Məhkəmə qərarları › İş №2(013)-188/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-188/2025

26.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-188/2025 26.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbi barədə mülki işə 26 fevral 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh adına olan Ağdam rayonunun Kiçikli kəndində yerləşən 2,25 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilərək həmin torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, mübahisəli torpaq sahəsi ona və ailəsinə məxsus olmuşdur. Mərhum atası torpaq sahəsini 300 manata Rövşənə satmış, alqı-satqı məhkəmədə təsdiq olunmuşdur. Bundan sonra qətnamə ləğv edilmişdir. Mərhum atası ona demişdir ki, Rövşənə torpağı 300 manata satmışdır. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, 2001-ci ildə Rövşən və atası torpaq sahəsini 800 manata ona satmışlar. 800 manat məbləği Eldənizə sonuncunun ailəsinin iştirakı ilə vermişdir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Həmin maddədə qeyd olunmuşdur ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Belə ki, işə baxılarkən məlum olmuşdur ki, Cavabdeh ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək Ağdam rayonunun Kiçikli kəndində yerləşən 2,25 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(013)- 3070/2017 saylı qətnaməsi ilə Cavabdeh ərizəsi təmin edilərək onun X1 məxsus Ağdam rayonunun Kiçikli kəndində yerləşən 2,25 ha torpaq sahəsinin alınması barədə Ağdam Rayon İcra Hakimiyyətinin Üçoğlan kənd inzibati ərazi nümayəndəliyində həmin torpaq sahəsinin bağlanmış müqaviləsinin təsdiq olunması qət edilmişdir. Bundan sonra Cavabdeh Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(013)-3070/2017 saylı qətnaməsinə əsasən adına torpaq sahəsinin mülkiyyət hüququna dair xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar almışdır. Daha sonra maraqlı şəxs İddiaçı Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(013)-3070/2017 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)- 2266/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(013)-3070/2017 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə Cavabdeh ərizəsi təmin edilməmişdir. Belə olan halda icra edilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(013)-3070/2017 saylı qətnaməsi məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-1-ci maddəsində göstərilmişdir ki: 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. 236-1.6. Bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı Cavabdeh adına olan Ağdam rayonunun Kiçikli kəndində yerləşən 2,25 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilərək həmin torpaq sahəsindən Cavabdeh çıxarılması tələbi barədə mülki işin icraatına xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar