Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1313/2024 07.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı və cavabdeh Hacıyeva (Xəlilova) Zöhrə İsa qızının iştirakı ilə, İddiaçı cavabdeh Hacıyeva (Xəlilova) Zöhrə İsa qızına qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Hacıyeva (Xəlilova) Zöhrə İsa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Ağcabədi rayonu 1 saylı Mənzil Kommunal İstismar Sahəsi ilə İddiaçı arasında bağlanmış 11 yanvar 2023-cü il tarixli, №B-10 xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən onun istifadəsinə verilmiş Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 556 ailəlik hündürmərtəbəli yaşayış massivindəki 10 saylı binanın 35 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Ağcabədi rayonu 1 saylı Mənzil Kommunal İstismar Sahəsi ilə onun arasında bağlanmış 11 yanvar 2023-cü il tarixli, №B-10 xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən onun istifadəsinə verilmiş Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 556 ailəlik hündürmərtəbəli yaşayış massivindəki 10 saylı binanın 35 saylı mənzilinə müqavilədə ailə üzvləri kimi həyat yoldaşı, cavabdeh Xəlilova (Hacıyeva) Zöhrə İsa qızı və üç uşağının göstərildiyini, onunla Hacıyeva (Xəlilova) Zöhrə İsa qızı arasında olan nikah aktı qeydinin Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-123/2023 saylı qətnaməsinə əsasən pozulduğunu, bundan sonra aralarında olan münasibətlərin daha da pisləşdiyini və bütün cıhdlərinə baxmayaraq, cavabdehin onu mənzilə buraxmadığını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Hacıyeva (Xəlilova) Zöhrə İsa qızı izahatında iddia tələbində göstərilənlərin əsasız olduğunu, həmin mənzildə onun və üç uşağının da yaşamaq haqqı olduğunu, iddiaçının Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Qaçqınlar və Məcburi Köçkünlər üçün inşa edilmiş 556 ailəlik hündürmərtəbəli yaşayış massivindəki 10 saylı binanın 35 saylı mənzilində yaşamasına etiraz etmədiyini bildirdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 11 yanvar 2013-cü il tarixli, № B-10 nömrəli X6 X2 surətindən görünür ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində məcburi köçkünlərin məskunlaşması üçün tikilmiş, 10 nömrəli binanın, 35 nömrəli mənzili məcburi köçkün İddiaçı və onun ailə üzvləri: - həyat yoldaşı, Xəlilova (Hacıyeva) Zöhrə İsa qızı, qızı X5, oğlu X8, və qızı X3 müvəqqəti məskunlaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Ağcabədi rayonu 1 saylı Mənzil Kommunal İstismar Sahəsinin № 84, 01 mart 2024-cü il tarixli arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün olan İddiaçı, həqiqətən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 556 ailəlik hündürmərtəbəli yaşayış massivindəki 10 saylı binanın 35 saylı mənzilində müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-123/2023 saylı qətnaməsinin sürətindən görünür ki, İddiaçı ilə X7 arasında xx.xx.2004-cü il tarixdə Ağcəbədi rayonu X11 Şəhərciyinin icra nümayəndəliyibdə 10 nömrə ilə qeydə alınmış nikahları pozulmuş, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X3 anası X4 himayəsində saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin birinci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X1 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə aiddir. Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarə etməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Ağcabədi rayonu 1 saylı Mənzil Kommunal İstismar Sahəsi ilə İddiaçı arasında bağlanmış 11 yanvar 2023-cü il tarixli, №B-10 xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən onun istifadəsinə verilmiş Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 556 ailəlik hündürmərtəbəli yaşayış massivindəki 10 saylı binanın 35 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 50 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınmalıdır. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Ağcabədi rayonu 1 saylı Mənzil Kommunal İstismar Sahəsi ilə İddiaçı arasında bağlanmış 11 yanvar 2023cü il tarixli, №B-10 xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən onun istifadəsinə verilmiş Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 556 ailəlik hündürmərtəbəli yaşayış massivindəki 10 saylı binanın 35 saylı mənzilinə köçürülsün. Cavabdeh Hacıyeva (Xəlilova) Zöhrə İsa qızından 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınsın. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-1313/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1313/2024
07.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver