Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1561/2024 20.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Ərizəçi /maraqlı şəxs qismində dəvət edilmiş X6/ iştirakı ilə, Ərizəçi doğum faktının /ərizədə maraqlı tərəf Ağdam Rayon Qeydiyyat Şöbəsi/ müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu X7 15 noyabr 2008-ci ildə Ağdam Rayonu Kəlbəhüseynli kəndində özü və uşağın anası X6 birgə nikahlarından doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasına gəlmiş Ərizəçi izahatında göstərdi ki, Ramilə Həmzəyeva ilə 2004-cü ildə qeyri-rəsmi ailə həyatı qurmuş, Ağdam rayonu Kəlbəhüseynli kəndində işlədikləri vaxt onların qeyrirəsmi nikahlarından 5 uşaqları anadan olub, o cümlədən də 15 noyabr 2008-ci ildə Rüstəm adlı oğlanları rayonun Kəlbəhüseynli kəndində anadan olmuşdur. Uşaq evdə anadan olduğundan kənd xəstəxanasında onun doğumu ilə bağlı hər hansı sənəd olmamışdır, orada bildirmişlər ki, Rüstəmin anadan olması ilə bağlı hər hansı sənəd mövcud deyil. Fermalarda işləyərək ailəsini saxladığı, savadsızlıqdan və nikahları olmaması səbəbindən oğlunun doğumunu qeyd etdirməmiş və ona doğum haqqında şəhadətnamə almamışdır. Sənədi olmadığından uşaq orta təhsil də almamışdır. Ramilə ilə nikahlarını 24 iyul 2014-cü ildə rəsmi olaraq qeyd etdirmişlər. Hazırda uşaq böyümüş, hər bir işi üçün sənəd tələb olunur. Doğum haqqında şəhadətnamə almaq üçün Ağdam Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, orada ona oğlunun doğum akt qeydinin aşkar olunmadığına görə faktın təsdiqi üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur. Faktın qeyd olunması ona doğum haqqında şəhadətnamə almaq və digər sənədləşmə işlərinin aparılması üçün lazımdır. Faktı təsdiq edəcək şahidləri də məhkəməyə dəvət edib. Odur ki, oğlu X7 15 noyabr 2008-ci ildə Ağdam Rayonu Kəlbəhüseynli kəndində doğulması faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasına maraqlı tərəf kimi dəvət edilmiş X10 göstərdi ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. Belə ki, Ərizəçi ilə 2004-cü ildə qeyri-rəsmi ailə qurmuşlar. Fermalarda işlədikləri üçün ayrı-ayrı yerlərdə yaşayırlar. Ağdam rayonu Kəlbəhüseynli kəndində yaşadıqları və işlədikləri vaxt onların nikahlarından 5 uşaqları anadan olub. 15 noyabr 2008-ci ildə Rüstəm adlı oğlanları Kəlbəhüseynli kəndində evdə anadan olmuşdur. Savadsız olduqlarından, həmçinin əri Habilin ciyərində xəstəliklər olduğundan uşağa həmin vaxtdan heç bir sənəd almamışlar. Kənd xəstəxanasında da uşağın anadan olması ilə bağlı hər hansı sənəd olmamışdır. Buna görə də əri Habil məhkəməyə müraciət edib. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid X14 göstərdi ki, ailənin kürəkənidir. Həqiqətən Ramilə və Habil 2004-cü ildə qeyri-rəsmi ailə həyatı qurmuşlar, onların 5 uşaqları anadan olub. Uşaqlardan biri də 15 noyabr 2008-ci ildə Rüstəmdir. Rüstəm evdə, rayonun Xındırıstan Ərazi Nümayəndəliyinin Kəlbəhüseynli kəndində anadan olub. Kənd xəstəxanasında uşaq anadan olmadığı üçün uşağa sənəd ala bilmirlər. Ərizəçi onun qaynıdır. Habil çobançılıqla məşğuldur, ayrı-ayrı rayonlarda yaşayırlar. X3 da ərizəçi və şahidin göstərdiyi xüsusatları təsdiq etdi. Göstərdi ki, X15 qeyri-rəsmi ailə həyatı sürüblər, 5 uşaqları var, onlar uzun müddət rayonun Kəlbəhüseynli kəndində yaşayıblar. Habil sobançılıq edir. 2008-ci ildə Habilin Rüstəm adlı oğlu da anadan olub. Ailə hazırda birlikdə yaşayır, uşaqlar valideynlərin himayəsindədirlər. Rüstəm ailədə 2-ci uşaqdır. Məhkəmə ərizəçini, şahidləri dinləyib, iş materiallarındakı sənədləri tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1982-ci ildə anadan olmuşdur. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ramilə Həmzəyeva 24 iyul 1987-ci ildə anadan olmuşdur. Ərizəçi məhkəməyə təqdim etdiyi AZ-T 002625 saylı X11 Şəhadətnamədən görünür ki, o, 24 iyul 2014-cü ildə Ağdam Rayon Xındrıstan Ərazi Nümayəndəliyində Beyləqan Rayonunun Kəbirli kəndinin sakini X12 ilə rəsmi nikaha daxil olmuşdur. Ağdam Rayon Qeydiyyat Şöbəsinin ərizəçiyə ünvanladığı 578-05/15 saylı, 14 may 2024-cü il tarixli ARAYİŞından görünür ki, Rüstəm Həmzəyevin doğumu barədə Ağdam Rayon Qeydiyyat Şöbəsinin arxivində və X4 X2 Sistemində heç bir doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X21 Şəxsin Ağdam Rayon X13 Hüquqi Şəxsinin 20 iyun 2024-cü il tarixli ARAYİŞı ilə bildirilir ki, Xındırıstan Kənd X1 doğumu ilə bağlı heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. X19 X9 Dair İşlər üzrə Məhkəmə Təcrübəsinin Bəzi Məsələləri Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARının 4.3-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi ərizəçi uşağın doğumu ilə bağlı məhkəməyə müvafiq sənədləri təqdim edir, şahidlər onun oğlunun 15 noyabr 2008-ci il tarixdə Ağcabədi Rayon Sarıcalı Xəstəxanasında Ərizəçi /ata/ və X6 /ana/ birgə nikahlarından anadan olmasını təsdiq edirlər. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun oğlu - X7 15 noyabr 2008-ci ildə Ağdam Rayon Xındırıstan Ərazi Nümayəndəliyinin Kəlbəhüseynli kəndində doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237, 307-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X7 – 15 noyabr 2008-ci il tarixdə Ağdam Rayon Xındırıstan Ərazi Nümayəndəliyinin Kəlbəhüseynli kəndində xx xxxx 1982-ci il təvəllüdlü Ərizəçi ilə 24 iyul 1987-ci il təvəllüdlü X6 birgə nikahlarından doğulması faktı müəyyən edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1561/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1561/2024
20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver