Məhkəmə qərarları › İş №2(013)-140/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-140/2025

16.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-140/2025 16.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi ilə, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Su X1 Su Meliorasiya Xidməti X25 etibarnamə ilə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X23 Sistemlərinin İstismarı İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair ərizəsindən ibarət mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X23 Sistemlərinin İstismarı İdarəsinin 22 oktyabr 2024-cü il tarixli, 84 saylı Əmrinin ləğv edilməklə əvvəlki işinə bərpa edilməsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, xx.xx.2013-cü ildə X11 İdarəsində elektrik mantyor vəzifəsinə işə qəbul edilmiş, ötən 11 il 2 ay ərzində işlədyi müddətdə hər hansı intizam pozuntusuna yol verməmiş, işinin öhdəsindən layiqincə gəlmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilat tərəfindən ona ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu verilmiş, bundan sonra rəhbərlik ilə görüşmüş və bildirmişdir ki, uzun illərdir təşkilatda çalışır, işlədyi müddətdə heç bir yanlışlığa yol verməmişdir. Onunla bir yerdə işləyənlərin iş stajı və təcrübəsi ondan azdır, ştat ixtisara düşürsə o, yox digərləri işdən azad edilməlidir. Ancaq rəhbərlik buna əhəmiyyət verməmiş və xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin, B bəndinə əsasən xitam vermişdir. Göstərdiyi əsaslara görə barəsində qəbul olunmuş həmin əmri əsassız və qanunsuz hesab edir. Belə ki, cavabdeh təşkilatda onunla çalışan işçilərin əksəriyyəti rəisin öz qohumlarıdır və ştat ixtisara düşürdüsə onda birinci X7 rəisi və pensiyaçı, 5 il iş stajı olan X16, 1 il iş stajı olan rəisin qardaşı oğlu X17, 3 il iş stajı olan rəisin bacısı oğlu X5, 6 ay iş stajı olan baldızı oğlu X18, 2 il iş stajı olan rəisin yeznəsidir X6 və iş stajı 5 il olan qohumu X22 iztisara düşməli idi. Maddi vəziyyəti ağırdır, belə ki, ondan başqa ailədə çalışan yoxlur, ailənin yeganə qazanc gətirəndir. Təqdim etdiyi kredit müqaviləsindən görünür ki, xx.xx.2003-cü il tarixdə Yelo Bankdan 2.500 manat kredit götürmüşdür. İşdən çıxarılacağı halda ailənin vəziyyətinin acınacaqlı olmasını təsəvvür etmək elə də çətin deyil. Ona görə də xx.xx.2024-cü il tarixli, 84 saylı X4 tələblərinə zidd hesab edir. Odur ki, sözügedən əmrin məhkəmə qaydasında ləğv edilməsini, əvvəlki işinə bərpa edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, məlum ixtisarla bağlı işçilər işdən buraxılmışlar. Lakin ixtisarlar düzgün aparılmayıb. Belə ki, sahə rəisi İsa Əliyev təqaüdçüdür, ancaq işində işləyir. İsa Əliyevin oğlu subaydır, bacısı oğlu, qardaşı oğlu və baldızı oğlu ixtisar zamanı işlərində saxlanılmışlar. Onlar qısa müddət ərzində işə götürülüblər, əmək stajları onun stajından azdır. Özünün 11 il 2 ay həmin müəssisədə əmək stajı var. Hətta idarədə 2 il stajı olanları ixtisara salmayaraq işlərində saxlayıblar. İşlədiyi müddətdə heç bir nöqsana yol verməyib. Heç vaxt maaşı kəsilməyib. Halbuki işdə sazlanılan bir neçə şəxsin əmək haqları nöqsanlar ucbatından kəsilib. Ailədə yeganə işləyən şəxsdir. Arvadı nevroz xəstəsidir, 2 övladı var, bundan başqa banka kredit ödənişləri var. Hesab edir ki, işində saxlanılmalı idi. Bir dəfə də olsun əmək haqqı kəsilməyib, istirahət hüququndan heç vaxt istifadə etməyib, şənbə və bazar günləri də işləyib, ailəsinin vəziyyəti nəzərə alınmayıb. Sahə rəisi onunla qərəzli davranıb. İdarənin müdiri bildirib ki, bütün ixtisarlar sahə rəislərinin məlumatları əsasında aparılıb. Ona görə də məhkəmədən tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə iddia tələblərini qəbul etmədi. Göstərdi ki, Azərbaycan Respublikası Su X1 Su Meliorasiya Xidməti X14 aparılan islahatlarla bağlı, həmçinin idarələrin birləşməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı əsasında aparılan islahatlar nəticəsində X11 İdarəsinə 131 nəfərin ştatının ixtisarı gəlib. Həmçinin bundan başqa Regional Yevlax İdarəsində 138 nəfərin, Bərdə İdarəsində 146 nəfərin, Ağcabədi İdarəsində 137 nəfərin, ümumilikdə isə respublika üzrə 5000 nəfər barəsində ştat ixtisarı aparılıb. Ağdam İdarəsində 145 elektrik montyoru var ki, hazırkı iddiaçı da elektrik montyorudur. Ştat ixtisarı ilə bağlı İddiaçı 15 avqust 2024-cü il tarixdə rəsmi olaraq məlumatlandırmışlar. Ağdam İdarəsindən onlarla adam ştat ixtisarı ilə bağlı işdən çıxırılıblar. İddiaçı işində nöqsanlara yol verib. Ştat ixtisarı aparılarkən idarə tərəfindən işçilərin peşə hazırlığı ilə bağlı seçim edilib. Hazırda iddianın təmin edilməsi mümkün deyildir. Ola bilsin ki, idarəyə yeni ştatlar verilsin, həmin vaxt hazırkı iddiaçının işə qaytarılıb-qaytarılmaması məsələsinə yenidən rəhbərlik tərəfindən baxıla bilər. Ona görə də hesab edir ki, iddia tələblərinin təmin edilməsi hazırda mümkün deyil, hazırkı iddiaçının və onlarla sair şəxslərin ştatları ixtisara düşüb. Bu barədə onlar əmək məcəlləsi ilə nəzərdə tutulan müddətlərdə məlumatlandırılıblar, onlara yekun haqq-hesab ödənilib. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfləri /nümayəndəni/ dinləyib, onların təqdim etdiyi sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməməlidir. Ağdam Rayon Pollis Şöbəsi tərəfindən 26 dekabr 2011-ci il tarixdə verilmiş AZE 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1976-cı il təvəllüdlüdür, rayonun Alıbəyli kəndinin qeydiyyatındadır. Ağdam RİH Başçısının Üçoğlan Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 665 saylı, 24 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həmin nümayəndəliyin Alıbəyli kəndində yaşamqla daimi qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş Azərbaycan X20 Agentliyinin tabeliyində X15 Xidməti X25 X11 İdarəsinin rəisi H.Əzimzadə tərəfindən 15 avqust 2024-cü il tarixdə İddiaçı ünvanlanmış ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan X20 Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 saylı Fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X10 Xidməti" X27 yaradılmışdır. Azərbaycan X20 Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F saylı Əmri ilə "X10 Xidməti" X24 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən onun tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "B" bəndinə əsasən bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda ƏM-nin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəyə ödənilməklə bağlanmış əmək müqaviləsi müraciət olunduğu gündən ləğv edilə bilər. Ərizəyə əlavə edilmiş X28 Sistemlərinin İstismarı İdarəsinin 22 oktyabr 2024-cü il tarixli, 84 saylı Əmrindən görünür ki, İddiaçı ilə (elektrik montyoru) – xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Ərizəyə əlvavə edilmiş İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, X2 İstismarı İdarəsinin xx.xx.2013-cü il tarixli, 09 saylı Əmri ilə həmin idarəyə 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə İdarənin ləğvi ilə əlaqədar olaraq elektrik montyoru vəzifəsindən azad edilmiş və işlə təmin olunması üçün yeni yaradılmış X11 İdarəsinin sərəncamına göndərilmiş, xx.xx.2015-ci ildə elektrik montyoru işinə qəbul edilmiş və X28 Sistemlərinin İstismarı İdarəsinin əmri ilə 22 oktyabr 2024-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin cavabdeh Azərbaycan Respublikası Su X1 Su Meliorasiya Xidməti X25 etibarnamə ilə nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi idarə üzrə sahə rəisinin məlumatlarından və hazırkı ididaçının izahatından görünür ki, İddiaçı tərəfindən işinə səhlənkar yanaşma halları olmuşdur. X3 X26 X9 07 noyabr 2024-cü il tarixli Arayışdan görünür ki, cavabdeh X28 Sistemlərinin İstismarı İdarəsi mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş materiallarına əlavə edilmiş 15 noyabr 2023-cü il tarixli, 12-Y-2-0-2673-23 saylı Kredit Müqaviləsinə 1 saylı Əlavədən görünür ki, İddiaçı 36 ay müddətinə, illik 17,9 % dərəcəsi ilə ayda 90,26 manat ödəmək şərti ilə "xxxx" ASC-dən 2500 manat məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin q bəndinə görə əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin hüququdur. Həmin Məcəllənin 12-ci maddəsinin c bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifəsidir. Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edir. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır və Məcəllənin 76.2-ci bəndi nəzərdə tutur ki, əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən edilmişdir, onlar aşağıdakılardır : a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar, e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edir ki, maddənin bəndi işçilərin sayı və ya ştatları ixtisar edildiyi halı nəzərdə tutur. Əmək Məcəlləsinin 71-ci maddəsinə görə /hissə 1/ işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər, /hissə 2/ əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir : on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi, /2-ci hissə/ xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 78-ci maddəsində nəzərdə tutulur ki, işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərə şəhid ailələri, müharibə iştirakçıları, əsgər və zabitlərin arvadına (ərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara, xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslər aiddirlər. Həmin Məcəllənin 79-cu maddəsi əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilmişdir ki, onların heç biri hazırkı iddiaçının şamil edilə bilməz. Göründüyü kimi hazırkı mübahisənin yaranmasının səbəbi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan X20 Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 saylı Fərmanının icrası ilə əlaqədar yaranmış, Fərmana əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə "X10 Xidməti" X27 yaradılmış, X20 Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F saylı Əmri ilə "X10 Xidməti" X24 təsdiq edilmiş strukturu və ştat cədvəli təsdiq edilmiş və nəticədə hazırkı İddiaçı və onlarla sair şəxsin tutduğu vəzifələri üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. İddiaçı idarə tərəfindən bu barədə məktub verilmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv edilmiş, iddiaçıya ödəniş verilmişdir. Məhkəmə müəyyən etdi ki, işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək məcəlləsi ilə nəzərdə tutulan tələblərə əməl edilmişdir. Ona görə də məhkəmə iddia tələblərini təmin etmir, hesab edir ki, X28 Sistemlərinin İstismarı İdarəsi üzrə İddiaçı barəsində verilmiş 22 oktyabr 2024-cü il tarixli, 84 saylı ƏMRi qanunamüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazların əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. İddiaçı - X28 Sistemlərinin İstismarı İdarəsinə qarış 22 oktyabr 2024-cü il tarixli, 84 saylı ƏMRin ləğv edilməsi, əvvəlki elektrik montyoru işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanıb ödənilməsi tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar