Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1652/2024 22.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının /maraqlı tərəf Ağdam Rayon Qeydiyyat Şöbəsi/ müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu, 05 yanvar 2017-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X8 doğum faktının müəyyən olunmasını, atası X16 və anası Ərizəçi olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasına gəlmiş Ərizəçi izahatında göstərdi ki, həyat yoldaşı X16 14 yanvar 2015-ci ildə onu qaçırmış, bir müddət qeyri-rəsmi olaraq ailə həyatı sürmüşlər, Bərdə Rayon Alaçadırlı kəndində yaşamışlar, nikahlarını isə 24 fevral 2024-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşayış dövründə 2 övladları anadan olmuş, uşaqlardan böyük olan Nihad qəflətən evdə, Alaçadırlı kəndində anadan olmuşdur. Həm bu səbəbdən, həm də digər problemləri ilə bağlı sonradan da 05 yanvar 2017-ci il tarixdə Bərdə rayonunda anadan olmuş X10 doğum haqqında şəhadətnamə almamışlar. Hazırda həyat yoldaşı X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(021)-15/2022 saylı hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hal-hazırda övladına doğum haqqında şəhadətanmə almaq istəyir. Doğum haqqında şəhadətnamə almaq üçün Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Bu faktı şahidlər X9 və X5 da təsdiq edə bilərlər. Odur ki, oğlu, 05 yanvar 2017-ci il tarixdə Bərdə Şəhərində anadan olmuş X8 doğum faktının müəyyən olunmasına, atasının X16 və anasının Ərizəçi olması faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasına gəlmiş şahidlər X7 göstərdi ki, Sona onun gəlinidir. Sonanın 1-ci övladı olan Nihad qəflətən evdə anadan olmuşdur. Bu səbəbdən də Sonanı xəstəxanaya çatdırmaq mümkün olmayıb, uşaq evdə anadan olub. Uşaq 05 yanvar 2017-ci il tarixdə anadan olub. Hazırkı vaxtadək uşaq salamatdır, evdədir, ona aid sənədlər yoxdur. X1 məhkəmə iclasında göstərdi ki, rayonun Zəngişalı kəndində yaşayır. Uşağın ana tərəfdən nənəsidir. Sona ilə Aqilin birgə nikahlarından Nihad adlı övladları 2017-ci ildə anadan olub. Uşaq evdə anadan olub, bu səbəbdən də onun sənədləri yoxdur. Uşaq hazırda salamatdır, ailədə böyüyür. Ərizəçinin göstərdikləri həqiqətdir. Məhkəmə ərizəçini, şahidləri dinləyib, iş materiallarındakı sənədləri tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəyə əlavə edilmiş, AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1996-cı il tarixdə anadan olmuşdur. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X16 02 fevral 1995-cı ildə anadan olmuşdur. X2 surətindən görünür ki, Ərizəçi ilə X11 nikahları Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində 24 fevral 2014-cü il tarixdə, 10 sayla qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsinin ərizəçiyə ünvanladığı 3-16-5/8-15-255/20245 saylı, 17 may 2024-cü il tarixli ARAYİŞından görünür ki, doğum faktını təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizənin təmin edilməsi mümkün olmamışdır. Doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bərdə Rayon X6 Hüquqi Şəxsin 17 may 2024-cü il tarixli, 18-1-28/2-954/2024 saylı arayışından görünür ki, Ərizəçi deməsinə görə X16 ilə birgə yaşayış dövründən olan xx.xx.2017-ci il tarixdə anadan olmuş Əliyev __ Aqil oğlu Bərdə RMX-nın Ailə Sağlamlıq Mərkəzində xx.xx.2024cü il tarixdə qeydiyyata götürülmüş, həkim pediator tərəfindən müayinə olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan, Bərdə Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 1(021)- 15/2022 saylı hökmünün surətindən görünür ki, X16 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Özünü uşağın atası hesab edən X16 məhkəməyə ərizə ünvanlayaraq azyaşlı Nihadın atası olmasını bildirmiş, ərizənin təmin edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. X14 X3 Dair İşlər üzrə Məhkəmə Təcrübəsinin Bəzi Məsələləri Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARının 4.3-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi ərizəçi oğlunun doğumu ilə bağlı məhkəməyə müvafiq sənədləri təqdim edir, şahidlər onun oğlunun 05 yanvar 2017-ci il tarixdə Bərdə rayonunda X19 /ata/ və Ərizəçi /ana/ birgə nikahlarından anadan olması faktını təsdiq edirlər. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun oğlu - X8 05 yanvar 2017-ci ildə Bərdə rayon Alaçadırlı kəndində doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237, 307-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X8 – 05 yanvar 2017-ci il tarixdə Bərdə rayon Alaçadırlı kəndində atası X16 ilə anası Ərizəçi birgə nikahlarından doğulması faktı müəyyən edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1652/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1652/2024
22.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver