Məhkəmə qərarları › İş №2(013)-204/2023

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-204/2023

20.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-204/2023 20.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı və X9 iştirakı ilə, İddiaçılar İddiaçı və X9 Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılması tələbi barədə mülki işə 20 dekabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı və G.A.Orucova rayon məhkəməsinə ünvanladıqları iddia ərizəsində Ağdam rayonunun Evoğlu kəndində yerləşən 1,82 ha torpaq sahəsinin paylı mülkiyyətçilər arasında bölünərək payların müəyyən edilməsi, onların payına düşən torpaq sahəsinin naturada ayrılıb onlara təhvil verilməsi və Cavabdeh onların payına düşən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, ona, bacısı Günay Orucovaya, Ağdam rayonunun Evoğlu kəndində yaşayan ata tərəfdən nənəsi Cavabdeh, bibiləri X8, X2, X3, mərhum atası X13 və ata tərəfdən babası X1 təsərrüfatı məhsulları istehsalı üçün 1,82 ha pay torpaq sahəsi verilmişdir. Müvafiq dövlət aktı ilə təmin olunmuş, lakin həmin sənədi nənəsi Raya özündə saxlayaraq onlara verməmişdir. Nənəsi Cavabdeh ona və bacısı Günaya məxsus torpaq sahəsindən istifadə etməyə imkan verməmişdir. Həmin səbəbdən iddia qaldırmaq məcburiyyətində qaldığını qeyd etməklə tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən G.A.Orucova iddianı müdafiə edərək və bacısı İddiaçı izahatını təsdiqləyərək tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh, üçüncü şəxslər X11, X6 və X3 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş JN 0083 kod 60909048 olan dövlət aktının surətindən görünür ki, X10, Cavabdeh, X11, X13, X6, X7, İddiaçı və X9 mülkiyyətinə Ağdam rayonunun Evoğlu kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,82 ha torpaq sahəsi verilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(013)-2279/2021 saylı qətnaməsinin surətindən görünür ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktında «Amil» kimi qeyd olunmuş ata adının İddiaçı və X12 məxsus olmaqla «Adil» olması faktı müəyyən edilmişdir. Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2- 10/7450 saylı rəyindən görünür ki, X4 və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,82 ha torpaq sahəsinin naturada real bölgüsünün mümkün olduğu müəyyən edilmiş, sözügedən 1,82 ha torpaq sahəsini 8 bərabər hissədən ibarət olmaqla tərəflərin hər birinə 0,2275 ha torpaq sahəsinin bölünməsinin mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olunduğu kimi Ağdam rayonunun Evoğlu kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,82 ha torpaq sahəsi X10, Cavabdeh, X11, X13, X6, X7, İddiaçı və X9 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 0,2275 ha hissəsi hüquq sahiblərinin hər birinin, o cümlədən iddiaçıların mülkiyyətidir. İddiaçılar payının naturada ayrılmasını tələb etmişlər. «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərinin sayına bölünməsi yolu ilə təyin edilir. Yuxarıda qeyd edilən Qanunun 17-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və vermək hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsində göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatına görə Cavabdeh 100 manat tutulmalıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia əsaslı olduğu üçün təmin edilsin. X10, Cavabdeh, X11, X13, X6, X7, İddiaçı və X9 mülkiyyətinə Ağdam rayonunun Evoğlu kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiı 1,82 ha torpaq sahəsi paylı mülkiyyətçilər arasında bölünərək hər birinin 0,2275 ha payının olması müəyyən edilsin, onların payı naturada ayrılıb özlərinə təhvil verilsin və Cavabdeh iddiaçılar İddiaçı və X9 payına düşən torpaq sahəsindən çıxarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar