Məhkəmə qərarları › İş №2(013)-1854/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1854/2024

26.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1854/2024 26.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi /maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Ağdam Rayon SMU 43 tikinti idarəsi/ hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1983-il tarixdən 1993-cü ilədək Ağdam Rayon SMU 43 Tikinti İdarəsində qaynaqçı işləməsi faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına gəlmiş Ərizəçi ərizəsində göstərir ki, xx xxxxxx 1963-cü ildə Ağdam Rayonu Kəngərli kəndində anadan olmuşdur. 1983-cü ildən 1993-cü il tarixədək Ağdam Rayon SMU 43 Tikinti İdarəsində qaynaqçı işləmişdir. Hazırda 1983-cü ildən 1993-cü ilədək həmin tikinti idarəsində qaynaqçı işləməsi faktının müəyyən edilməsinə ehtiyac yaranmışdır. Həmi faktı iş yoldaşları Sərxan və Bayram məhkəməyə gələrək şahid qismində təsdiq edəcəklər. Ancaq ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5 05 iyul 2023-cü il tarixli, 61 saylı arayışından göründüyü kimi Ağdam Rayon SMU 43 Tikinti İdarəsinin arxiv sənədələri işğal zonasında qalmışdır. Belə olan halda özünə məxsus iş stajını təsdiq edən sənədləri başqa cür əldə edə bilmir. Hazırda işçilərin iş fəaliyyətinə dair əmr kitabçaları və digər sənədlər işğal zonasında qaldığı üçün iş fəaliyyətinə dair məlumatları başqa qaydada əldə etmək mümkün deyildir. Əmək fəaliyyəti barədə sənədləri üzürlü səbəbdən təqdim edə bilmədiyindən və sığorta olunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edildiyi üçün ona məhkəməyə müraciət etmək hüquqları izah olunub. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edib. Ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı Ərizəçi əlavə olaraq qeyd etdi ki, 1983-cü ildə hərbi xidmətdən tərxis olunmuş, sonra 6 ay peşə təhsili aldıqdan sonra əmək fəaliyyətinə başlamış, 1993-cü ilə kimi Kamil Sarıyevin rəhbəri olduğu Ağdam Rayon SMU 43 Tikinti İdarəsində qaynaqçı işləmişdir. Həmçinin 3 il 6 ay mərhum komandir X3 erməni işğalçılarına qarşı müharibədə iştirak etmiş, hazırda müharibə veteranıdır. Rayonun işğalından sonra isə Mingəçevir şəhərində məskunlaşmış, orada da Maşınqayırma Zavodunda, AZDRES-də yenə də qaynaqçı kimi işləmişdir. 61 yaşı var, pensiya sənədləri üçün hazırkı faktın müəyyən edilməsini, yaxud da mübahisələndirilən vəziyyətdə ərizənin baxılmamış saxlanılmasını istəyir. Məhkəmə iclasında maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 ərizəyə etirazını bildirdi, ərizənin baxılmamış saxlanılmasını xahiş etdi. Göstərdi ki, Ərizəçi məhkəməyə təqdim etdiyi sənədlər əsasında ərizənin təmin edilməsi həmin məsələləri tənzim edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il tarixli Əsasnaməsinə və Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının müddəaları baxımından mümkün deyil. Ərizəçi məhkəməyə heç bir mötəbər sənəd-sübut təqdim etmir, öz mülahizələrini bildirir, dəvət edilmiş şahidlər isə ərizəçi ilə birlikdə işləməsi ilə bağlı əmək kitabçalarını və sair kimi mümkün sübutları məhkəməyə təqdim etmirlər. Həmçinin ərizəçi pensiya təminatı ilə bağllı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdiyini bildirir, bu barədə məhkəməyə sənədlər təqdim etmir. Ona görə də belə vəziyyətdə ərizənin baxılması mümkün deyildir, ərizəni mübahisələndirir. X1 ərizəçi ilə birlikdə işləməsini bildirsə də özünün də əmək kitabçasının olmamasını bildirdi, digər şahid X7 isə ərizəçi ilə birlikdə işlməsini bildirdi, lakin ona məxsus əmək kitabçasında da Ağdam Rayon SMU 43 tikinti idarəsinə aid hər hansı qeydiyyatın olmamasını bildirdi. Məhkəmə hazırkı ərizəni və işin materiallarını nəzərdən keçirib hesab etdi ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə ərizəçiyə müvafiq sənədləri əldə etməklə iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyin mümkünlüyünü izah etdi. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizəçi /maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu/ hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 /on/ gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar