Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1599/2024 18.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 18 sentyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində şərti olaraq Nazim adlandırdığı kişi cinsindən olan uşağın 23 may 2006-cı ildə Ağdam rayonunun Evoğlu kəndində Ərizəçi (anası) ailəsində doğulmasının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, 2005-ci ildə Naxçıvan Muxtar Respublikasından olan, soyadını və ata adını bilmədiyi Bəhram adlı şəxslə tanış olmuş və onunla qeyri rəsmi ər-arvad kimi yaşamışdır. Bəhramla qeyri rəsmi nikahıda xx.xx.2006-cı ildə kişi cinsində olan bir uşağı olmuş və uşağı şərti olaraq Nazim adlandırmışdır. Bəhramdan sonra heçkimlə rəsmi və ya qeyri rəsmi nikahı olmamışdır. Nazim adlı uşağın 18 yaşı olmasına baxmayaraq hər hansı bir şəxsiyyəti təsdiq edən sənədi olmamışdır. Həmin vaxt Nazimin doğumunu qeyd etdirməmişdir. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün faktın təsdiq olunması zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X2 qonşusu Ərizəçi 2006-cı ilin may ayında Nazim adlandırdığı uşağının olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş X1 qonşusu Ərizəçi Bəhram adlı şəxslə qeyri rəsmi nikahından xx.xx.2006-cı ildə Nazim adlı uşağının olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 567-05/15 saylı arayışından görünür ki, xx.xx.2006-cı ildə anadan olmuş kişi cinsli uşağın doğumuna əsas verən zəruri sənədlər olmadığından ona doğum haqqında şəhadətnamə verilməsi bir başa səlahiyyətləri olmadığı izah olunaraq məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi qeyri rəsmi nikahından xx.xx.2006-cı ildə cinsi kişi olan uşağı anadan olmuşdur. Faktın təsdiqi uşağa doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. Anası Ərizəçi olan, kişi cinsindən olan Nazim adlı uşağın xx.xx.2006-cı ildə Ağdam rayonunun Evoğlu kəndində anadan olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1599/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1599/2024
18.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver