Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1560/2025 30.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Ərizəçi doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə mülki işə 30 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində onun doğumu barədə akt qeydinin bərpa edilməsi, yeni doğum haqqında şəhadətnamədə doğum tarixinin 18 sentyabr 1961-ci il, doğulduğu yer qrafasında Azərbaycan SSR, D.Q.M.V vilayəti, Mardakert rayonu, Sırxavənd kəndi, soyadı ad, atasının adı qrafasında X1, ata adı qrafasında X2 oğlu, ana adı qrafasında X4 milliyyət qrafasında “Azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı 30 iyul 2025-ci il tarixə saat 10:35-ə Ağdam Rayon Məhkəməsinin binasına təxirə salınmış və bu barədə ərizəçiyə və maraqlı şəxsin nümayəndəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar təkrarən məhkəmə iclasına gəlməmişlər. Ona görə də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263,264,267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi doğumun qeydə alınması faktının müəyyən edilməsi tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1560/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1560/2025
30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver