Məhkəmə qərarları › İş №2(013)-172/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-172/2025

14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-172/2025 14.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e td i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 XX.XX.1949-cu ildə Ağdam rayonunun Zəngişalı kəndində doğulması və onların bacı-qardaş olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxsə Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına Maraqlı şəxs nümayəndəsi gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə edərək, 1949-cu ildə Ağdam rayonunun Zəngişalı kəndində doğulmuş, xx.xx.2023-cü ildə elə həmin kənddə vəfat etmiş X3 onun bacısı olduğunu, belə ki hər ikisinin anasının 2004-cü ildə vəfat etmiş, X11 olduğunu, mərhum bacısı Bakirənin atasının X9, özünün atasının isə, X12 olduğunu, hazırda zərurətlə bağlı doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsədə, doğum aktı qeydinin aşkar edilmədiyini, faktın təsdiqi üçün məhkməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirərək, qardaşı X3 XX.XX.1949-cu ildə Ağdam rayonunun Zəngişalı kəndində doğulması və onların bacı-qardaş olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, 1949-cu ildə Ağdam rayonunun Zəngişalı kəndində doğulmuş, xx.xx.2023-cü ildə xəstəlikdən, elə həmin kənddə vəfat etmiş X2, onun 2004-cü ildə vəfat etmiş, mərhum həyat yoldaşı X7 əvvəlki evliliyindən olan qızıdır. Mərhum X1 Elzami Ramiz oğlunun bacısıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1948-ci il təvəllüdlü, Ağdam rayon, Zəngişalı kənd sakini X15 izahatında göstərmişdir ki, X2 ilə bir sinifdə oxuyublar. O, 1949-cu ildə ildə Ağdam rayonunun Zəngişalı kəndində X9 ilə X7 ailəsində anadan olmuş, xx.xx.2023-cü ildə elə doğulduğu kənddə vəfat etmişdir. Mərhum X1 Elzami Ramiz oğlunun bacısıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1949-cu il təvəllüdlü, Ağdam rayon, Zəngişalı kənd sakini X17 izahatında göstərmişdir ki, X2 ilə bir sinifdə oxuyublar. O, 1949-cu ildə ildə Ağdam rayonunun Zəngişalı kəndində X9 ilə X7 ailəsində anadan olmuş, xx.xx.2023-cü ildə elə doğulduğu kənddə vəfat etmişdir. Mərhum X1 Elzami Ramiz oğlunun bacısıdır. Məhkəmə ərizəçinin və şahid izahatını və dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 03436862 Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surətindən görünür ki, X6 XX.XX.1949-cu ildə Ağdam rayonunun Zəngişalı kəndində doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş, AZ-İİ seriyalı №307080 “X14”dən görünür ki, X4 xx.xx.2023-cü ildə Ağdam rayon, Zəngişalı kəndində ölmüşdür. İş materiallarında olan Ağdam rayon İHB-nin Zəngişalı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 86 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ağdam rayon, Zəngişalı kənd sakini olmuş, X4 xx.xx.2023-cü ildə vəfat etdikdən sonra, onun ailə üzvü olaraq, X12 adlı vərəsəsi qalmışdır. İş materiallarında olan Ağdam rayon İHB-nin Zəngişalı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 524 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhumə X4 həqiqətən X8 bacısıdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, №-1261-05/15 saylı məktubdan görünür ki, Ağdam rayonu Zəngişalı kəndində doğulmuş X3 doğumu ilə bağlı Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalarda heç bir məlumat aşkar edilməmişdir. Doğum faktının qeydə alınmasına əsasən verilən zəruri sənədləri (doğum haqqında tibbi şəhadətnamə, məhkəmə qətnaməsi və s.) təqdim edə bilmədiyi üçün doğum faktı qeydə alınmamış, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Həmin qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cu maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 XX.XX.1949-cü ildə Ağdam rayon İHBnin Zəngişalı kənd İƏD üzrə nümayəndəliyinin Zəngişalı kəndində doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. XX.XX.1964-cü ildə Ağdam rayon İHB-nin Zəngişalı kənd İƏD üzrə nümayəndəliyinin Zəngişalı kəndində anadan olmuş və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 Ərizəçi bacısı olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar