Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1564/2024 24.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 24 iyul 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində xx.xx.1966-cı ildə Ağdam rayonunun Paşabəyli kəndində doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, xx.xx.1966-cı ildə Ağdam rayonunun Paşabəyli kəndində anadan olmuş, atası X8, anası X7 olmuşdur. Həmin vaxt ona doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda zərurət yarandığı üçün doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etdiyini, orada ona məhkəməyə müraciət etməsi izah olıunduğunu, doğum haqqında şəhadətnamə almaq üçün faktın təsdiq olunması zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X4 Rayon İcra Hakimiyyəti başçısının Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində icra nümayəndəsi işlədiyini, təsərrüfatbaşına kitaba əsasən E.Y,Ağayevin xx.xx.1966-cı ildə Ağdam rayonunun Paşabəyli kəndində X8 və X3 ailəsində anadan olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə verən X1 Rayon İcra Hakimiyyəti başçısının Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində icra nümayəndəsinin müavini işlədiyini, təsərrüfatbaşına kitaba əsasən E.Y,Ağayevin xx.xx.1966-cı ildə Ağdam rayonunun Paşabəyli kəndində X8 və X3 ailəsində anadan olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 587-05/15 saylı arayışından görünür ki, Ərizəçi doğumu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə Ağdam rayonunun Paşabəyli kəndində anadan olmuşdur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 81 saylı arayışından görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə Ağdam ryonunun Paşabəyli kəndində anadan olmuş, atası X8, anası X7 olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1966-cı ildə Ağdam rayonunun Paşabəyli kəndində X8 və X3 ailəsində anadan olmuşdur. Faktın təsdiqi doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. Ərizəçi xx.xx.1966-cı ildə Ağdam rayonunun Paşabəyli kəndində anadan olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1564/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1564/2024
24.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver