Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1931/2024 12.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e td i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1965-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində, X3 (atası), X6 (anası) ailəsində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına Ağdam rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəni müdafiə edərək, xx xxxxxx 1965-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində, atası X3 və anası X6 ailəsində doğulduğunu, zərurətlə bağlı doğum haqqında şəhadətnamə almaq üçün Ağdam rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, doğum aktı qeydinin aşkar edilmədiyini, faktın təsdiqi üçün məhkməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirərək, xx xxxxxx 1965-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, Ərizəçi ilə qohumdurlar. Ərizəçi xx xxxxxx 1965-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində X7 ilə X6 ailəsində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, Ərizəçi ilə qohumdurlar. Ərizəçi xx xxxxxx 1965-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində X7 ilə X6 ailəsində anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində doğulmuşdur. Hazırda Ağdam rayonunun Qiyaslı kəndində pasport qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam rayon İHB-nin Qiyaslı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Ağdam rayonu Qiyaslı kəndində doğulmuşdur. atası X7, anası X8r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən, Ərizəçi müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, №-762-05/15 saylı məktubdan görünür ki, xx.xx.1965-ci ildə ata X7, ana X9 olmaqla Ağdam rayonu Qiyaslı kəndində doğulmuş Ərizəçi doğumu ilə bağlı Ağdam Rayon Qeydiyyat Şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalarda heç bir məlumat aşkar edilməmişdir. Doğum faktının qeydə alınmasına əsasən verilən zəruri sənədləri (doğum haqqında tibbi şəhadətnamə, məhkəmə qətnaməsi və s.) təqdim edə bilmədiyi üçün doğum faktı qeydə alınmamış, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cu maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1965-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində, X3 (atası) və X6 (anası) ailəsində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-1931/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1931/2024
12.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver