Məhkəmə qərarları › İş №2(013)-1403/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1403/2024

21.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1403/2024 21.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Zeynallı Asiman Azər oğlunun katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı evə köçürülmə tələbi barədə mülki işə 21 avqust 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsində cavabdeh Y.N.Pənahiyə qarşı iddia qaldıraraq göstərmişdir ki, Yusif Pənahi onun oğludur. Ağdam rayonunun İmamqulubəyli kəndində ona məxsus yaşayış evi olmuşdur. Əvvəllər oğlu və sonuncunun ailəsi ilə birlikə həmin evdə yaşamışdır. Yusif onu döyərək evdən çıxarmış və adına olan evi satmışdır. Hazırda müvəqqəti olaraq Ağdam rayonunun Eyvazlı kəndində yaşadığını qeyd etməklə Ağdam rayonunun Yeni İmamqulubəyli kəndində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh Y.N.Pənahi işin mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Y.N.Pənahi iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçı onun anasıdır. Ağdam rayonunun Quzanlı qəsəbə ərzaisində yerləşən 3 otaqdan ibarət ev anası Məhluqəyə məxsus olmuşdur. Anası həmin evdə yaşamışdır. Anasının evi ilə onun yaşadığı ev arasında xeyli məsafə olmuşdur. Anası tənha qalmaq istəməmiş, belində xəstəlik olmuşdur. Anası evi satıb onun yaşadığı evin həyətində ev tikməyi və orada yaşamasını ona təklif etmişdir. 2022-ci ilin fevral ayında anası evi Yaqut adlı şəxsə satmaq istədiyini bildirmiş və bu səbəbdən ona evin alqı-satqısı üçün etibarnamə vermişdir. Ev 50000 manata satılmışdır. Həmin puldan 3100 manat satılan evin hasarının çəkilməsin sərf olunmuş, 2900 manat vergi ödənilmişdir. Həmin evin istilik sistemi üçün kombi götürülmüş, buna görə 4300 manat pul ödənilmişdir. Sonra Ağdam rayonunun İmamqulubəyli kəndində yerləşən evinin həyətində anasına iki otaq və mətbəxtdən ibarət ev tikmişdir. Evin qarşısında çardaq inşa etdirmiş, həyəti tamet daşı ilə döşətmişdir. Evin tikilməsi və təmirinə cəmi 20000 manat xərc çıxmışdır. Anası evə köçərkən xəstə olmuş və müalicəsinə 6000 manata qədər vəsait xərclənmişdir. Həmin puldan 2200 manat anasının təkidi ilə oğlunun təhsil haqqına ödəmişdir. Anası ehtiyacı olduğunu bildirərək ondan 3000 manat, 2000 manat və 1000 manat pul almışdır. Ümumilikdə evə, anasının müalicəsinə və təhsli haqqına görə 44500 manat sərf olunmuşdur. Anası həkimə getmək adı ilə evdən çıxmışdır. Anasının tələb etdiyi evin özü tərəfindən satılmış, başqa şəxsin mülkiyyətində olmuş və həmin evə köçürülməsi mümkün olmamışdır. Anasının onun adına olan Ağdam rayonunun İmamqulubəyli kəndində yerləşən evə köçürülməsinə etiraz etmədiyini, lakin satılmış evə köçməsinə razı olmadığını, iddia ərizəsində satılmış evin ünvanının Quzanlı deyil, səhvən Yeni İmamqulubəyli qəsəbəsi qeyd olunduğunu göstərməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqiqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-3481/2024 saylı məktubundan görünür ki, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi qeydiyyata alınmamışdır. Ağdam Rayon Polis X3 təhqiqatçısı X2 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək oğlu Y.N.Pənahinin ona məxsus evi satması, onu döyməsi, təhqir etməsini bildirmiş və cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı adına olan Bərdə rayonu Uğurbəyli kəndində və Ağdam rayonunun İmamqulubəyli kəndində yerləşən evlər onun razılığı ilə oğlu Y.N.Pənahinin iştirakı ilə satılmış, evlərin alıcılara təqdim edilməsini özü təmin etmişdir. Y.N.Pənahinin İddiaçı evlərin satılması üçün sənədləri imzalaması məqsədi ilə öldürməklə hədələməsi və döyməsi faktı təsdiqini tapmamışdır. Bərdə Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonunun Quzanlı kəndində yerləşən ümumi sahəsi 91,1 kv.metr, yaşayış sahəsi 58,1 kv.metr, yardımçı sahəsi 33 kv.metr olan üç otaqlı fərdi yaşayış evini və 0,3 ha torpaq sahəsini X6 40000 manata satmışdır. Qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2022-ci il olan çıxarışın surətindən görünür ki, Ağdam rayonunun Quzanlı kəndində yerləşən ümumi sahəsi 91,1 kv.metr olan üç otaqlı fərdi yaşayış evi X5 mülkiyyətindədir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı köçmək istədiyi yaşayış evinin mülkiyyətində və ya qanuni sahibliyində olmasını, həmçinin həmin yaşayış sahəsinin mülkiyyət hüququ üzrə hər hansı bir şəxsin adına qeydə alındığını təsdiq etmək, həmçinin tələblərini əsaslandırmaq üçün məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhz həmin səbəbdən iddia rədd edilməlidir. Həmçinin işə baxılarkən məlum olmuşdur ki, iddiaçı hazırda köçmək istədiyi yaşayış evini qeyrisinə satmış, lakin iddia ərizəsində köçmək istədiyi yaşayış evinin ünvanını səhvən ünvan 1in mülkiyyətçisi hazırda X7r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X4 qarşı Ağdam rayonunun Yeni İmamqulubəyli kəndində yerləşən evə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar