Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-140/2024 18.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X11, anası X6 və xalası X1 miras qlmış Ağdam rayonu, Evoğlu kəndi ərazisində yerləşən 0.86 ha torpaq sahəsinin və X1 miras qlmış Ağdam rayonu, Evoğlu kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada maraqlı şəxs Ağdam rayon Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəni müdafiə etdiyini, X3 anası, X7 onun nənəsi, X2 isə onun xalası olduğunu, Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarına əsasən X11, X6 və X4 Ağdam rayonu, Evoğlu kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.86 ha torpaq sahəsi, bundan başqa xalası X4 0.25 ha həyətyanı torpaq sahəsi verildiyini, mərhum xalasının vəsiyyətnamə tərtib edərək Ağdam rayonu, Evoğlu kəndi ərazisində yerləşən daşınar və daşınmaz əmlakını bütünlüklə ona vəsiyyət etdiyini, vəsiyyətnamənin Ağdam rayon Dövlət Notarius ofisi tərəfindən təsdiq edildiyini, nənəsi X7 xx.xx.2008-ci ildə, anası X3 xx.xx.2013-cü ildə, xalası X2 isə xx.xx.2019-cu il tarixində vəfat etdiklərini, yaxınlarının vəfatından sonra miras qalmış əmlakı və təsərrüüfatı özünün qəbul və idarə etdiyini, başqa vərəsə olmadığından, hər hansı bir mübahisənin də olmadığını qeyd edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və çıxışını dinləyib, belə qərara gəldi ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdam rayon X12 xx.xx.2023-cü il tarixli, 185, 186, 187 saylı məktublarından görünür ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi gündən 6 ay müddətində mirası qəbul edə biləcəyi əsas gətirilərək, müddətin ötürüldüyü üçün vətəndaşa vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan 20 iyun 2008-ci il tarixli, AZ-İ seriyalı, 297660 nömrəli “X10”nin surətindən görünür ki, X11 xx.xx.2008-ci il tarixdə Ağdam rayonunun Evoğlu kəndində ölmüşdür. İş materiallarında olan 11 yanvar 2014-cü il tarixli, AZ-İ seriyalı, 631236 nömrəli “X10”nin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə Ağdam rayonunun Evoğlu kəndində ölmüşdür. İş materiallarında olan 14 yanvar 2020-ci il tarixli, AZ-İİ seriyalı, 063336 nömrəli “X10”nin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Ağdam rayonunun Evoğlu kəndində ölmüşdür. Məhkəmə ərizədə göstərilən predmetlə bağlı qanunvericiliyin aşagıdakı müvafiq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yenə Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 10.1-ci bəndində qeyd edilmişdir ki, Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin qərarının 10.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. İşin faktiki halları ilə məhkəməyə müəyyən olundu ki, ərizədə göstərilən Ağdam rayonu, Evoğlu kəndində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsinə X2 xüsusi mülkiyyət hüququnu qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış və çıxarışla rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələbinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə sadalanan sübutları və qanunvericiliyin tələblərini müqayisəli şəkildə tədqiq edib, məcmu halında qiymət verərək hesab edir ki, ərizəçinin təqdim etdiyi sübutlar bir-birini tamamlamır və ərizəçinin tələbinin əsaslı olmasına dəlalət etmir, həmçinin ərizəçinin tələb olunan hüquqi faktın müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mövcud deyildir. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizənin qanuni əsası olmadığına görə həmin ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq qət etdi: Ərizəçi nənəsi X11, anası X6 və xalası X1 miras qlmış Ağdam rayonu, Evoğlu kəndi ərazisində yerləşən 0.86 ha torpaq sahəsinin və X1 miras qlmış Ağdam rayonu, Evoğlu kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən sonra 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-140/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-140/2024
18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver