Məhkəmə qərarları › İş №2(013)-1706/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1706/2025

05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1706/2025 05.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi /qızı/ X3 iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının /maraqlı tərəf Maraqlı şəxs/ müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxx 1937-ci ildə Ağdam Rayonunun Muğanlı kəndində X11 (atası) və X4 (anası) ailəsində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, xx xxxxx 1937-ci ildə Ağdam Rayonunun Muğanlı kəndində anadan olmuş, atası X17, anası isə X7r. Ərizəyə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən göründüyü kimi xx.xx.1937-ci il tarixdə doğulmuşdur. Hazırda doğum haqqında şəhadətnamənin aidiyyati orqanlara təqdim edilməsi zərurəti ilə bağlı olaraq Maraqlı şəxsnə müraciət etmiş, 30 aprel 2025-ci il tarixli, 371- 05/15 saylı arayışdan görünür ki, Maraqlı şəxs arxivində və X1 sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun doğumu haqqında heç bir məlumat aşkar olunmamış və doğum faktının təsdiqi üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur. Ona görə də xx xxxxx 1937-ci ildə Ağdam Rayonunun Muğanlı kəndində atası X11 və anası X4 ailəsində doğulması faktının müəyyən edilməsini xahiş edir. Ərizəçi nümayəndəsi /qızı/ X12 məhkəmə iclasında ərizəni müdafiə etdi. Maraqlı tərəf Maraqlı şəxs məhkəməyə nümayəndə göndərməmişdir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin müddəaları baxımından işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iclasına gəlmiş şahid X14 qeyd etdi ki, Ərizəçi onun arvadının əmisi qızıdır. Ərizəçi şahid anasıdır. Manya rayonun Muğanlı kəndində anadan olub, hazırda Mingəçevir şəhərində qızı ilə yaşayır. Manyanın atası Cəlal kişi, anası Balış xanım olub. Məhkəmə iclasına gəlmiş şahid X8 qeyd etdi ki, Ərizəçi onun doğma olan tək əmisinin qızıdır. Manya ilə birlikdə təsərrüfatlarda çalışmışlar. Manyanın oğlu 1992-ci ildə, nəvəsi isə 44 günlük Vətən Müharibəsində şəhid olub. Manyanın atası Cəlal kişi onun doğma əmisi olub. Məhkəmə nümayəndə X9, şahidləri dinləyib, iş materiallarındakı sənədləri tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Ağdam Rayon Polis Şöbəsi tərəfindən 10 avqust 2005-ci il tarixdə verilmiş AZE 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1937-ci il tarixdə rayonun Muğanlı kəndində anadan olmuş, hazırda həmin kəndin qeydiyyatındadır. Ərizəyə əlavə edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Ağentliyi tərəfindən verilmiş 012773 saylı X22 vəsiqəsinin surətindən görünür ki, Ərizəçi şəhid ailəsidir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Ərizəyə əlavə edilmiş, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Şıxbabalı Kənd İƏD üzrə Nümayəndəliyinin 29 aprel 2025-ci il tarixli, 73 saylı arayışından görünür ki, Ərizəçi nümayəndəliyin Muğanlı kəndi sakinidir və hal-hazırda ünvan 1 ünvanında məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mingəçevir Şəhəri Mənzil-Kommunal İstismar Sahəsinin 28 aprel 2025-ci il tarixli, 364 saylı arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 371-5/15 saylı, 30 aprel 2025-ci il tarixli ARAYİŞından görünür ki, Ərizəçi doğumu barədə Maraqlı şəxs arxivində və X2 X1 Sistemində heç bir doğum haqqında akt qeydi aşkar olunmamışdır. X5 surətindən görünür ki, Ərizəçi 07 aprel 1964-cü il tarixdə X15 ilə nikah bağlamışdır Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə X20 faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli X20 X10 X25 Məhkəmə Təcrübəsinin Bəzi X6 4-cü bəndində qeyd olunur ki, məhkəmə qaydasında doğumun qeyd edilmə faktı o halda müəyyən edilir ki, X2 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdı və onların bərpası /arxivin itməsi, müharibə, təbii fəlakət və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən/ mümkün deyildir və belə qeyd yalnız faktın məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü madəsinə görə məhkəmə doğumun qeyd edilmə faktını müəyyən edir. Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə həmçinin qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayan faktları da müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, ərizəçinin doğumunun qeyd edilməsi işdə olan sənədlərlə təsdiq olunur, 1937-ci ildə verilmiş həmin sənədlərin götürülməsi mümkün deyildir, ərizəçi lazım olan faktları təsdiq edən sənədləri hazırda əldə etmək imkanından məhrumdur, ərizəçinin ərizəsi təmin edilməli, Ərizəçi xx xxxxx 1937-ci ildə Ağdam Rayonunun Muğanlı kəndində anadan doğulmasının qeyd edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237, 307-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi – xx xxxxx 1937-ci ildə Ağdam Rayonu Muğanlı kəndində X17 ilə /atası/ X4 /anası/ ailəsində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar