Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1750/2024 24.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğunun katibliyi, Ərizəçi və maraqlı şəxs X1 iştirakı ilə, Ərizəçi şəxslərin qohumluq münasibətlərinin və doğumun faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e td i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X10 onun qardaşı olmaqla qohumluq münasibətində olması və qardaşı X10 01 iyul 1964-cü ildə Ağdam rayonunun Kiçikli kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxsə Ağdam rayon Qeydiyyat Şöbəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına Ağdam rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Ağdam rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə edərək, qardaşı X10 01 iyul 1964-cü ildə Ağdam rayonunun Kiçikli kəndində, atası X2 və anası X3 ailəsində doğulduğunu, həmin vaxt qardaşının doğumunun qeyd etdirilmədiyini, dogum haqqında şəhadətnamənin alınmadığını, qardaşı Ə.Əliyevin xx.xx.2015-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini, sığorta ilə bağlı sığorta şirkətinə müraciət etdiyini, zərurətlə bağlı X6 almaq üçün Ağdam rayon Qeydiyyat Şöbəsinə müraciət etsədə, doğum aktı qeydinin aşkar edilmədiyini, faktın təsdiqi üçün məhkməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X7 izahatında, qardaşı X10 01 iyul 1964-cü ildə Ağdam rayonunun Kiçikli kəndində, atası X2 və anası X3 ailəsində doğulduğunu, həmin vaxt qardaşına dogum haqqında şəhadətnamənin alınmadığını, qardaşı Ə.Əliyevin xx.xx.2015-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini, zərurətlə bağlı X6 almaq üçün Ağdam rayon Qeydiyyat Şöbəsinə müraciət etsələrdə, doğum aktı qeydinin aşkar edilmədiyini bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərmişdir ki, mərhum X12 ilə ərizəçinin doğma qardaşıdır. X12 01 iyul 1964-cü ildə Ağdam rayonunun Kiçikli kəndində X8 ilə X3 ailəsində anadan olmuş, xx.xx.2015-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam Rayonu Üçoğlan nümayəndəliyi tərəfindən verilmiş A3B-İİ seriyalı, № 018204 “X6”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Ağdam rayonunda doğulmuşdur. Onun atası X8 anası isə X5r. İş materiallarında olan AZE seriyalı № 058832 Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surətindən görünür ki, X12 XX.XX.1964-cü ildə Ağdam rayonunun Kiçikli kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam rayon İHB-nin Üçoğlan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, X4 rayonu Kiçikli kəndində doğulmuşdur. atası X8, anası X5r. Ə.Əliyev xx.xx.2015ci il tarixdə vəfat etmişdir, mərhum vəfat etdikdən sonra, Ərizəçi və X7 adlı vərəsələri qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən, Ərizəçi müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, №-634-05/15 saylı məktubdan görünür ki, 01 iyul 1964-cü-ci ildə ata X8, ana X9 olmaqla Ağdam rayonu Üçoğlan kəndində doğulmuş X10 doğumu ilə bağlı Ağdam Rayon Qeydiyyat Şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalarda heç bir məlumat aşkar edilməmişdir. Doğum faktının qeydə alınmasına əsasən verilən zəruri sənədləri (doğum haqqında tibbi şəhadətnamə, məhkəmə qətnaməsi və s.) təqdim edə bilmədiyi üçün doğum faktı qeydə alınmamış, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Həmin qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cu maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X10 01 iyul 1964-cü ildə Ağdam rayonu, Kiçikli kəndində doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. 01 iyul 1964-cü ildə Ağdam rayonu, Kiçikli kəndində anadan olmuş və xx.xx.2015-ci il tarixdə vəfat etmiş X10 Ərizəçi doğma qardaşı olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-1750/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1750/2024
24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver