Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2003/2025 03.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi əri X15 doğum faktının /maraqlı tərəf Maraqlı şəxs/ müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X10 xx.xx.1957-ci il tarixdə Ağdərə rayonu Manikli kəndində X11 (atası) və X5 (anası) ailəsində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, həyat yoldaşı X21 xx.xx.1957-ci ildə Ağdərə rayonu Manikli kəndində atası X11 ilə anası X3 ailəsində anadan olmuşdur. Ramiz Nadirov ilə aralarında 13 avqust 1987-ci ildə nikah qeydə alınmışdır. Həyat yoldaşı R.Nadirov xx.xx.2025-ci il tarixlə vəfat etmişdir. Onun vəfatından sonra təsərrüfatında ailə üzvləri olaraq özü, oğlanları X19, X20, X12 və qızı X13 qalmışlar. Doğum haqqında şəhadətnamənin alınması aidiyyəti orqanlara təqdim edilməsi zərurəti ilə bağlıdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbənin arxivində və X1 sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və həyat yoldaşı R.Nadirovun doğum akt qeydinin aşkar olunmadığına görə faktın təsdiqi üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur. Faktı şahidlər də təsdiq edə bilərlər. Odur ki, həyat yoldası R.Nadirovun xx.xx.1957-ci ildə Ağdərə Rayonu Manikli kəndində doğulması faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, ərinin doğum sənədinin əldə edilməsi ona mərmumdan qalmış miras mülkün sənədləşdirilməsi ilə əlaqədardır. Belə ki, əri Ramiz Nadirovdan VAZ 015 markalı avtomaşın miras qalıb və mərhumun adınadır. Şahid qismində məhkəmə iclasında ifadə verən X16 göstərdi ki, X28 onun qardaşıdır, Ramiz ailədə böyük övlad olmuşdur. Ümumiyyətlə ataları X11 ilə anaları X5 birgə nikahlarından 9 övladları, 5 qardaş və 4 bacıları anadan olmuşlar. Ramiz ailədə böyük övlad olmuş, xx.xx.1957-ci il təvəllüdlüdür, Manikli kəndində anadan olub. Ramiz 2025-ci mart ayında vəfat edib, 4 övladları var, ailə üzvləri arasında hər hansı mübahisə yoxdur. Şahid qismində məhkəmə iclasında ifadə verən X6 göstərdi ki, ərizəçigillə həmkəndlidirlər. X14 1 yaş böyük olmuşdur. Ramizin atası X11, anası isə X9r. Ailəni tanıyır, aralarında hər hansı mübahisə yoxdur. Hazırda da ərizəçi və ailə üzvləri ilə bir ərazidə yaşayırlar. Məhkəmə ərizəçini, şahidləri dinləyib, iş materiallarındakı sənədləri tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəyə əlavə edilmiş AZE 09874543 seriyalı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, ərizəçinin əri R.Nadirov xx.xx.1957-ci il tarixdə Ağdərə rayonu Manikli kəndində (hazırkı Ağdam rayon Məlikli kəndi) anadan olmuşdur. Ərizəyə əlavə edilmiş 13 avqust 1987-ci il tarixli, İV-JQ №330412 saylı X4 görünür ki, Ərizəçi ilə X21 aralarında X18 13 avqust 1987-ci il tarixdə nikah aktı qeydə alınmışdır. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİ 431100 saylı X7 görünür ki, R.Nadirov xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ərizəyə əlavə edilmiş Ağdam Rayon İHB-nin Məlikli Kənd İ.Ə.D üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ramiz Nadirov xx.xx.2025-ci il tarixdə vəfat etmiş, vəfat edənə qədər rayonun Xındırıstan kəndində yaşamışdır, onun vəfatından sonra təsərrüfatda ailə üzvlər olaraq Ərizəçi və övladları Sadiq Nadirov, Vüsal Nadirov, Nurlan Əzizzadə və qızı Turanə Nadirova qalmışlar. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 459-05/15 saylı, 24 may 2025-ci il tarixli ARAYİŞından görünür ki, X10 doğumu barədə Qeydiyyat Şöbəsinin arxivində və X2 X1 Sistemində heç bir doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü madəsinə görə məhkəmə doğumun qeyd edilmə faktını müəyyən edir. Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə həmçinin qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayan faktları da müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. X22 X8 Dair İşlər üzrə Məhkəmə Təcrübəsinin Bəzi Məsələləri Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARının 4.3-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi Ərizəçi həyat yoldaşının doğumu ilə bağlı əldə edilməsi mümkün olan sənədləri məhkəməyə təqdim edir, şahidlər onun əri X10 xx.xx.1957-ci ildə Ağdərə rayonu Manikli kəndində X11 (atası) və X5 (anası) birgə nıikahlarından anadan olmasını təsdiq edirlər, həmçinin ərazi icra orqanı onun ölümü və ailə tərkibi ilə bağlı rəsmi arayış təqdim edir. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun əri X10 doğum faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237, 307-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X10 xx.xx.1957-ci il tarixdə keçmiş Ağdərə Rayonu Manikli kəndində (hazırda Ağdam rayonunun kəndi) X11 (ata) və X5 (ana) birgə nikahlarından doğulması faktı müəyyən edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2003/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2003/2025
03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver