Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2028/2023 15.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə mülki işə 15 noyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində 1971-ci ildən 1983-cü ilin oktyabr ayınadək Laçın rayon “Jdanov” adına kolxozda traktorçu və 1983-cü ilin fevral ayından xx.xx.1993-cü ilə kimi Ağdam Dəzgahqayırma zavodunda traktorçu işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, 1971-ci ildən 1983-cü ilin oktyabr ayınadək Laçın rayon “Jdanov” adına kolxozda traktorçu və 1983-cü ilin fevral ayından xx.xx.1993-cü ilə kimi Ağdam Dəzgahqayırma zavodunda traktorçu işləmişdir. “Jdanov” adına kolxozun adı sonradan dəyişilərək “Koroğlu” olmuşdur. İşləməsinə dair sənədlərin işğal zonasında qaldığını, faktın təsdiqinin əmək kitabçasını bərpa etmək üçün zəruri olduğundan hazırki ərizə ilə məhkəməyə müraciət etdiyini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının mütəxəsisi N.N.Muxtarov ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən X7 1979-cu ildən 1993-cü ilə dək Ağdam Dəzgahqayırma zavodunda işlədiyini, Ərizəçi 1983-cü ildən 1993-cü ilə qədər onunla birlikdə həmin zavodda traktorçu işlədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 xx.xx.1970-ci ildən 1992-ci ilin may ayına qədər “Jdanov” adına kolxozda işlədiyini, kolxozun adının sonradan dəyişilərək “Koroğlu” olduğunu Ərizəçida onunla birlikdə 1971-ci ildən 1983-cü ilə qədər həmin kolxozda traktorçu işlədiyini, sonradan isə Ağdam Dəzgahqayırma zavodunda işlədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 xx.xx.1970-ci ildən 1992-ci ilin may ayına qədər “Jdanov” adına kolxozda işlədiyini, kolxozun adının sonradan dəyişilərək “Koroğlu” olduğunu Ərizəçida onunla birlikdə 1971-ci ildən 1983-cü ilə qədər həmin kolxozda traktorçu işlədiyini, sonradan isə Ağdam Dəzgahqayırma zavodunda işlədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 1978-ci ildən 1993-cü ilədək Ağdam Dəzgahqayırma zavodunda işlədiyini, Ərizəçida onunla birlikdə 19883-ci ildən 1993-cü ilə qədər həmin zavodda traktorçu işlədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam Filialının xx.xx.2022-ci il tarixli 106 və 107 saylı arayışlarından görünür ki, Ərizəçi 1971-ci ildən 1983-cü ilin oktyabr ayınadək Laçın rayon “Jdanov” adına kolxozda traktorçu və 1983-cü ilin fevral ayından xx.xx.1993-cü ilə kimi Ağdam Dəzgahqayırma zavodunda traktorçu işləməsi barədə arxiv sənədləri Laçın və Ağdamda Rayonların işğal altında qalmışdır. Laçın Rayon İcra Hakimiyyəti başçısının Şəlvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-64/46-2-69/2023 saylı məlumatından görünür ki, Şəlvə kəndində fəaliyyət göstərmiş “Jdanov” adına kolxozun adı dəyişilərək “Koroğlu” adına kolxoz olmuşdur. Laçın Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(047)-489/2014 saylı qətnaməsinin surətindən görünür ki, V.Ə.Möhbalıyev xx.xx.1970-ci ildən xx.xx.1992-ci ilə qədər Laçın rayon “Koroğlu” adına kolxozda kolxozçu işləmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(047)-1121/2016 saylı qətnaməsinin surətindən görünür ki, R.H.Hüseynov xx.xx.1970-ci ildən 1992-ci ilin may ayına qədər Laçın rayon “Jdanov” adına kolxozda kolxozçu işləmişdir. İT-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, R.S.Həmidov xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə qədər Ağdam Dəzgahqayırma zavodunda işləmişdir. İT-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, S.H.Mustafayev xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilə qədər Ağdam Dəzgahqayırma zavodunda işləmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi 1971-ci ildən 1983-cü ilin oktyabr ayınadək Laçın rayon “Jdanov” adına kolxozda traktorçu və 1983-cü ilin fevral ayından xx.xx.1993cü ilə kimi Ağdam Dəzgahqayırma zavodunda traktorçu işləmişdir. Ərizəçi iş stajını təsdiq edən sənədlər işğal zonasında qalmışdır. Faktın təsdiqi Ərizəçi əmək kitabçasını bərpa etmək üçün zəruri olmuş və o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görəsosial sığorta stajı əmək pensiyası hüququnun müəyən edilməsi zamanı alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanınınməcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 21.1-ci maddəsində qeyd olunur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. Ərizəçi 1971-ci ildən 1983-cü ilin oktyabr ayınadək Laçın rayon “Jdanov” adına kolxozda traktorçu və 1983-cü ilin fevral ayından xx.xx.1993-cü ilə kimi Ağdam Dəzgahqayırma zavodunda traktorçu işləməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2028/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2028/2023
15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver