Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1924/2025 06.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbi barədə mülki işə 06 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq 2015-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Ağdam rayonunun 83 saylı İmamqulubəyli qəsəbəsində yerləşən 159 saylı evə köçürülməsi və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmuş, bu nigahdan xx.xx.2016-ci ildə Səma adlı uşağı olmuşdur. Aralarında olan ər-arvad münasibətləri pozulduğuna görə ayrılmış və iddiaçı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırda nikahın pozulmasına dair mülki iş Ağdam Rayon Məhkəməsinin icraatındadır. Cavabdeh1 ilə toyundan sonra iddiaçı Azərbaycan Respublikası Qaçqınlar və X1 Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Ağdam rayonu 83 saylı İmamqulubəyli qəsəbəsində yerləşən 3 otaq bir mətbəxdən ibarət 159 saylı evə gəlin köçmüşdür. Mənzil kirayə müqaviləsində ailə başçısı Cavabdeh2dır. İddiaçı nikahı pozulanadək həmin evdə yaşamışdır. Hazırda iddiaçı azyaşlı uşağı ilə birlikdə Lənkəran rayonunun Mamusta kəndində anası ilə qalır. Cavabdeh1 isə iddiaçıya uşağı ilə birlikdə mübahisəli evdə yaşamaga imkan vermir. xx.xx.2025-ci il tarixli MŞA/MT048/2025- 00053 nömrəli mediasiya təşkilatının arayışından görünür ki, mübahisəni tərəflərin qarşlıqlaı razılaşması ilə həll etmək mümkün olmamışdır. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 ərə getdikdən sonra dövlət tərəfindən onlara Ağdam rayonunun 83 saylı İmamqulubəyli qəsəbəsində yerləşən 159 saylı ev verilmişdir. Boşandıqdan sonra yaıamağa yerinin olmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 iddianı eiraf etməyərək və İddiaçı ilə onların bir evdə yaşamalarının mümkün olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 iddianı eiraf etməyərək və İddiaçı ilə onların bir evdə yaşamasının mümkün olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Ağdam Rayon Bölməsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Ağdam rayonu 83 saylı İmamqulubəyli qəsəbəsində yerləşən 159 saylı mənzilə dair xx.xx.2015-ci il tarixli 159 saylı müqavilənin surətindən, Ağdam Rayon İcra Hakimiyyəti başçısının Yeni İmamqulubəyli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-31-49/3-2-349 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən 3 otaqdan ibarət həmin mənzil ailə başçısı Cavabdeh2, İddiaçı və Cavabdeh1 verilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-1837/2025 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tələbi təmin edilərək onunla Cavabdeh1 arasında xx.xx.2012-ci ildə Ağdam rayon İcra Hakimiyyəti başçısının Seyidli ərazi nümayəndəliyində 18 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2016-cı ildə anadan olmuş Səma adlı uşağın İddiaçı yanında saxlanılması qət edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh2, İddiaçı və Cavabdeh1 yaşamaq üçün Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2015-ci ildə Ağdam rayonu 83 saylı İmamqulubəyli qəsəbəsində yerləşən 159 saylı mənzil verilmişdir. İddiaçı sözügedən mənzilə köçərək orada yaşamış və müvəqqəti qeydiyyata alınmışdır. Beləliklə iddiaçı mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının köçmək istədiyi mənzilə dair tərəflər arasında hüquq münasibətləri 2015ci ildə yarandığından «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən mübahisəyə 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsində qeyd edilmişdir ki, qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əsasıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilmişdir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 96-cı maddəsində qeyd olunmuşdur ki, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri – qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. İddiaçı 2015-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Ağdam rayonunun 83 saylı İmamqulubəyli qəsəbəsində yerləşən 159 saylı evə köçürülsün və həmin mənzildən digər şəxslərlə bərabər qaydada istifadə etmək hüququ müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1924/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1924/2025
06.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver