Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2069/2025 24.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 24 sentyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, mərhum xalası X5 xx.xx.2005-ci ildə Ağdam rayonu, Sarıcalı kəndində vəfat etmiş, xalasının ondan başqa ailə üzvü qalmamışdır. Hazırda mərhum xalası Q.A.Allahverdiyevanın doğum haqqında şəhadətnaməsini aidiyyəti orqanlara təqdim edilməsi zərurəti ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, ona xalasının doğumu barədə məlumat olmadığından şəhadətnamə verilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Faktın təsdiqinin xalasına doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğunu qeyd etməklə mərhum xalası Q.A.Allahverdiyevanın xx.xx.1939-cu ildə Ağdam rayonu Çəmənli kəndində X2 (atası) və X3 (anası) ailəsində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, xalası Qəniş Allahverdiyevanın əri və uşağı olmamış, xalasına onun anası baxmışdır. Xalası 2005-ci ildə vəfat etmiş, hazırda zərurətlə bağlı xalasının doğum haqqında şəhadətnaməsi lazım olduğunu qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X9 bibisi qızı Qəniş Allahverdiyevanın 1939-cu ildə bacısı Zərxaranın oğlu Q.A.Allahverdiyevanın 2005-ci ildə X2 (atası) və X3 (anası) ailəsində anadan olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş X10 həmkəndlisi Qəniş Allahverdiyevanın təxminən 1938-1939-cu illərdə anadan olduğunu, atasının Alyar, anasının Əziz olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 4021-05/15 saylı arayışından görünür ki, doğumun qeydə alınması zəruri sənədlər olmadığından mümkün olmamış və Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 485 saylı arayışından görünür ki, Q.A.Allahverdiyeva xx.xx.2005-ci ildə vəfat etmiş, Ərizəçi başqa ailə üzvü qalmamışdır. AZ-İ № 131547 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Q.A.Allahverdiyeva xx.xx.2005-ci ildə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi xalası Q.A.Allahverdiyeva xx.xx.1939-cu ildə Ağdam rayonunun Çəmənli kəndində atası X2, anası X1 ailəsində anadan olmuş, xx.xx.2005-ci ildə vəfat etmişdir. Faktın təsdiqi xalasına doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. X4 xx.xx.1939-cu ildə Ağdam rayonunun Çəmənli kəndində atası X2, anası X1 ailəsində anadan olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2069/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2069/2025
24.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver