Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-205/2025 12.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Cavabdehlərdən Cavabdeh1 İmaverdi oğlunun, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 - cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh2 qarşı evə köçürülmə, cavabdehlərin evdən çıxarılması və ümumi birgə mülkiyyətdə olan torpağın naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 mülkiyyətində olan, Ağdam rayonu Zəngişalı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsini, cavabdehlər Cavabdeh1 İmaverdi oğlunun, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılmalarını və fərdi yaşayış evinin yerləşdiyi ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə hazırlıq iclası və baxış iclasları keçirilmiş, ekspertiza təyin edilərək rəy alınmışdır. Hazırda məhkəməyə ərizə verən iddia tərəfinin nümayəndəsi /vəkil/ Vəkil yeni ayrıca iddia tələbi verəcəyini bildirmiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəməyə gəlmiş cavabdehlərdən Cavabdeh1 İmaverdi oğlu və Cavabdeh2 ərizəyə etiraz etmədilər. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 114.1-ci maddəsinə görə ödənilmiş dövlət rüsumu /114.1.5/ bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa geri qaytarılır. Qeyd olunan Məcəllənin 260.3-cü madəsinə əsasən ərizəni baxılmamış saxlanılmasına dair qərardadda büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Belə olan halda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 - cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh2 qarşı evə köçürülmə, cavabdehlərin evdən çıxarılması və ümumi birgə mülkiyyətdə olan torpağın naturada bölünməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, sənədlər özünə qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 /bir yüz/ manat İddiaçı1 qaytarılsın. Qərardaddan 10 /on/ gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-205/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-205/2025
12.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver