Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1589/2024 28.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının /maraqlı tərəf Ağdam Rayon Qeydiyyat Şöbəsi/ müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası Məhərrəmova (Məmmədova) Laçın Hacı qızının 25 oktyabr 1967-ci ildə Ermənistan Respublikası Yexeqnadzor Rayonunun Gülüdüz kəndində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasına gəlmiş Ərizəçi izahatında göstərdi ki, Məhərrəmova (Məmmədova) Laçın Hacı qızı onun anasıdır. Ailədə bir özü, bir də bacısından ibarət 2 övlad olmuş, bacısı kiçik yaşlarında qızılca xəstəliyindən vəfat etmişdir. Anası Laçın 25 oktyabr 1967-ci ildə Ermənistan Respublikası Yexeqnadzor rayonu, Gülüdüz kəndində anadan olmuş, anasının atası X14, anası isə X9 olmuşdur. Anası və ailə üzvləri Ermənitan Respublikasından qovulduqdan sonra Azərbaycan Respublikasına gəlmişlər, Bakı şəhərində yerləşmişlər. Laçın Məhərrəmova 04 aprel 2024-cü ildə Bakı Şəhərində vəfat etmişdir. Vərəsəliklə bağlı notariat orqanına müraciət etmiş, orada ondan anasının doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Ancaq anası başqa dövlətin ərazisində anadan olmuş, doğumu barədə məlumat yoxdur. Lakin sonradan anasına Azərbaycan Respublikasında müvafiq sənədlər verilmişdir. Bununula bağlı Ağdam Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, orada ona anasının doğum akt qeydinin aşkar olunmadığına görə faktın təsdiqi üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur. Faktın qeyd olunması ona vərəsəliklə bağlı məsələlərin həlli və doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Bundan əlavə onun doğum haqqında şəhadətnaməsində anasının ata adı səhvən Qacı kimi qeyd edilmişdir. Faktı şahidlər də dolayısı ilə təsdiq edə bilərlər. Odur ki, anası Məhərrəmova (Məmmədova) Laçın Hacı qızının 25 oktyabr 1967-ci ildə Ermənistan Respublikası Yexeqnadzor Rayonu, Gülüdüz kəndində doğulması faktının müəyyən edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X11 göstərdi Ağdam Rayonunun Maqsudlu kəndindəndir. Hazırkı ərizəçi Turalın bibisidir. Turalın atası Elbrus onun qardaşıdır, qardaşı Elbrus institutda oxuduğu vaxtlarda Turalın anası Laçını qaçırmış və ailə qurmuşlar. Elbrus ilə Laçının birgə nikahlarından 2 uşaqları anadan olmuş, qızları kiçik yaşlarında xəstəlikdən ölmüşdür, ailədə kək uşaq hazırda Turaldır. Laçın onun qardaşı arvadı olmuşdur, qardaşı Elbrus ailəsini atıb, çıxıb getmişdir. Bildiyinə görə Laçın Ermənistan Respublikasından qovularkən sənədlərini oradan gətirməmişdir. Laçın onun qardaşı Elbrusla ailə qurarkən onun 1967-ci il təvəllüdlü olmasını bilmişdir. Laçın Ermənistan Respublikasının Yexenadxor rayonunun Gülüdüz kəndindəndir. Bildiyinə görə Laçının atası X14, anası isə X9 olmuşdur. Məhkəmə iclasına gəlmiş şahid X5 göstərdi ki, 1950-ci ildə Bərdə rayonunda anadan olub. Ərizəçini və ailə üzvlərini tanımışdır. Hazırkı ərizəçinin qaynanasının qaynanasıdır. Yəni Ərizəçi onun oğul nəvəsinin əridir. Turalgil ailədə 2 uşaq olublar, 1 qız bacısı kiçik yaşlarında xəstəlikdən vəfat edib, Tural ailədə təkdir. Turalın anası ailəlikcə Ermənistan Respublikasından qovulduqdan sonra Azərbaycan Respublikasına gəlib, Bakı Şəhərində yaşayıblar. Turalın anası Laçını Ermənistandan gəldikdən sonra tanımışdır. Onlar özləri ilə sənədlər gətirməmişlər. Laçın təxminən 3-4 ay bundan əvvəl Bakı şəhərində vəfat edib. Məhkəmə ərizəçini, şahidləri dinləyib, iş materiallarındakı sənədləri tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1988-ci ildə anadan olmuşdur. Ərizəyə əlavə edilmiş AZ-T 014862 seriyalı X4 surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1988-ci ildə Abşeron rayonu Ceyranbatan Qəsəbəsində anadan olmuş, atası X10, anası X6r. İş materiallarında olan, AZE C02799988 seriyalı Pasportun surətindən görünür ki, X12 25 oktyabr 1967-ci il tarixdə Ermənistan Respublikası Yexeqnadzor Rayonu Gülüdüz kəndində anadan olmuşdur. X7 surətindən görünür ki, X12 04 aprel 2024-cü ildə vəfat etmişdir. Ağdam Rayon Qeydiyyat Şöbəsinin ərizəçiyə ünvanladığı 599-05/15 saylı, 16 may 2024-cü il tarixli ARAYİŞından görünür ki, Məhərrəmova (Məmmədova) Laçın Hacı qızının doğumu barədə Ağdam Rayon Qeydiyyat Şöbəsinin arxivində və X2 X1 Sistemində heç bir doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. X20 X8 Dair İşlər üzrə Məhkəmə Təcrübəsinin Bəzi Məsələləri Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARının 4.3-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi ərizəçi anasının doğumu ilə bağlı əldə edilməsi mümkün olan sənədləri məhkəməyə təqdim edir, şahidlər onun anasının 1967-ci ildə Ermənistan Respublikası Yexeqnadzor rayonu, Gülüdüz kəndində X14 /ata/ və X3 /ana/ birgə nikahlarından anadan olmasını təsdiq edirlər. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun anası - Məhərrəmova (Məmmədova) Laçın Hacı qızının 25 oktyabr 1967-ci ildə Ermənistan Respublikası Yexeqnadzor rayonu, Gülüdüz kəndində doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237, 307-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Məhərrəmova (Məmmədova) Laçın Hacı /bəzi sənədlərdə ata adı Qacı kimi qeyd edilmiş/ qızının – 25 oktyabr 1967-ci ildə Ermənistan Respublikası Yexeqnadzor rayonu, Gülüdüz kəndində atası X14 ilə anası X3 birgə nikahlarından doğulması faktı müəyyən edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1589/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1589/2024
28.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver