Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2084/2025 31.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, cavabdeh X1 iştirakı ilə, İddiaçı 13 saylı X3 Mərkəzinin cavabdeh X2 qarşı özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 13 saylı X3 Mərkəzi cavabdeh X2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Mərkəzin Soltanbud-01 meşəbəyliyinin 3 saylı dolayında qanunsuz olaraq 2 ədəd 3x4 metr, 1 ədəd 24x10 metr, 1 ədəd 6x4 metr, 1 ədəd 10x6 metr, 1 ədəd 15x6, əsaslı tikililərin və 1 ədəd 12x8 metr, 1 ədəd 9x7 metr 4 ədəd evcik 3x4 metr yüngül konusturuksiya, 1 ədəd 6x12 metr hovuz və 0.06 ha ərazi beton,daş örtüyün sökülməsini, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X4 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı 13 saylı X3 Mərkəzina məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmişdir. Bu halda məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 qeyd olunan iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi və ərizənin qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə baxışı iclasına gəlmədiyinə və işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyinə, işdə iştirak edən cavabdehin isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsində göstərilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260.5, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 13 saylı X3 Mərkəzinin cavabdeh X2 qarşı cavabdeh tərəfindən Mərkəzin Soltanbud-01 meşəbəyliyinin 3 saylı dolayında qanunsuz olaraq 2 ədəd 3x4 metr, 1 ədəd 24x10 metr, 1 ədəd 6x4 metr, 1 ədəd 10x6 metr, 1 ədəd 15x6, əsaslı tikililərin və 1 ədəd 12x8 metr, 1 ədəd 9x7 metr 4 ədəd evcik 3x4 metr yüngül konusturuksiya , 1 ədəd 6x12 metr hovuz və 0.06 ha ərazi beton,daş örtüyün sökülməsini, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X4 Mərkəzinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2084/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2084/2025
31.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver