Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-16/2025 14.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi - əri İddiaçı1, Cavabdeh X1 nümayəndəsi – qardaşı X7 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X2 qarşı torpaq sahəsində payların müəyyən edilməsi və mülkiyyətçilərə naturada təhvil verilməsi tələbi barədə mülki işə 14 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X2 qarşı iddia qaldıraraq Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsinin paylı mülkiyətçilər arasında bölünərək payların müəyyən edilməsi və payların onara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi qismində məhkəmədə izahat verən İddiaçı1 iddianı müdafiə edərək göstərmişdir ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində onun, valideynləri X3, X4, bacısı X5, arvadı İddiaçı2 və övladı İddiaçı3 mülkiyyətinə 0,23 ha torpaq sahəsi verilmişdir. Ata-anası vəfat etmişlər. Hazırda torpaq sahəsinin naturada bölünərək orada ev tikmək niyyətində olduğunu qeyd etməklə tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı3 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı3 iddianı müdafiə edərək və İddiaçı1 izahatını təsdiqləyərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh X1 nümayəndəsi qismində məhkəmədə izahat verən X8 iddianı etiraf etməyərək təmsil etdiyi şəxsin torpaq sahəsinin naturada bölünməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş JN 081F kod 60913018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 22 nömrəli qərarı ilə X3, X4, X5, İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə Ağdam rayonunun Quzanlı kəndində 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 820-05/15 saylı arayışdan görünür ki, X6 xx.xx.2009-cu ildə vəfat etmişdir. Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 819-05/15 saylı arayışdan görünür ki, X4 xx.xx.2005-ci ildə vəfat etmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/8093 saylı rəyindən görünür ki, Ağdam rayonunun Quzanlı kəndində 0,23 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəlinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işə baxılarkən məlum olunduğu kimi Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 22 nömrəli qərarı ilə X3, X4, X5, İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə Ağdam rayonunun Quzanlı kəndində 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. X6 xx.xx.2009-cu ildə, X4 xx.xx.2005-ci ildə vəfat etmişlər. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən göründüyü kimi Ağdam rayonunun Quzanlı kəndində 0,23 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1nin «Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəlinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında torpaq sahəsinin bölünməsinə dair razılaşma olmamışdır. Belə olan halda iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsində qeyd edilmişdir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsində qeyd edilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində qeyd edilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən aparılmış ekspertizanın dəyəri olan 50 (əlli) manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq dövlət mədaxilinə köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X2 qarşı Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsinin paylı mülkiyətçilər arasında bölünərək payların müəyyən edilməsi və payların onlara təhvil verilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ekspertiza xərcinə görə İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada 50 (əlli) manat tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-16/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-16/2025
14.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver