Məhkəmə qərarları › İş №2(013)-184/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-184/2024

14.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-184/2024 14.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – atası Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın dəyərinin ödənilməsi, bu mümkün olmadığı halda əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbi barədə mülki işə 14 fevral 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq ½ hissədə İddiaçı mülkiyyətində olan Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin ½ hissəsinin dəyərinin Cavabdeh alınaraq ona verilməsi, bu mümkün olmadığı halda əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, ödənilmiş dövlət rüsumu əvəzində Cavabdeh 100 (bir yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi qismində məhkəmədə izahat verən Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, qızı İddiaçı 2014-cü ildə Cavabdeh ərə getmiş, onların uşağı olmamış və 2022-ci ildə ayrılmışlar. İlhamla Təbibə birgə nikah dövründə 8000 manata Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsinin ½ hissəsi Təbibənin, ½ hissəsi isə İlhamın mülkiyyətində olmuşdur. Həbibənin payı əvəzində heç olmasa 5000 manat tələb etdiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, Təbibə ilə 2014-cü ildə evlənmiş, onların uşağı olmamış və 2022-ci ildə boşanmışlar. İddiaçı ilə birgə nikah dövründə 2016-cı ildə Abşeron rayonu Mehdiabad qəsəbəsində 8000 manata 0,03 ha torpaq sahəsi almış və ona 10000 manat xərc çəkmişlər. Həmin vaxt bankdan kredit götürmüş və bu günə ödənilməmiş borcu qalmışdır. Banka olan borcunun yarısını Təbibədən tələb etdiyini, torpaq sahəsini satacağı təqdirdə Təbibəyə 4000 manat ödəməyə etiraz etmədiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi Cavabdeh adına tam mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(013)-837/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin dilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı ildə ********** nömrə ilə qeydə alınmış RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin ½ (ikidə bir) hissəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamədən görünür ki, Cavabdehlə İddiaçı arasında olan nikah xx.xx.2014-cü ildə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 13 nömrə ilə qeydə alınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olunduğu kimi Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh mülkiyyətindədir. Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinə görə İddiaçı sonuncunun tələb etdiyi məbləğdə kompensasiya vermək istəmədiyini bildirmişdir. Bundan əlavə paylı mülkiyyətin mülkiyyətçi İddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməmişdir. Belə olan halda aşağıda qeyd olunanlara əsasən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsində göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı payın dəyərinin ödənilməsi, bu mümkün olmadığı halda əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiası rədd edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu əvəzində 100 manat tələbi də rədd edilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı ½ hissəsi İddiaçı mülkiyyətində olan Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin ½ (ikidə bir) hissəsinin dəyərinin Cavabdeh alınaraq ona verilməsi, bu mümkün olmadığı halda əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, ödənilmiş dövlət rüsumu əvəzində Cavabdeh 100 (bir yüz) manat alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar