ci ildə Bərdə Regional «ASAN Xidmət» X5 1089 nömrə ilə qeydə alınmışdır. Tərtər Rayon İcra Hakimiyyəti başçısının Çardaxlı kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 07 saylı arayışından görünür ki, cavabdeh İddiaçı həmin kənddə qeydiyyatda olmaqla hazırda Tərtər şəhəri M.Mustafayev küçəsində yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-4704/24 saylı məktubunun surətindən görünür ki, həmin idarədə X1 adına əmlak qeydə alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-4504/24 saylı məktubundan görünür ki, həmin idarədə X6 və Cavabdeh1 adına əmlak qeydə alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-3763/20 saylı məktubunun surətindən görünür ki, Cavabdeh2 adına Ağdam rayonunun Zəngişalı kəndində yerləşən beş nəfər ailə üzvü ilə birlikdə 1,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixli 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə və 0,10 ha həyətyanı torpaq sahəsi Ağdam Rayonu Zəngişalı Bələdiyyəsi ilə bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-60 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 165 saylı arayışından görünür ki, həmin kəndin sakini olmuş mərhumə X2 yeganə varisi Cavabdeh3dır. Buna görə də X2 Ağdam rayonunun Zəngişalı kəndində yerləşən fərdi yaşayış evi övladı Cavabdeh3 adına keçmişdir. Həmin fərdi yaşayış evində Cavabdeh3 və Cavabdeh2 qeydiyyatda olmaqla yaşayırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2025-ci il, nömrəsi ********** olan hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Ağdam rayonunun Zəngişalı kəndində 0,1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 178,3 kvadrat metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X2 adına qeydə alınmışdır. AZ-İİ № 014500 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu ildə vəfat etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-444/2025 saylı qərardadının və məhkəmə bildirişinin surətindən görünür ki, hazırda həmin məhkəmənin icraatında iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı nikahın pozulması barədə mülki iş var, iş üzrə tərəflərə barışmaq üçün üç ay vaxt verilərək məhkəmə baxışı 19 iyun 2025-ci il tarixə saaat 09:30-a təxirə salınmşdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ilkin iddia əsassız olduğundan rədd, qarşılıqlı iddia isə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibətləri 2022-ci ildə yarandığından «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən mübahisəyə 01 oktyabr 2009cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə olan halda mübahisəyə 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməklə iddia rədd edilməlidir. Həmin maddədə göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.1-ci maddəsində qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İşə baxılarkən məlum olmuşdur ki, İddiaçı köçmək istədiyi Ağdam rayonunun Zəngişalı kəndində yerləşən fərdi yaşayış evi onun qeyd etdiyi kimi qayınatası – mərhum Cavabdeh1 deyil, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 məxsus olmuşdur. X6 ilə İddiaçı arasında hüquq münasibətləri yaranmamış, İddiaçı mübahisəli evdən istifadə hüququ əldə etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh2la İddiaçı arasında olan ailə münasibətləri pozulmuş, hazırda Tərtər Rayon Məhkəməsinin icraatında onların nikahın pozulması barədə mülki iş var. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə baxılarkən məlum olduğu kimi İddiaçı məxsus cehiz əşyaları hazırda ilkin iddia üzrə cavabdehlərin yaşadıqları evdə qalır. Sözügedən ev xx.xx.2019-cu ildə vəfat etmiş X3 məxsus olmuş, sonuncunun isə yeganə vərəsəsi Cavabdeh3dır. Cavabdeh3 anasından miras qalmış fərdi yaşayş evinə gözlənilən mülkiyyət hüququ mövcuddur. Məhkəmə hesab edir ki, Cavabdeh3 mənzil hüququ pozulmamalı, istifadəsində olan mənzildən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, İddiaçı məxsus cehiz əşyaları həmin yaşayış sahəsindən çıxarılmalıdır. Şəhanə Əlzizadənin cehiz əşyalarının mübahisəli mənzildə saxlanmasına heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Broniovski Polşaya qarşı» işdə ( 22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilidə verilən formal tövsifdən asılı deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında məhkəmə bir daha xatırlatmışdır ki, «tələb» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Ərizənin təmin edilməsi «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi baxımından da mümkündür. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə xx.xx.2007-ci il tarixli qərarının 34-cü bəndində qeyd olunmuşdur ki, ərizəçi şikayət etdi ki, o, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri pozulmaqla mülkiyyət hüquqlarından məhrum edilib; həmin maddədə deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İlkin iddia - İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı Cavabdeh1 məxsus Ağdam rayonunun Zəngişalı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası rədd edilsin. Cavabdeh3 qarşılıqlı iddiası təmin edilsin. İddiaçı məxsus cehiz əşyalarının Cavabdeh3 məxsus Ağdam rayonunun Zəngişalı kəndində yerləşən evdən çıxarılması vəzifəsi İddiaçı üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar