Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2033/2025 13.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 13 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, atası X8 xx.xx.2020-ci ildə Bərdə rayonu, Divanlı kəndində vəfat etmiş, anası X6 isə xx.xx.2024-cü ildə vəfat etmişdir. Hazırda mərhum anası S.N.Ağayevanın doğum haqqında şəhadətnaməsini aidiyyəti orqanlara təqdim edilməsi zərurəti ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, ona anasının doğumu barədə məlumat olmadığından şəhadətnamə verilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Faktın təsdiqinin anasına doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğunu qeyd etməklə mərhum anası S.N.Ağayevanın xx.xx.1941-ci ildə Ağdam rayonu Sırxavənd kəndində X12 (atası) və X5 (anası) ailəsində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X2 göstərmişdir ki, Salatın Ağayevanı tanıdığını, lakin təvəllüdünü dəqiq xatırlamadığını, Salatının atasını Nəbi, anasının isə Züleyxa olduğunu bildirmişdir. Ərizəçinin təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X9 bildirmişdir ki, qonşusu Salatının atasının nəbi, anasının Züleyxa olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 429-05/15 saylı arayışından görünür ki, doğumun qeydə alınması zəruri sənədlər olmadığından mümkün olmamış və Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, S.N.Ağayeva Ərizəçi anasıdır. AZ-İİ № 120026 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, P.S.Ağayev xx.xx.2020-ci ildə vəfat etmişdir. AZ-İİ № 434444 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, S.N.Ağayeva xx.xx.2024-cü ildə vəfat etmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Sırxavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-31-31/3-2-86 saylı arayışından görünür ki, X8 ilə X6 arasında olan nikah xx.xx.1962-ci ildə Ağdərə (indiki Ağdam) rayonunun Sırxavənd kəndində qeydə alınmışdır. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Sırxavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-31-31/3-2-89 saylı arayışından görünür ki, X8 ilə X6 arasında olan nikahdan xx.xx.1964-cü ildə X10, xx.xx.1966-cı ildə Ağayeva (Əliyeva) Fəridə Polad qızı, xx.xx.1968-ci ildə Ərizəçi, xx.xx.1971-ci ildə Ağayeva (Hüseynova) Afət Polad qızı, xx.xx.1974-cü ildə X7, xx.xx.1976-cı ildə X13 olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi anası S.N.Ağayeva xx.xx.1941-ci ildə Ağdam rayonunun Sırxavənd kəndində atası X12, anası X1 ailəsində anadan olmuş, xx.xx.2024-cü ildə vəfat etmişdir. Faktın təsdiqi X4 doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. X3 xx.xx.1941-ci ildə Ağdam rayonunun Sırxavənd kəndində atası X12, anası X1 ailəsində anadan olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2033/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2033/2025
13.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver