Məhkəmə qərarları › İş №2(013)-1325/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1325/2024

05.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1325/2024 05.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçilər Ərizəçi Nuşravan oğlu və X1 iştirakı ilə, Ərizəçi Nuşravan oğlu və X1 doğum faktının müəyyən edilməsi barədə mülki işə 05 iyun 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Nuşravan oğlu və X4 rayon məhkəməsinə ünvanladığı ərizəsində uşağı X2 xx.xx.2024-cü ildə doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi Nuşravan oğlu ərizəni müdafiə edərək göstərmişdir ki, xx.xx.2020-ci ildə və X4 ilə nikaha daxil olmuşdur. xx.xx.2024-cü ildə yaşadıqları Ağdam rayonunun Yüzbaşılı kəndində Mədinə adlı qızı olmuşdur. Mədinə ev şəraitində doğulduğu üçün ona doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda zərurət yarandığı üçün doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etdiyini, orada ona məhkəməyə müraciət etməsi izah olıunduğunu, doğum haqqında şəhadətnamə almaq üçün faktın təsdiq olunması zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən X4 ərizəni müdafiə edərək və əri Ərizəçi Nuşravan oğlunun izahatını təsdiqləyərək tələbin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X5 göstərmişdir ki, Ərizəçi anası, Bacıxanımın isə qayınanasıdır. Namiqlə Bacıxanımın xx.xx.2024-cü ildə Ağdam rayonunun Yüzbaşılı kəndində ev şəraitində Mədinə adlı uşağı olmuşdur. Məhkəmədə şahid qismində ifadə verən X3 göstərmişdir ki, Ərizəçi onun qayını, Bacıxanımın isə qayını arvadıdır. Namiqlə Bacıxanımın xx.xx.2024-cü ildə Ağdam rayonunun Yüzbaşılı kəndində ev şəraitində Mədinə adlı uşağı olmuşdur. Məhkəmədə elan olunmuş AZ-İİ № 361615 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Nuşravan oğlu ilə X4 arasında olan nikah xx.xx.2020-ci ildə Ağdam Rayon Qeydiyyat Şöbəsində 50 nömrə ilə qeydə alınmışdır. Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 416-05/15 saylı arayışından görünür ki, Ərizəçi Nuşravan oğlunun xx.xx.2024-cü ildə anadan olmuş uşağının doğumu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi Nuşravan oğlu və X1 xx.xx.2024-cü ildə Ağdam rayonunun Yüzbaşılı kəndində Mədinə adlı qızı anadan olmuşdur. Faktın təsdiqi doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan Ərizəçi Nuşravan oğlu və X4 məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. X2 xx.xx.2024-cü ildə Ağdam rayonunun Yüzbaşılı kəndində Ərizəçi Nuşravan oğlu və X1 ailəsində doğulması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar