Məhkəmə qərarları › İş №2(013)-134/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-134/2024

31.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-134/2024 31.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 31 yanvar 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində xx.xx.2013-cü ildə Bərdə şəhərində anadan olmuş X3 doğum faktının müəyyən edilməsi və atası X5, anası Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, 2002-ci ildə X5 ilə qeyri rəsmi nikaha daxil olmuş, nikahı xx.xx.2015-ci ildə rəsmiləşdirmişdir. Onların birgə nikahından 3 uşağı olmuş, Lakin onlar xx.xx.2013-cü ildə anadan olmuş Aytən adlı uşağa doğum haqqında şəhadətnamə almamışlar. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün faktın təsdiq olunması zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bərdə Regional “Asan Xidmət” X1 nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X4 bacısı Zərxaranın oğlu M.B.Məmmədovun 2002-ci ildə Ərizəçi ilə evləndiyini, onların qeyri rəsmi nikahından 3 uşağı olduğunu, onların qızı Aytənin xx.xx.2013-cü ildə anadan olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş X6 qayını M.B.Məmmədovun 2002-ci ildə Ərizəçi ilə evləndiyini, onların qeyri rəsmi nikahından 3 uşağı olduğunu, onların qızı Aytənin xx.xx.2013-cü ildə anadan olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Bərdə Regional “Asan Xidmət” X1 xx.xx.2023-cü il tarixli 3-15-5/8-741/-2023 saylı arayışından görünür ki, doğumun qeydə alınması zəruri sənədlər olmadığından mümkün olmamışvə Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-4510/2023 saylı qətnaməsinin surətindən görünür ki, M.B.Məmmədovla Ərizəçi arasında Bərdə Regional “Asan Xidmət” X2 xx.xx.2015-ci ildə 442 nömrə ilə qeydə alınmış nikah pozulmuşudur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi M.B.Məmmədovla qeyri rəsmi nikahından xx.xx.2013-cü ildə cinsi qadın olan uşağı anadan olmuşdur. Faktın təsdiqi uşağa doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. Qadın cinsindən olan Aytən adlı uşağın xx.xx.2013-cü ildə Bərdə şəhərində X5 (atası) və Ərizəçi (anası) ailəsində anadan olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar