Məhkəmə qərarları › İş №2(013)-1432/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1432/2024

31.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1432/2024 31.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı tərəflərdən Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi və şəxsin qohumluq münasibətlərində olması faktının /maraqlı şəxslər Maraqlı şəxs1, X27, Maraqlı şəxs3, Maraqlı şəxs4 İsa qızı və Ağdam Rayon Notariat Ofisi/ müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X18 onun anası olması faktının və X4 atasının anası, onun nənəsi olmaqla qohumluq faktının və anası və nənəsindən miras qalmış Ağdam Rayon Üçoğlan kəndi ərazisində yerləşən 2.78 ha torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına gəlmiş Ərizəçi göstərdi ki, ərizəyə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrdən görünür ki, nənəsi Sürəyya Əliyeva xx.xx.2003-cü il tarixdə və X44 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. Nənəsi Sürəyya vəfat edənə kimi onlarla birlikdə yaşamışdır. Nənəsinin və anasının mülkiyyətində Ağdam Rayon Üçoğlan kəndi ərazisində 2,78 ha torpaq sahəsi olmuşdur. Nənəsi və anası vəfat etdikdən sonra onlardan miras qalmış və onlara aid olan təsərrüfatı qəbul edərək idarə etmişdir. Bununla bağlı digər vərəsələr arasında hər hansı bir mübahisə olmamışdır. X44 və nənəsi Sürəyya Əliyevaya məxsus Üçoğlan kəndi ərazisində olan torpaq sahəsindən ibarət miras əmlaka görə ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün Ağdam Notariat Ofisinə müraciət etmiş, müddət keçdiyi və qohumluq əlaqələrini təsdiq edən sənədlər olmadığı üçün ona vərəsəlik şəhadətnaməsi verilməmiş, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ailənin digər üzvləri ərizənin təmin edilməsinə etiraz etmirlər, bu barədə sənədləri də məhkəməyə təqdim edib. Ona görə də məhkəməyə müraciət etmişdir, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər X27, Maraqlı şəxs3 və Maraqlı şəxs4 İsa qızı məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə teleqram vuraraq ərizəyə etirazlarının olmamasını bildirmişlər. Ağdam Rayon Notariat Ofisi məhkəməyə nümayəndə göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Maraqlı şəxs qismində məhkəmə iclasına gəlmiş Maraqlı şəxs1 göstərdi ki, Ərizəçi onun bacısıdır. Ailədə 3 övlad olmuşlar : özü, Rəxşəndə və Rizvan. Qardaşları Rizvan vəfat etmişdir, Səba Rizvanın həyat yoldaşı, Fəxri və Şəms isə övladlarıdırlar. Nənələri Sürəyya 2003-cü ilə, anaları Manya isə 2011-ci ildə vəfat etmişlər. Ailə üzvləri arasında onlardan miras qalan torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur. Nənəsi Sürəyya, anası Manyanın və qardaşı Rizvanın mülkiyyətində Ağdam Rayon Üçoğlan kəndi ərazisində ümumi olaraq 2,78 ha torpaq sahəsi olmuşdur. Nənəsi və anası vəfat etdikdən sonra onlardan miras qalmış təsərrüfatı bacısı Rəxşəndə qəbul edib idarə etmişdir. Miras paydan bacısının xeyrinə imtina edir. Hazırda da ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Şahid qismində məhkəməyə gəlmiş X28 göstərdi ki, işdə maraqlı şəxs olan Maraqlı şəxs1 həyat yoldaşıdır. Həqiqətən Ramazanın nənəsi Sürəyya Əliyeva 2003-cü ildə, X44 isə 2011-ci il tarixdə vəfat etmişlər. Sürəyya vəfat edənə kimi Rəxşəndə ilə birlikdə yaşamışdır. Sürəyya, Manya və qaynı Rizvanın ailə üzvləri ilə birlikdə mülkiyyətində Üçoğlan kəndi ərazisində 2,78 ha torpaq sahəsi olmuşdur. Onlardan miras qalmış təsərrüfatı Rəxşəndə qəbul edib idarə etmişdir. Miras payla bağlı hər hansı mübahisə yoxdur. Şahid qismində məhkəməyə gəlmiş X29 göstərdi ki, işdə maraqlı şəxs olan Maraqlı şəxs1 dayısı oğludur. Ərizəçi Rəxşəndənin nənəsi Sürəyya Əliyeva 2003-cü ildə, X44 isə 2011-ci il tarixdə vəfat etmişlər. Sürəyya nənə vəfat edənə kimi Rəxşəndə ilə birlikdə yaşamışdır. Sürəyya, Manya və qaynı Rizvanın ailə üzvləri ilə birlikdə mülkiyyətlərində 2,78 ha torpaq sahəsi olub ki, miras qalmış həmin təsərrüfat Rəxşəndə tərəfindən qəbul edilib. Miras payla bağlı ailə üzvləri aralarında hər hansı mübahisə yoxdur. Məhkəmə ərizəçini, şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. X10 surətindən də görünür ki, Ərizəçi xx xxxxxxx 1962-ci il tarixdə Ağdam Rayon Böyükbəyli kəndində anadan olmuş, atası X30, anası X19r. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1962-ci il tarixdə Ağdam Rayonunda Böyükbəyli anadan olmuş, Laçın rayonun Hacıxanlı kəndinin qeydiyyatındadır. Ağdam Rayon İHB-nın X26 İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 215 saylı, 17 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həmin Qəsəbədə 103 saylı evdə müvəqqəti qeydiyyatda olmaqla orada yaşayır. Ağdam RİH Başçısının Üçoğlan Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 274 saylı, 18 aprel 2024-cü il tarixli arayışından görünür ki, mərhum X31 xx.xx.2011-ci il tarixdə vəfat etmiş, vəfat edənə qədər X37 Ərazi Dairəsi üzrə Nümayəndəliyin Böyükbəyli kəndində yaşamış, vəfat etdikdən sonra mərhumun aşağıdakı ailə üzvləri qalmışdır : oğlu X32 /2020-ci ildə vəfat etmişdir/, oğlu Maraqlı şəxs1, qızı /hazırkı ərizəçi/ Ərizəçi. Ağdam RİH Başçısının Üçoğlan Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 275 saylı, 18 aprel 2024-cü il tarixli arayışından görünür ki, mərhum X7 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, vəfat edənə qədər X37 Ərazi Dairəsi üzrə Nümayəndəliyin Böyükbəyli kəndində yaşamış, vəfat etdikdən sonra mərhumun aşağıdakı ailə üzvləri qalmışdır : oğlu X30 /1963-cü ildə vəfat etmişdir/, qızı X23 /1986-cı ildə vəfat etmişdir/. Ağcabədi RİH Başçısının Hindarx Qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 167 saylı, 24 may 2024-cü il tarixli arayışından görünür ki, mərhumə X12 övladları olmamışdır. Ağdam RİH Başçısının Üçoğlan Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 219 saylı, 28 mart 2024-cü il tarixli arayışından görünür ki, mərhum X7 vəfat edənə qədər X37 Ərazi Dairəsi üzrə Nümayəndəliyin Böyükbəyli kəndində yaşamış, mərhum vəfat edən zaman aşağıdakı tərkibdə ailə üzvləri olmuşdur : gəlini X31 /2011-ci ildə vəfat etmişdir/, nəvəsi Ərizəçi /hazırkı ərizəçi/. X14 surətindən görünür ki, X7 /ərizəçinin nənəsi/ 23 avqust 2003-cü il tarixdə vəfat etmişdir. X14 surətindən görünür ki, X31 /ərizəçinin anası/ 12 fevral 2011-ci il tarixdə vəfat etmişdir. AZE 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 /ərizəçinin qardaşı/ xx xxxxxx 1961-ci ildə anadan olub, rayonun Böyükbəyli kəndinin qeydiyyatındadır. X10 surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1961-ci ildə rayonun Böyükbəyli kəndində anadan olmuş, atası X30, anası X24r. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs4 xx xxxxxx 1968-ci ildə anadan olub, Ağdam şəhəri, İ.Qayıbov küçəsi, Döngə 1, ev 4-də qeydiyyatdadır. X10 surətindən görünür ki, X34 xx.xx.1968-ci ildə anadan olmuş, atası X33, anası X13r. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxxxx 1989-cu ildə anadan olub, Ağdam şəhəri, İ.Qayıbov küçəsi, Döngə 1, ev 4-ün qeydiyyatındadır. X10 surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1989-cu ildə Ağdam rayonunda anadan olmuş, atası X32, anası Maraqlı şəxs4dır. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx xxxxxx 1989-cu ildə anadan olub. X10 surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1989-cu ildə Ağdam rayonunda anadan olmuş, atası X32, anası Maraqlı şəxs4dır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Ağdam Rayonu Üçoğlan kəndində olan 2,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi mülkiyyət hüquqları üzrə X8, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 İsa qızı, Ərizəçi və X25 məxsusdur. Maraqlı şəxs5 tərəfindən 17 aprel 2024-cü il tarixdə Ərizəçi ünvanlanmış 70 saylı məktubdan görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş nənəsi X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alması, vərəsə və vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 6 ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və qohumluq əlaqələrini təsdiq edən sənədlər olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla bağlı olaraq məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Maraqlı şəxs5 tərəfindən 17 aprel 2024-cü il tarixdə Ərizəçi ünvanlanmış 69 saylı məktubdan görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş anası X16 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alması, vərəsə və vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən altı ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və qohumluq əlaqələrini təsdiq edən sənədlər olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla bağlı olaraq məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göründüyü kimi ərizəçinin ümumi ata və analarından ailədə 3 övlad olmuşlar, qardaşlardan Rizvan vəfat etmiş, Ramazan isə maraqlı tərəf kimi məhkəmədə iştirak edir və ərizənin təmin edilməsini istəyir. Digər vəfat etmiş qardaş Rizvanın ailə üzvləri də ərizənin təmin edilməsini teleqram vuraraq məhkəmədən xahiş edirlər. İşdən görünür ki, ərizəçinin anası X31 /X5/ 2011-ci il tarixdə, atasının anası-nənəsi X9 isə 2003cü il tarixdə vəfat etmişlər. Sürəyya Əliyevanın ərizəçinin nənəsi, Manya İdiris qızı /hazırkı sənədlərdə İdris/ Əliyevanın isə ərizəçinin anası olması iş materiallarında olan rəsmi sənədlərlə və məhkəmə araşdırması ilə müəyyən edilir. Ərizəçinin Doğum Haqqında Şəhadətnaməsində Ərizəçi anası X42 /hazırkı sənədlərdə İdris qızı kimi/ qızı kimi qeyd edildiyindən gələcəkdə mirasın qəbulu ilə bağlı hər hansı anlaşılmazlığın yaranmaması baxımından məhkəmə həmin faktın da təsdiq edilməsini zəruri hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, vərəsələr aralarında hazırda hər hansı mübahisə olmadığından Ərizəçi tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda nəzərdə tutulan, Ağdam Rayonu Üçoğlan kəndində yerləşən 2,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində X8 və X25 məxsus payı da miras kimi bütövlükdə qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinin tələbinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə qanun üzrə vərəsəlik o zman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir /KM 26 dekabr 2023-cü il tarxli Qərarı ilə qüvvədən düşüb/. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş saylır. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmənin müəyyən etdiyi faktlardan biri də mirasın qəbul edilməsi faktının müəyyən edilməsidir. Həmçinin qeyd olunan Məcəllənin 307.2-ci maddəsinə əsasən /307.2.1/ məhkəmə şəxslərin qohumluq münasibətlərinin olmaına dair işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli X36 X15 X49 Məhkəmə Təcrübəsinin Bəzi X11 2.1 bəndində qeyd olunur ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları rəhbər tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə X36 faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 12 fevral 2011-ci ildə vəfat etmiş X18 /ərizəçi Rəxşəndə X1 kimi qeyd olunan/ Ərizəçi anası olması faktı, 23 avqust 2003-cü ildə vəfat etmiş X6 isə Ərizəçi nənəsi /atasının anası/ olması faktı və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 08 yanvar 2020-ci il tarixdə verilmiş ********** X17 nəzərdə tutulan, Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 2,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X31 və X3 miras qalmış paylarının Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar