Məhkəmə qərarları › İş №2(013)-1985/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1985/2025

24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1985/2025 24.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 24 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, əri X6 1953-cü ildə Ağdam rayonunun İsmayılbəyli kəndində atası X7, anası X1 ailəsində anadan olmuşdur. Əri S.Ə.Əhmədov xx.xx.2025-ci ildə vəfat etmişdir. Ərinə doğum haqqında şəhadətnamə almaq üçün aidiyyəti orqanlara müraciət edərkən Maraqlı şəxs arxivində və avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparıldığı və ərinin doğumu haqqında hər hansı məlumat olmadığı bildirilərək məhkəməyə müraciət etməsi izah olunmuşdur. Hazırda ərinə doğum haqqında şəhadətnamə almaq üçün faktın təsdiq olunması zərurəti yarandığını qeyd etməklə əri X2 1953-cü ildə Ağdam rayonunun İsmayılbəyli kəndində atası X7, anası X1 ailəsində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X5 göstərmişdir ki, Səhrad Əhmədov onun ərinin əmisi oğlu olmuşdur. Səhrad 1953-cü ildə anadan olmuş, onun atası X7, anası isə X3 olmuşdur. Şahid qismində dindirilmiş X4 göstərmişdir ki, Səhrad Əhmədovla el-camaat olmuşlar. Səhradın təvəllüdünü bilməmiş, lakin Səhrad ondan cavan olmuşdur. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 426-05/15 saylı arayışından görünür ki, X2 doğumunun qeydə alınması zəruri sənədlər olmadığından mümkün olmamış və Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. İİ-JQ № 280712 saylı nikah şəhadətnaməsinin surətindən görünür ki, S.Ə.Əhmədovla Ərizəçi arasında olan nikah xx.xx.1979-cu ildə Ağdam rayon Bağmanlar kənd sovetində 12 nömrə ilə qeydə alınmışdır. Həmin şəhadətnamədə X2 təvəllüdü 1953cü il göstərilmişdir. AZE № 03496763 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, S.Ə.Əhmədov 1953-cü ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur. AZ-İİ № 469347 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, S.Ə.Əhmədov xx.xx.2025-ci ildə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi əri S.Ə.Əhmədov 1953-cü ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olmuş, onun atası X7, anası X1 olmuşdur. S.Ə.Əhmədov xx.xx.2025-ci ildə vəfat etmişdir. Faktın təsdiqi ərinə doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. X2 1953-cü ildə Ağdam rayonunun İsmayılbəyli kəndində X7- atası, X3 -anası ailəsində doğulması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar