Məhkəmə qərarları › İş №2(013)-1792/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1792/2024

02.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1792/2024 02.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbi barədə mülki işə 02 oktyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 Azərbaycan Respublikası Qaçqınlar və X5 Üzrə Dövlət Komitəsi tərəfindən ona verilmiş Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində yerləşən üç otaqdan ibarət 115 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, mübahisəli ev əvvəlcə onun anası Radənin adına olmuş, anası vəfat edəndən sonra müqavilə onun adına bağlanmışdır. Hər iki cavabdeh onun xalasıdır. Cavabdehlərrn onu evə buraxmadıqlarını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 iddianı etiraf etməyərək göstərmişdir ki, 2011-ci ildə anası X6, bacıları Radə və Fazilə ilə birlikdə Azərbaycan Respublikası Qaçqınlar və X5 Üzrə Dövlət Komitəsi tərəfindən ona verilmiş Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində yerləşən üç otaqdan ibarət 115 saylı evdə yaşayır. Bacısı Radə xx.xx.2023-cü ildə və anası Töhrad xx.xx.2023-cü vəfat etmişlər. Hazırda həmin evdə 1-ci qrup xəstə uşağı da yaşayır. Dövlət tərəfindən ona və bacısı Faziləyə ev verilməmiş, yaşamağa başqa yerləri olmamışdır. 2012-ci ildən 2023-cü ilə qədər xəstə anasına baxıb qulluq etdiyini, həyətdə və evdə xeyli iş gördüyünü, 3 otaqlı evin 4 otaqlıya düzəltdiklərini, iddiaçı ilə onların evə giriş qapılarının ayrı olduğunu qeyd etməklə tələbin rədd olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 iddianı etiraf etməyərək və Cavabdeh1 izahatını təsdiqləyərək tələbin rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınlar və X5 Üzrə Dövlət Komitəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Qaçqınlar və X5 Üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3/2-3716/2024 saylı məktubu, Ağdam rayonu Ayaqqərvənd kəndi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədə yerləşən 115 saylı üç otaqlı evə dair həmin komitə ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli və İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli kirayə müqavilələrinin surətindən görünür ki, sözügedən yaşayış sahəsi xx.xx.2023-cü ildə X4 ailə üzvləri ilə birlikdə verilmişdir. X8 vəfat etdikdən sonra həmin ev xx.xx.2024-cü ildə İddiaçı verilmişdir. Cavabdeh1 və Cavabdeh2 dövlət tərəfindən məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün inşa edilən qəsəbələrdə yaşayış sahəsi ilə təmin edilməmişlər. AZ-İİ № 360869 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü ildə vəfat etmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Ayaqqərvənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 111 saylı arayışından görünür ki, Cavabdeh1 və onun birinci qrup əlil olan xx.xx.1992-ci il təvəllüdlü övladı X2 2012-ci ildən qeydiyyatsız olaraq Ağdam rayonu Ayaqqərvənd kəndi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədə yerləşən 115 saylı evdə (ana evində) yaşayırlar. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Ağdam rayonu Ayaqqərvənd kəndi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədə yerləşən 115 saylı üç otaqlı ev xx.xx.2023-cü il tarixli müqavilə əsasında X4 verilmişdir. X3 anası və iş üzrə cavabdehlər olan bacıları Cavabdeh2, Cavabdeh1 və sonuncunun birinci qrup əlil olan xx.xx.1992-ci il təvəllüdlü övladı X2 uzun müddətdir həmin evdə yaşayırlar. Cavabdeh1 və Cavabdeh2 dövlət tərəfindən məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün inşa edilən qəsəbələrdə yaşayış sahəsi ilə təmin edilməmişlər. Mülkiyyətçi olan Azərbaycan Respublikası Qaçqınlar və X5 Üzrə Dövlət Komitəsi Cavabdeh2, Cavabdeh1 və sonuncunun birinci qrup əlil olan övladı X1 Ağdam rayonu Ayaqqərvənd kəndi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədə yerləşən 115 saylı üç otaqlı evdə yaşamalarına etiraz etməmişdir. Belə olan halda Cavabdeh2 və Cavabdeh1 mübahisə predmeti olan yaşayış sahəsindən istifadə hüququ əldə etmişlər. X8 xx.xx.2023-cü ildə vəfat etdikdən sonra sözügedən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Qaçqınlar və X5 Üzrə Dövlət Komitəsi ilə cavabdehlərin bacısı Radənin qızı İddiaçı arasında xx.xx.2024-cü il tarixli kirayə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda mübahisəyə 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsində qeyd edilmişdir ki, qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əsasıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilmişdir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 96-cı maddəsində qeyd olunmuşdur ki, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri – qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Bundan əlavə məhkəmə qeyd edir ki, Cavabdeh1 oğlu və Sert X9 rayonunun 1993cü ildə ermənilər tərəfindən işğal edilməsi nəticəsində məcburi köçkün düşməklə dövlət tərəfindən məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün inşa edilən qəsəbələrdə yaşayış sahəsi ilə təmin edilməmişlər. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin məskunlaşdırılması» Qaydalarının 4-cü bəndi və «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli Sərəncamında məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadığı halda yol verilməsi, belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanlarının məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməli olduqları, müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onların həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmaları, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Azərbaycan Respublikası Qaçqınlar və X5 Üzrə Dövlət Komitəsi tərəfindən ona verilmiş Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində yerləşən üç otaqdan ibarət 115 saylı evdən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmaları tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar