Məhkəmə qərarları › İş №2(013)-2049/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2049/2024

18.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2049/2024 18.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehləri Tərtər rayonu, Köçərli kəndi ərazisində yerləşən evdən çıxarılmaları, mediasiya üçün ödədiyi 50 manat mediyasiya xərci və dövlət rüsumu kimi ödədiyi 50 manat pulun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh2 qızı məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qeyd olunan cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında qeyd olunan mülki işin aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyiini bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 izahatında qeyd olunan mülki işin aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyiini bildirdi. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə Tərtər Rayon Məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX serialı № ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Tərtər rayonu, Köçərli kəndində yerləşən fərdi yaşayış evi cavabdeh İddiaçı mülkiyyətindədir. Göründüyü kimi qeyd olunan daşınmaz əmlak, yəni fərdi yaşayış evi Tərtər rayonu, Köçərli kəndində yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ərazi aidiyyəti pozulmaqla verilmişdir. Yəni iddiaçı tərəfindən həmin iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət etmək əvəzinə Ağdam Rayon Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən, Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. (Müstəsna aidiyyət). Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 45.4. maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya istansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar sözügedən iddia ərizəsinin aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 31.1, 32.3, 44.2.2, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı cavabdehləri Tərtər rayonu, Köçərli kəndi ərazisində yerləşən evdən çıxarılmaları, mediasiya üçün ödədiyi 50 manat mediyasiya xərci və dövlət rüsumu kimi ödədiyi 50 manat pulun cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Tərtər Rayonu Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar