Məhkəmə qərarları › İş №2(013)-1397/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1397/2025

23.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1397/2025 23.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum və qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə mülki işə 23 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, xx.xx.1960-cı ildə Xocavənd rayonunun Kurapatkin kəndində anadan olmuş, atası X13, anası X6 olmuşdur. Anadan olarkan onun doğumu qeyd etdirilməmiş, ona doğum haqqında şəhadətnamə alınmamışdır. X1 xx.xx.1954-cü ildə anadan olmuş, onada həmçinin doğum haqqında şəhaətnamə alınmamışdır. Bacısı H.Q.Quliyeva xx.xx.2024-cü ildə vəfat etmişdir. Vərəsəliklə bağlı müraciət edən zaman ona doğum haqqında şəhadətnamə və bacısı ilə qohumluq faktını təsdiq edən sənəd olmadığından vərəsəlik verilməsi mümkün olmadığı izah olunaraq məhkəmə müraciət etməsi tövsiyyə olunduğunu, vərəsəliklə bağlı faktın təsdiq olunması zərurəti yarandığını qeyd etməklə xx.xx.1960-cı ildə Xocavənd rayonunun Kurapatkin kəndində doğulması və X2 onun basısı olmaqla qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir Maraqlı şəxs1 nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Ağdam Rayon Dövlət Notariat Kontorunun nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə ifadə verən X5 əmisi oğlu Ərizəçi 1960-cı ildə anadan olduğunu, atası X13, anası X6 olduğunu, H.Q.Quliyevanın Ərizəçi bacısı olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşı, H.Q.Quliyeva isə bacısı olmuşdur. Qardaşı Ərizəçi 1960-cı ildə anadan olmuşdur. Məhkəmədə elan olunmuş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Xocavənd rayonunun Kurapatkin kəndində anadan olmuşdur. AZ-İİ № 430691 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, H.Q.Quliyeva xx.xx.2024-cü ildə vəfat etmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 217 saylı və 218 saylı arayışlarından görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Xocavənd rayonunun Kurapatkin kəndində, H.Q.Quliyeva isə xx.xx.1954-cü ildə Xocavənd rayonunu Kurapatkin kəndində anadan olmuşlar. Ağdam Rayon Dövlət Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 71 saylı arayışından görünür ki, Ərizəçi bacısı H.Q.Quliyeva və anası G.B.Quluyevadan miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etmə hüququ izah olunmuşdur. Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli 228-05/15 saylı arayışlarından görünür ki, Ərizəçi doğumu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1960-cı ildə Xocavənd rayonunun Kurapatkin kəndində atası X13, anası X3 ailəsində anadan olmuş, xx.xx.1954cü ildə Xocavənd rayonunun Kurapatkin kəndində anadan olmuş, xx.xx.2024-cü ildə vəfat etmiş H.Q.Quliyeva onun bacısı olmuşdur. Faktın təsdiqi Ərizəçi zəruri olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. Ərizəçi xx.xx.1960-cı ildə Xocavənd rayonunun Kurapatkin kəndində (atası X13, anası X6) anadan olması faktı müəyyən edilsin. xx.xx.1954-cü ildə Xocavənd rayonunun Kurapatkin kəndində anadan olmuş, xx.xx.2024-cü ildə vəfat etmiş X2 Ərizəçi bacısı olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar