Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1651/2024 13.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının /maraqlı tərəf Ağdam Rayon Qeydiyyat Şöbəsi/ müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1959-cu ildə Ağdam Rayonunun Əliağalı kəndində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasına gəlmiş Ərizəçi izahatında göstərdi ki, xx xxxxxx 1959-cu ildə Ağdam Rayonunun Əliağalı kəndində anadan olmuş, atası X11, anası isə X8r. Həmin vaxt onun doğumu qeyd etdirilməmiş, ona doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda müəyyən sənədləşmə işlərinin aparılması lazımdır. Doğüm haqqında şəhadətnamə almaq üçün Ağdam Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, orada ona doğum akt qeydinin aşkar olunmadığına görə faktın təsdiqi üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur. Onu da qeyd edir ki, anadan olduğu Ağdam Rayonunun Əliağalı kəndi 1993-cü ildən erməni işğalı altına düşmüşdür. Ona görə də rayonunda olan bütün arxiv sənədləri də məhv olub, dövlət arxivinə də təhvil verilməyib. Faktın qeyd olunması ona doğum haqqında şəhadətnamə almaq üçün və sair bu kimi hüquqi məsələlərin həlli üçün lazımdır. X4 və X5 da təsdiq edə bilərlər. Odur ki, xx xxxxxx 1959cu ildə Ağdam Rayonu Əliağalı kəndində doğulması faktının müəyyən edilməsini xahiş edir. Maraqlı tərəf Ağdam Rayon Qeydiyyat Şöbəsi məhkəməyə nümayəndə göndərməmişdir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin müddəaları baxımından işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iclasına gəlmiş şahid X12 qeyd etdi ki, 1946-cı ildə Ağdam Rayonunun Əliağalı kəndində anadan olub. Ərizəçini, onun mərhum atası X11 və həyat yoldaşı X9 tanımışdır, həmkəndlidirlər. Bəhram X2 ilə təxminən 1954-cü ildə nikaha daxil olmuşlar, onlar həmin kənddə yaşamışlar, onların birgə nikahlarından 8 övladları anadan olmuşdur. Ərizəçi ailədə 2-ci uşaqdır. Vaqif 1959-cu ildə həmin kənddə X11 ilə X7 birgə nikahlarından anadan olub. Şahid qismində məhkəmə iclasında iştirak edən X5 göstərdi ki, 1930-cu ildə Ağdam Rayonunun Əliağalı kəndində anadan olub. Ərizəçini, onun atası X11 və həyat yoldaşı X9 həmkəndlilər kimi tanımışdır. Bəhram X2 ilə təxminən 1954-cü ildə nikaha daxil olmuşlar, Əliağalı kənində yaşamışlar. Bəhram ilə Suqranın birgə nikahlarından 8 övladları anadan olmuşdur. Ərizəçi ailədə 2-ci uşaqdır. Vaqif 1959-cu ildə həmin kənddə Bəhram və Suqranın nikahlarından anadan olub. Uşaqların hamısı hazırda sağdırlar, məcburi köçkünçülükdən sonra respublikanın müxtəlif ərazilərində yaşayırlar. Məhkəmə Ərizəçi, şahidləri dinləyib, iş materiallarındakı sənədləri tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1959-cu ildə anadan olmuşdur. İş materiallarında olan, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Əlimədətli Kənd İƏD üzrə Nümayəndəliyinin 27 may 2024-cü il tarixli, 3-31-16/3-2-162/2024 saylı arayışından görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə rayonun Əliağalı kəndində anadan olmuş, atası X11, anası X8r. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Əlimədətli Kənd İƏD üzrə Nümayəndəliyinin 27 may 2024-cü il tarixli, 5-31-16/3-2-163/2024 saylı arayışından görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ağdam rayonu Əliağalı kəndində anadan olmuş, hal-hazırda Quzanlı Qəsəbəsində yaşayır. Ağdam Rayon Qeydiyyat Şöbəsinin ərizəçiyə ünvanladığı 488-05/15 saylı, 05 may 2024-cü il tarixli ARAYİŞından görünür ki, Ərizəçi doğumu barədə Ağdam Rayon Qeydiyyat Şöbəsinin arxivində və X3 X1 Sistemində heç bir doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Ağdam Rayon X10 Hüquqi Şəxsinin 391 saylı, 13 iyun 2024-cü il tarixli Arayışından görünür ki, Ərizəçi xəstəxanada doğumu haqqında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. X16 X6 Dair İşlər üzrə Məhkəmə Təcrübəsinin Bəzi Məsələləri Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARının 4.3-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi ərizəçi doğumu ilə bağlı məhkəməyə müvafiq sənədləri təqdim edir, şahidlər onun xx xxxxxx 1959-cu ildə Ağdam rayonu, Əliağalı kəndində X11 /ata/ və X7 /ana/ birgə nikahlarından anadan olmasını təsdiq edirlər. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun xx xxxxxx 1959-cu ildə Ağdam rayonu Əliağalı kəndində doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237, 307-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi - xx xxxxxx 1959-cu ildə Ağdam rayonu Əliağalı kəndində atası X11 ilə anası X7 birgə nikahlarından doğulması faktı müəyyən edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1651/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1651/2024
13.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver