Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1501/2025 18.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndələri – övladı X5 və Bərdə Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Müstəqil tələb irəli sürən üçüncü şəxs Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia - İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, Qarşılıqlı iddia - Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbi, Müstəqil tələb irəli sürən Ağdam Rayon İcra Hakimiyyətinin İddiaçı qarşı icarə müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbi barədə mülki işə 18 iyun 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq onun icarəsində olan Ağdam rayonunun Ergi ərazisində yerləşən 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları barədə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 19 saylı qərarı ilə Ağdam rayonu Ergi ərazisindən ehtiyat fond torpaqdan (əkin) 15 il müddətinə, yəni xx.xx.2014-cü ildən xx.xx.2029-cu ilədək 50 ha torpaq sahəsi onun icarəsinə verilmişdir. İcarə hüquqlarını xx.xx.2018-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə aldıraraq reyestr nömrəsi **********78, qeydyyat nömrəsi **********, seriya ******* RX çıxarış almışdır. Həmçinin həmin torpaq sahəsinin AN № 230064 saylı plan və ölçüsü sənədini də xx.xx.2018-ci il tarixdə almışdır. Sözügedən torpaq sahələrindən 2019-cu ilədək ailə üzvləri ilə birgə istifadə etmişdir. 2019-cu ilin sonlarında maddi vəziyyəti ilə əlaqədar torpaq sahəsində işlər görməyə imkanı çatmamış və bu səbəbdən torpağı icarəyə vermək qərarına gəlmişdir. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə görüşüb-danışmış və torpaq sahəsini onlara 4 il müddətinə icarəyə vermək, bunun müqabilində həmin şəxslərin ona 80000 manat pul vermələri, 4 il sonra torpaqdan çıxacaqları barədə razılaşmışlar. Razılığa gəldikdən sonra İddiaçı xx.xx.2020-ci ildə Cavabdeh1 etibarnamə vermişdir. 2023-cü ilin sonlarında müddətin başa çatmasına az qalmış, Cavabdeh1 və Cavabdeh2 ilə söhbət edərkən onlar şərti pozduqlarını və İddiaçı icarəsində olan torpaqdan çıxmayacaqlarını bildirmişlər. Bu səbəbdən Gülşən xx.xx.2023-cü il tarixdə notariusa gedərək Cavabdeh1 verdiyi etibarnaməni ləğv etdirmiş və cavabdehlərdən torpaqdan çıxmalarını tələb etmişdir. Ancaq cavabdehlər torpaqdan çıxmamışlar. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdam Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 27 yanvar 2014-cü il tarixli 32 nömrəli torpaq sahəsinin icarə müqaviləsinin ləğv edilməsi, İddiaçı Ağdam rayonu Ergi ərazisində yerlşən 50 ha torpaq sahəsi üçün cavabdehə birdəfəlik ödənilmiş 110000 (yüz on min) manat alınıb Cavabdeh2 verilməsi, İddiaçı torpaq sahəsində aparılmış tikinti və yaxşılaşdırma işlərinə çəkilmiş xərclərə görə 85000 (səksən beş min) manat alınıb Cavabdeh2 verilməsi, İddiaçı dövlət tərəfindən Ağdam rayonu Ergi ərazisində yerləşən 50 ha torpaq sahəsi üçün subsidiya kimi ayrılmış və İddiaçı tərəfindən mənimsənilmiş 25000 (iyirmi beş min) manat alınaraq Cavabdeh2 Mohübbət oğluna verilməsi, İddiaçı ümumilikdə 220000 (iki yüz iyirmi min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 510 manat alınaraq Cavabdeh2 verilməsi, dövlət mülkiyyətində olan torpağı dələduzluq yolu ilə satıb onlara xüsusilə külli miqdarda ziyan vurduğuna görə və dövlət tərəfindən ayrılmış subsidiyanı mənimsədiyinə görə İddiaçı barəsində cinayət təqibi başlanması üçün mülki işin materiallarından iş ayrılaraq istintaq orqanlarına göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddianı onunla əsaslandırmışlar ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olmaqla hüquqi sahibi Ağdam Rayon İcra Hakimiyyətidir. İddiaçı ilə onlar arasında olan razılaşmaya əsasən icarə hüququ əsasında Gülşənə məxsus olan Ağdam rayonu Ergi ərazisində yerləşən 50 ha torpaq sahəsi üç il müddətinə hər hektarına 600 manat icarə haqqı ödəmək şərti ilə ümumilikdə otuz min manata Cavabdeh2 Mohübbət oğlunun icarəsinə verilmişdir. Həmin müqavilədən o da görünür ki, 16 avqust 2019-cu il tarixdə, yəni müqavilə imzalanan gün İddiaçı üç illik (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-al il tarixədək) icarəyə götürdüyü torpaq sahəsinin hər hektarı üçün 600 (altı yüz) manat olmaqla 30000 (otuz min) manat icarə haqqını Elzamin əvvəlcədən tam həcmdə ödəmişdir. İddiaçı ilə arasında olan razılaşmaya əsasən icarə hüququ əsasında ona məxsus Ağdam rayonu Ergi ərazisində yerləşən 50 ha torpaq sahəsini 110000 (yüz on min) manat müqabilində birdəfəlik Cavabdeh1 satmışdır. Pulun 80000 manatı həmin gün İddiaçı ödənilmişdir. Qalan 30000 (otuz min) manatın hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci ildə İddiaçı oğlu X3 5000 (beş min) manat, xx.xx.2020-ci ildə isə İddiaçı əri Elşən Rüstəmova 15000 (on beş min) manat ödənilmiş və hər iki şəxs bunu imzaları ilə təsdiq etmişlər. Bundan əlavə olaraq 10000 (on min) manat Gülşənin oğlu X2 verilmişdir. 14 may 2020-ci il tarixli etibarnamədən göründüyü kimi İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov qoymaq və ipotekanı (girovu)qəbul etmək, haqqında əqdlər bağlamaq, bu əqdlər üzərində haqq-hesab aparmaq, mirası qəbul etməyi və ondan imtina etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə bağlı digər hərəkətləri yerinəyetirməyi ona etibar etmişdir. Həmin etibarnamənin müddəti 15 il olmaqla xx.xx.2035-ci il tarixədək qüvvədədir. Beləliklə İddiaçı ilə arasında torpaq sahəsinin birdəfəlik alqı-satqı müqaviləsi bağlandıqdan sonra, artıq torpaq sahəsini özününkü hesab edərək orada son 3 ildə aşağıdakı dəyərdə tikinti və yaxşılaşdırma işlərini aparmışdır 1.Bir ədəd subarteziyan quyusu - 30000 (otuz min) manat, 2. Bir ədəd 51X12 ölçüdə anbar-15000 (on beş min) manat, bir ədəd 51X20 ölçüdə anbar-25000 (iyirmi beş min) manat. Cəmi çəkilmiş xərclər 85000 (səksən beş min) manat. Bundan başqa aralarında olan şifahi razılaşmaya görə İddiaçı dövlət tərəfindən ayrılacaq subsidiya pulunu da torpaq sahəsinin istifadəçisi kimi ona verməli olduğu halda 3 il ərizndə 50 ha torpaq sahəsi üçün ayrılmış 25000 (iyirmi beş min) manat pulunu da özü alaraq mənimsəmişdir. Dövlətin əkin üçün ayırdığı kübrə pulun ala bilmədiyindən məcburi olaraq torpağın münbitləşdirilməsi üçün 300 kamaz peyin vermişlər. Eyni zamanda işin hallarından da göründüyü kimi İddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsini onu aldadaraq dələduzluq yolu ilə ona satmışdır. Məhkəmə tərəfindən işə üçüncü şəxs qismində cəlb edilmiş torpaq sahəsinin mülkiyyətçisi olan Ağdam Rayon İcra Hakimiyyəti xx.xx.2025-ci il tarixli 5-31/2-364/025 saylı məktubla ilkin və qarşılıqlı iddia ərizələrinə münasibət bildirərək göstərmişdir ki, Ağdam Rayon lcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 19 nömrəli sərəncamı ilə Ağdam rayonunun Nəmirli kənd sakini İddiaçı Ağdam rayonu Ergi ərazisində yerləşən 50 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və bununla bağlı tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. İcarəçi İddiaçı tərəfindən icarəsində olan 50 hektar torpaq sahəsinin Cavabdeh2 subicarəsinə verilməsi və bununla bağlı xx.xx.2019-cu il tarixdə onların arasında bağlanılmış müqavilə barədə Ağdam Rayon İcra Hakimiyyətinin məlumatı olmamış və bununla bağlı icarəyə verən Ağdam Rayon İcra Hakimiyyətindən hər hansı razılıq alınmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 5-ci bəndinə əsasən mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 712-ci maddəsində göstərilmişdir ki, icarəyə verənin icazəsi olmadan icarəçinin torpağı üçüncü şəxslərin istifadəsinə verməyə, o cümlədən ikinci əldən icarəyə verməyə hüququ yoxdur. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən də göründüyü kimi İddiaçı ilə Cavabdeh2 arasında torpaq sahəsinə dair subicarə müqaviləsi bağlanarkən icarəyə verən Ağdam Rayon lcra Hakimiyyətinin razılığı mütləq idi, lakin İddiaçı bununla bağlı heç bir müraciət etməmiş və başqa şəxslə subicarə müqaviləsi bağlamaqla qanunvericiliyin tələbini pozmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş torpaq sahəsinin alqı-satqısına dair aktın surətindən görünür ki, dövlət mülkiyyətində olan və 15 il müddətinə İddiaçı icarəyə verilmiş 50 hektar torpaq sahəsi İddiaçı tərəfindən Cavabdeh1 müəyyən pul məbləği müqabilində birdəfəlik satılmışdır. Bununla bağlı bildiririk ki, yuxarıda göstərilən alqısatqıya dair akt tamamilə qanunsuzdur və faktiki olaraq dövlətin mülkiyyətində olan həmin 50 hektar torpaq sahəsi hər hansı alqı-satqının predmeti ola bilməz. Qeyd olunanlardan da göründüyü kimi İddiaçı tərəfindən Ağdam Rayon İcra Hakimiyyəti ilə bağlanılmış icarə müqaviləsinin şərtlərinə əməl edilməmiş və müqavilə şərtləri kobud şəkildə pozulmuşdur.Buna görə də Ağdam Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında 50 hektar torpaq sahəsi ilə əlaqədar bağlanılmış icarə müqaviləsinin və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi qismində məhkəmədə izahat verən Nümayəndə ilkin iddianı müdafiə, qarşılıqlı iddianı isə qismən, yəni 80000 manat hissədə etiraf edərək göstərmişdir ki, İddiaçı xx.xx.2014-cü ildə icarəsinə torpaq sahəsi götürmüş, 2019-cu ilə qədər istifadə etmiş, 2019-cu ildən sonra maddi çətinliklərlə əlaqədar torpaq sahəsindən istifadə etməmişlər. Gülşən torpaq sahəsini 2019-cu ildə 80000 manat müqabilində icarəyə vermişdir. 4 il tamam olduqdan sonra Gülşən torpaq sahəsindən çıxmağı cavabdehlərdən tələb etmiş, lakin onlar çıxmamışlar. İcra hakimiyyəti iddia qaldırmamış, mülahizəsini bildirmişdir. Gülşən icarə haqqını ödəmişdir. Gülşənin aldığı 30000 manat 80000 manatın içərisindədiir. Müqavilənamədə göstərilən 30000 manat Gülşənə verilməmişdir. alınmamışdır. Göstərilən səbəbdən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə 80000 manat hissədə təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi qismində məhkəmədə izahat verən M.E.Rüstəmov ilkin iddianı müdafiə, qarşılıqlı iddianı isə qismən, yəni 80000 manat hissədə etiraf edərək və Nümayəndə izahatını təsdiqləyərək əlavə olaraq göstərmişdir ki, anası İddiaçı 50 ha torpaq sahəsinin üç illik müddətə hər hektarına 600 manat olmaqla ümumilikdə 30000 (otuz min) manata Cavabdeh2 icarəsinə vermişdir. Bundan sonra İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli sadə yazılı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı torpaq sahəsini icarə haqqı kimi ödənilmiş 30000 manat da nəzərə alınmaqla 110000 manata satmışdır. Cavabdeh2 İddiaçı 50000 manat birdəfəlik ödəmiş, 30000 manat məbləği isə hissə-hissə ödəmişdir. İddiaçı Cavabdeh2 5000 manat, 15000 manat və 10000 manat almışdır. İlkin iddianın təmin, qarşılıqlı iddianın isə 80000 manat hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat Cavabdeh1 ilkin iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək göstərmişdir ki,2019-cu ildə İddiaçı 30000 manat verərək torpaq sahəsini üç il müddətə icarəyə götürmüşlər. Bundan sonra 2020-c ildə həmin torpaq sahəsinin 110000 manata alqı-satqısına razılaşaraq sadə yazılı müqavilə bağlamışlar. Alqı-satqıya görə əvvəlcə Gülşənə 50000 manat ödəmişlər. Bundan sonra üç dəfəyə Gülşənə 5000 manat, 15000 manat və 10000 manat olmaqla 30000 manat ödəmişlər. Torpaq sahəsini aldıqdan sonra orada artezian vurdurmuş, çardaq və ev tikdirərək, ağaclar əkərək bağ salıb və digər abadlıq işləri apararaq xeyli xərc çəkmişlər. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat Cavabdeh2 ilkin iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək və Cavabdeh1 izahatını təsdiqləyərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsi qismində məhkəmədə izahat verən Ş.M.Baxşalıyev ilkin və qarşılıqlı iddiaların mahiyyəti üzrə baxılıb həll edilməsini məhkəmənin mülahizəsinə buraxaraq bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında torpaq sahəsinə dair subicarə müqaviləsi bağlanarkən icarəyə verən Ağdam Rayon lcra Hakimiyyətinin razılığı və məlumatı olmamışdır. İddiaçı tərəfindən Ağdam Rayon İcra Hakimiyyəti ilə bağlanılmış icarə müqaviləsinin şərtlərinə əməl edilməmiş və müqavilə şərtləri kobud şəkildə pozulmuşdur.Buna görə də Ağdam Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında 50 hektar torpaq sahəsi ilə əlaqədar bağlanılmış icarə müqaviləsinin və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi **********78 olan çıxarışın surətindən görünür ki, Ağdam Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan rayonun Ergi ərazisində yerləşən ehtiyat fondu torpaqlara (əkin) aid 50 ha torpaq sahəsi Ağdam Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 32 nömrəli müddəti xx.xx.2014-xx.xx.2029-cu ilədək olan icarə müqaviləsinə əsasən icarə hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 19 saylı sərəncamının surətindən görünür ki, İddiaçı icarəsinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 15 il müddətə Ağdam rayonunun Ergi ərazisindən 50 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. Ağdam Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 32 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı icarəsinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 15 il müddətə Ağdam rayonunun Ergi ərazisindən 50 ha torpaq sahəsi verilmişdir. xx.xx.2019-cu il tarixli müqavilənamədən görünür ki, İddiaçı 50 ha torpaq sahəsinin üç illik müddətə hər hektarına 600 manat olmaqla ümumilikdə 30000 (otuz min) manata Cavabdeh2 icarəsinə vermişdir. Müqavilənin müddəti xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilə qədərdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli sadə yazılı müqavilədən görünür ki, İddiaçı ilə 50 ha torpaq sahəsini 110000 (yüz on min) manata Cavabdeh2 satmış, gələcəkdə həmin torpaq sahəsinə heç bir iddiası olmayacaq, məbləğin 80000 (səksən min) manatını almış, qalan 30000 (otuz min) manat növbəti bir il ərzində hissə-hissə ödəniləcək. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, Ağdam Rayon lcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 19 nömrəli sərəncamı ilə Ağdam rayonunun Nəmirli kənd sakini İddiaçı Ağdam rayonu Ergi ərazisində yerləşən 50 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və bununla bağlı tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. İcarəçi İddiaçı tərəfindən icarəsində olan 50 hektar torpaq sahəsinin Cavabdeh2 icarəsinə verilməsi və bununla bağlı xx.xx.2019-cu il tarixdə onların arasında bağlanılmış müqavilə barədə Ağdam Rayon İcra Hakimiyyətinin məlumatı olmamış və bununla bağlı icarəyə verən Ağdam Rayon İcra Hakimiyyətindən hər hansı razılıq alınmamışdır. Qanunvericiliyin tələbləri baxımından İddiaçı heç bir hüququ olmadan Cavabdeh2 satmaq istədiyi Ağdam rayonunun Ergi ərazisində yerləşən 50 ha torpaq sahəsi daşınmaz əmlak olmaqla ona sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Lakin mülki işin məhkəmə araşdırmasında məlum olmuşdur ki, İddiaçı torpaq sahəsini Cavabdeh2 mülkiyyətinə verməmiş, torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə verilməsinə dair notariat qaydasında hər hansı bir əqd təsdiqlənməmişdir. Göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyin tələblərinə zidd olaraq daşınmaz əmlakın istifadəsinə dair əqd bağlanmışdır. Ona görə də həmin əqd bağlandığı andan etibarsız sayılmalıdır. Belə olan halda Cavabdeh2 İddiaçı vermiş olduğu mülkiyyəti hesab edilən 110000 manat məbləği geri tələb etmək hüququ vardır. Cavabdeh2 İddiaçı 110000 manat verməsi xx.xx.2019-cu il tarixli müqavilənamə, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli sadə yazılı müqavilə, Cavabdeh2 və İddiaçı nümayəndəsi qismində məhkəmədə izahat verən M.E.Rüstəmovun izahatı ilə təsdiq olunmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixli müqavilənamədən görünür ki, İddiaçı 50 ha torpaq sahəsinin üç illik müddətə hər hektarına 600 manat olmaqla ümumilikdə 30000 (otuz min) manata Cavabdeh2 icarəsinə vermişdir. Bundan sonra İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli sadə yazılı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı torpaq sahəsini icarə haqqı kimi ödənilmiş 30000 manat da nəzərə alınmaqla 110000 manata satmış, Cavabdeh2 İddiaçı 50000 manat birdəfəlik ödəmiş, 30000 manat məbləği isə hissə-hissə ödəmişdir. Sözügedən müqavilədə İddiaçı nümayəndəsi M.E.Rüstəmov xx.xx.2020-ci ildə 5000 manat, xx.xx.2020-ci ildə isə 15000 manat aldığını qeyd etmişdir. İddiaçı nümayəndəsi M.E.Rüstəmov məhkəmədə izahat verərkən sonradan Cavabdeh2 10000 manat almaqla alqı-satqı müqaviləsi üzrə cəmi 80000 manat aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 650-ci maddəsində göstərilmişdir ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsində qeyd olunmuşdur ki, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 146.1-ci məddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 648.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əşyaların alqısatqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 648.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsində qeyd olunmuşdur ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadəyə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 5-ci bəndinə əsasən mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 712-ci maddəsində göstərilmişdir ki, icarəyə verənin icazəsi olmadan icarəçinin torpağı üçüncü şəxslərin istifadəsinə verməyə, o cümlədən ikinci əldən icarəyə verməyə hüququ yoxdur. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən də göründüyü kimi İddiaçı ilə Cavabdeh2 arasında torpaq sahəsinə dair subicarə müqaviləsi bağlanarkən icarəyə verən Ağdam Rayon lcra Hakimiyyətinin razılığı mütləq idi, lakin İddiaçı bununla bağlı heç bir müraciət etməmiş və başqa şəxslə subicarə müqaviləsi bağlamaqla qanunvericiliyin tələbini pozmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən işə əlavə olunmuş torpaq sahəsinin alqı-satqısına dair aktın surətindən göründüyü kimi dövlət mülkiyyətində olan və 15 il müddətinə İddiaçı icarəyə verilmiş 50 hektar torpaq sahəsi sonuncu tərəfindən birdəfəlik satılmışdır. Alqı-satqı tamamilə qanunsuz olmuşdur. Beləliklə İddiaçı Ağdam Rayon İcra Hakimiyyəti ilə bağladığı icarə müqaviləsinin şərtlərinə əməl etməmiş və müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Buna görə də Ağdam Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında 50 hektar torpaq sahəsi ilə əlaqədar bağlanılmış icarə müqaviləsi və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində göstərilmişdir ki, tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdeh2 icra hakimiyyəti ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini tələb etmək hüququ olmadığından, qarşılıqlı iddianın İddiaçı icarəsinə verilmiş torpaq sahəsində aparılmış tikinti və yaxşılaşdırma işlərinə çəkilmiş xərclərə görə 85000 (səksən beş min) manat alınıb Cavabdeh2 verilməsi, dövlət tərəfindən Ağdam rayonu Ergi ərazisində yerləşən 50 ha torpaq sahəsi üçün subsidiya kimi ayrılmış və İddiaçı tərəfindən mənimsənilmiş 25000 (iyirmi beş min) manat alınaraq Cavabdeh2 verilməsi tələbinə dair hissəsi əsaslandırılmadığından rədd edilməlidir. Lakin Ağdam Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 32 nömrəli müqavilənin şərtlərini sonuncu əhəmiyyətli dərəcədə pozaraq həmin ərazini mülkiyyətçinin məlumatı olmadan başqasının icarəsinə verdiyindən və satdığından müstəqil tələb irəli sürən Ağdam Rayon İcra Hakimiyyətinin tələbi təmin edilərək sözügedən müqavilə və icarə hüququnun İddiaçı adına qeydə alınmasına dair qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi **********78 olan çıxarış ləğv edilməlidir. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq İddiaçı 400 manat alınaraq Cavabdeh2 verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Ağdam rayonunun Ergi ərazisində yerləşən 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları barədə iddiası əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 110000 (yüz on min) manat və iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 400 (dörd yüz) manat alınaraq Cavabdeh2 Mohübbət oğluna verilsin. Qarşılıqlı iddianın icarə müqaviləsinin və çıxarışın ləğv edilməsi, İddiaçı torpaq sahəsində aparılmış tikinti və yaxşılaşdırma işlərinə çəkilmiş xərclərə görə 85000 (səksən beş min) manat alınıb Cavabdeh2 verilməsi, İddiaçı dövlət tərəfindən Ağdam rayonu Ergi ərazisində yerləşən 50 ha torpaq sahəsi üçün subsidiya kimi ayrılmış və İddiaçı tərəfindən mənimsənilmiş 25000 (iyirmi beş min) manat alınaraq Cavabdeh2 Mohübbət oğluna verilməsi tələbinə dair hissəsi rədd edilsin. Ağdam Rayon İcra Hakimiyyətinin tələbi təmin edilərək Ağdam Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 27 yanvar 2014-cü il tarixli 32 nömrəli torpaq sahəsinin icarə müqaviləsi və həmin icarə müqaviləsinə əsasən icarə hüququnun İddiaçı adına qeydə alınmasına dair qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi **********78 olan çıxarış ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1501/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1501/2025
18.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver